Akif Rəhimov sahibkara 45 min manat “atdı” - İDDİA: “mən nə hökumət, nə dövlət sayıram” dedi
Siyaset
Oxunub: 571
15 noy 2018 | 21:12
Akif Rəhimov sahibkara 45 min manat “atdı” - İDDİA: “mən nə hökumət, nə dövlət sayıram” dedi














Sürücülük vəsiqəsi olmayan 17 yaşlı oğlunun şəhid ailəsinin üzvü olan piyadanı öldürməsi və oğlunun törətdiyi qəzanı ört-basdır etmək üçün bütün qanunsuzluqlara əl atması ilə gündəmə gələn “Yeganə” və “Səmayə” şadlıq saraylarının rəhbəri Akif Rəhimov Prezident İlham Əliyevin sahibkarlığın inkişafına dəstəyini qulaqardına vuraraq, özünü “mafiya rəhbəri” kimi aparır.

A. Rəhimov 4 nəfərin 45 min manat pulunu mənimsəyib.

Bakı sakini, Keşlə bazarında ət satışı ilə məşğul olan Vəliyev Teymur Rza oğlunun redaksiyamıza daxil olan şikayət məktubunda bildirir ki, 7-8 ay Akif Rəhimovun sahibi olduğu “Yeganə” və “Səmayə” şadlıq sarayları ilə əməkdaşlıq edir.

“Akif Rəhimovun adamı gəldi bazara, məndən ət aldılar. Aparıb bişirdilər, yoxladıqdan sonra yaxşı olduğunu dedilər və məni bir dəfə “Yeganə” şadlıq sarayına, bir dəfə də “Səmayə” şadlıq sarayına dəvət etdilər. Bildirdilər ki, hər iki restoranın ətini mən təşkil edib. Başladıq əməkdaşlıq etməyə. Bütün verdiyim ətin qayimələri çıxarılırdı. Bir dəfə ətin pulundan 500 manat kəsdilər, dedilər ki, Akif müəllim qumarda uduzub. Bir dəfə 480 manatı kəsdilər, dedilər ki, Akif müəllimin sürücüsünün uşağının toyudur, ora nəmər atılıb. Bir dəfə də Yeni İl şənliyinə mənə zorla 3 min manatlıq bilet verdilər. Dedilər “sən burdan çörək yeyirsənsə, almalısan”, – deyə şikayətçi danışır.

Teymur Vəliyev qeyd edir ki, sonuncu dəfə onun 45 min manat pulunu mənimsəyərək verməyiblər: “Sonuncu dəfə Məhərrəmlik ayından əvvəl 6-7 toyun ətini verdim. Bu 45 min manat pul edir. Dedilər ki, “Akif müəllim, Türkiyədə müalicəyə gedib, gələn kimi ödənəcək”. Mən də gözlədim. Amma Akif Rəhimov gələndən sonra pulu vermədi. Əsas gətirdi ki, “ət pis çıxıb”. Halbuki, mən əti restoranlara aparmışam, aşpazlar və anbardar baxandan sonra təhvil götürüblər. Verdiyim ətin qayimələri də yazılıb, hazırda məndədir. Əgər pis idisə, niyə götürürdünüz? Digər tərəfdən, anbardar da, aşpazlar da ətin çox yaxşı olduğunu deyirlər. Sonradan məlum oldu ki, bu Akif Rəhimovun fırıldağıdır. Bizə “ət pisdir” deyərək, 45 min manatımızı vermir, kolbasa gətirənə, “kolbasa köhnədir” deyərək, 3 min manatını vermir, göyərti gətirənə, “göyərti iy verir” deyərək, 598 manatını vermir. Hansı ki, verdiyimiz ətin hamısı toylarda istifadə olunub. Bu adam sadəcə olaraq, dələduzluqla məşğuldur. Hətta bir dəvətnamə şirkətinə qarşı dələduzluq edib”.

Xatırladaq ki, bu ilin may ayında Akif Rəhimov rəhbəri olduğu şadlıq sarayları üçün sifariş verdiyi dəvətnamələrin pulunu ödəməyib. O, 120 min manat borcunu ödəməmək üçün, şirkətin rəhbərliyini şantaj edib. Onun Prezident İlham Əliyevin əmisi oğlu İlqar Əliyevin adından istifadə etdiyinə dair məlumatlar var.

Teymur Vəliyev də deyir ki, onların pulunu vermək istəməyən Akif Rəhimov “Mən bilirsən kimin şərikiyəm? Bütün respublika bilir ki, İlqar Əliyev mənim şərikimdir” deyərək təhdid edir.

“Bizə dedi ki, “gedin kimə şikayət edirsiniz edin, heç kim mənə heç nə edə bilməz”. Bunun səs yazısı var. Mən ona “dövlət var, hökumət var” deyəndə bildirdi ki, “heç kimdən qorxmur”, hətta hökumətimiz haqqında nalayiq ifadələr də işlətdi. Mən dedim ki, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edəcəm, dedi “get kimə deyirsən denən, mənə heç kim heç nə edə bilməz”. İddia edir ki, şəriki İlqar Əliyevdir, buna görə də kəsdiyi başın sorğu-sualı olmayacaq. Mən İlqar Əliyevin ofisinə getdim. Orada məni normal qarşıladılar, başıma gələnləri danışdım, bildirdim ki, Akif Rəhimov İlqar müəllimin adından istifadə edərək, pulumuzu vermir. Mənə İlqar Əliyevin ofisindən bildirdilər ki, “İlqar müəllimin bu adamla heç bir əlaqəsi yoxdur, onun adından istifadə edir, gedin pulunuzu alın”. Məlum oldu ki, bu adam İlqar Əliyevin adından sui-istifadə edərək, qanunsuzluqla məşğuldur və bununla İlqar müəllimin də adını ləkələməyə çalışır”, – deyə o bildirir.

Akif Rəhimov 4 nəfərə qarşı – Vəliyev Teymur Rzaoğlu, Hümbətov Saiq İsaq oğlu, Əliyev Yaşar Nizami oğlu və İsmiyev Vüqar Yavər oğluna qarşı dələduzluq edib.

Teymur Vəliyev bildirir ki, onlara qarşı edilən dələduzluqla bağlı Binəqədi Rayon Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət ediblər: “Hazırda istintaq gedir. Akif Rəhimovun restoranının anbardarı da polisə ifadə verib, bizim verdiyimiz ətin heç bir probleminin olmadığını deyib. Akif Rəhimovun bizi hədələdiyinə dair səs yazısı da istintaqa verilib. Ümid edirik ki, istintaq obyektiv aparılacaq. Bizim ümidimiz Azərbaycan dövləti, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevadır. Hüquq-mühafizə orqanlarımızın ədalətinə inanırıq. İnanırıq ki, bizə qarşı edilən bu qanunsuz əməlin qarşısı alınacaq və biz Prezident İlham Əliyevin ölkədə sahibkarlığa yaratdığı gözəl mühitdən yararlanaraq, işimizi davam etdirəcəyik”.

Teymur Vəliyev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayacağını da qeyd edib.

Hazırda işlə bağlı istintaq aparılır. Akif Rəhimov haqqında mətbuatda yayılan məlumatlar onun Azərbaycan Respublikasının qanunlarına qarşı çıxdığını göstərir. Bir müddət öncə onun oğlu Rəhim Rəhimovun avtomobillə vuraraq öldürdüyü piyadanın “qanını batırmaq” üçün müstəntiqə 70 min manat rüşvət verdiyi, daha sonra 130 min manat pul vəd etdiyi haqqında məlumatlar yayılmışdı. Bu işə baxan müstəntiq rüşvət məsələsinə görə hüquq-mühafizə orqanlarından uzaqlaşdırıldı. A. Rəhimov isə oğlunu xilas etmək üçün başqa qanunsuz yollara əl atıb. Məlumata görə, Akif Rəhimovun 17 yaşlı oğlu Rəhim Rəhimov “Jeep Grand Cherokee” markalı avtomobili ilə yol-nəqliyyat hadisəsi törədib və piyadanı vuraraq öldürüb. Bu hadisəyə görə, Rəhimov Rəhim Akif oğluna Səbail rayon məhkəməsinin qərarı ilə 263.2-264 cü maddəsi ilə cinayət işi açılıb, haqqında 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hüquq sisteminə görə, iş daha sonra məhkəməyə getməli və hökm verilməlidir. Məhkəmənin hökmünə qədər, yəni istintaq araşdırması zamanı hadisəni törətmiş şəxs təcridxanada qalmalıdır. Lakin məlumatlara görə, A.Rəhimov piyadanın ölümünə səbəb olan oğlunun həbsə düşməsinin qarşısını almağa çalışıb. Bu hadisədə ilk sual Akif Rəhimovun 2000-ci il təvəllüdlü oğlu Rəhim Rəhimovun sürücülük vəsiqəsi olmadan avtomobili necə idarə etməsidir.

Akif Rəhimovun 17 yaşlı oğlunun öldürdüyü piyada şəhid ailəsinin üzvüdür. A.Rəhimov hadisədən sonra şəhid ailəsinin şikayətçi olmaması üçün min yola əl atıb.

A. Rəhimovun son qanunsuzluğu isə onun “pulla istədiyini etməyə vərdiş” etdiyini, hətta bir az da irəli gedərək, Azərbaycan dövlətini, onun qanunlarını və konstitusion yolla seçilmiş hökumətini tanımaq istəmədiyini göstərir.

//Miq.Az
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik