Arif Əliyev kimilər günahı digərlərində deyil, özündə axtarsın - deputat
Siyaset
Oxunub: 337
15 noy 2018 | 18:42
Arif Əliyev kimilər günahı digərlərində deyil, özündə axtarsın - deputat















“Azərbaycanda mətbuatın inkişafı ilə bağlı mühüm addımlar atılır, uğurlu media siyasəti həyata keçirilir. Bu gün Azərbaycanda mətbuata kifayət qədər diqqət və qayğı var. Biz hal-hazırda Milli Məclisdə Azərbaycan Respublikasının Dövlət büdcəsini müzakirə edirik. Büdcədən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) kifayət qədər vəsaitlər ayrılıb. O cümlədən bir sıra qəzetlərin "Azərbaycan" Nəşriyyatına olan borcları dondurulub”.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin Komitə sədri Siyavuş Novruzov deyib.

YAP İcra katibinin müavininin sözlərinə görə, jurnalistlər üçün hansı mətbuatda işləməsindən asılı olmayaraq təmənnasız mənzillər tikilib verilib və onların mənzil-məişət şəraiti yaxşılaşdırılıb: “Xüsusi proqramlar əsasında onlar üçün kursların təşkili və s. təmənnasız şəkildə dövlət tərəfindən həyata keçirilib. Ümumilikdə götürdükdə bu sahədə çox ciddi və nümunə ola biləcək şəkildə işlər görülüb. Azərbaycanda internet tamamilə azaddır və istənilən şəxslər bundan lazımi qaydada istifadə edə bilər. Təbii ki, bütün vətəndaşlar da istifadə edir. Hətta bəziləri bundan sui-istifadə də edir. O baxımdan da istənilən mətbuat orqanının çap olunması, saytların açılması Azərbaycanda tam şəkildə azaddır və həyata keçirilir. Əgər kimsə bir mətbuat orqanı və yaxud da hansısa sayt yarada bilmirsə, addım ata bilmirsə, onun günahını digərlərində deyil, özündə axtarsın.

Bu gün dünyanın qarışıq bir vaxtında ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması başda Prezident İlham Əliyev olmaqla hüquq-mühafizə və xüsusi xidmət orqanlarının üzərinə düşür. Bu gün Azərbaycanda erməni təxribatları, eləcə də digər təxribat törətmək istəyən (etnik, dini zəmində) qüvvələr var. Həmçinin iqtisadi sferada təxribat törətmək istəyən qüvvələr mövcuddur. Azərbaycanın təhlükəsizlik orqanları bunun qarşısını kifayət qədər alır. Ona görə də Arif Əliyev kimi şəxslər əgər bu məsələdən danışa bilərsə, bir ölkənin başqa bir ölkə ilə müqayisəsini göstərsinlər. Bu gün Azərbaycanı ictimai sabitlik adası adlandırırlar. Bu gün beynəlxalq tədbirlər, idman yarışları ölkəmizdə keçirilirsə, təhlükəsizlik tam təmin olunursa, artıq burada qarayaxma keçən yol deyil”.
Bu gün, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Bu gün, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO