Dəhşətli müharibənin BİR ADDIMLIĞINDA , Ermənistanı qorxuya SALAN PLAN … - GÜNÜN SİYASİ XÜLASƏSİ
Siyaset
Oxunub: 364
14 noy 2018 | 14:30
Dəhşətli müharibənin BİR ADDIMLIĞINDA , Ermənistanı qorxuya SALAN PLAN … - GÜNÜN SİYASİ XÜLASƏSİ














ABŞ-da Azərbaycana silah satışına qadağa qoyan 907-ci düzəlişin ləğv edilməsi ilə bağlı təkliflərin gündəmə gəlməsi Ermənistanda narahatlıq yaradıb. “Erməni Milli Konqresi” Partiyası (AMK) növbədənkənar parlament seçkilərində iştirakdan imtina edib. İsrail ordusu Qəzza sektorunda Fələstin döyüşçülərinin mövqelərinə hücümları davam etdirir. Şimali Koreyanın 20-yə yaxın gizli raket bazasından 13-ünün yeri təsbit olunub. ABŞ İran hökumətinə təzyiqlərini davam etdirəcəyini açıqlayıb.

ABŞ-da Azərbaycana silah satışına qadağa qoyan 907-ci düzəlişin ləğv edilməsi ilə bağlı təkliflərin gündəmə gəlməsi Ermənistanda narahatlıq yaradıb. ABŞ-da erməni diasporunun ən böyük təşkilatı olan “Ay Data” rəhbəri Aram Qambaryan Tramp Administrasiyasının 907-ci düzəlişi ləğv etmək istədiyini deyib.

Onun sözlərinə görə, Tramp Administrasiyası bu qətnaməni ləğv etməyi bacarmasa belə, onu donduracaq.

“Məsələ ondadır ki, bu qətnamə aradan qalxsa və ABŞ silah satmağa başlasa, bu Ermənistanın marağına uyğun deyil. Doğrudur, ABŞ münaqişənin hər iki tərəfinə, yəni Azərbaycana və Ermənistana silah satmalı olacaq. Çünki tərəflərdən birinə silah satmaq qətnamənin pozulması deməkdir. Laki burada hansı ökənin nə qədər silah ala bilmək potensialı əsas rol oynayır. Azərbaycanın daha çox silah almaq imkanı var. Digər tərəfdən, mövcud potensiala görə, Azərbaycanın alacağı hər silah bu ölkənin ordusunun gücünü daha da artacaq. Biz bundan narahatıq və qətnamənin qüvvədə qalması üçün əlimizdən gələni edəcəyik”, - deyə erməni diaspor rəhbəri bildirib.

“Erməni Milli Konqresi” Partiyası (AMK) növbədənkənar parlament seçkilərində iştirakdan imtina edib. Bu barədə “Jamanak” qəzeti yazıb.

Məlumata görə, dünən AMK rəhbərliyinin toplantısı keçirilib. Toplantıda dekabrın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməməklə bağlı qərar qəbul edilib.

Vaşinqtonun 3 PKK liderinin başına mükafat qoymasını PKK ilə PYD-nin fərqli təşkilatlar olması iddiasını qanuniləşdirmək üçün ortaya atılmış bir oyun kimi qəbul edirik. Bu oyuna gəlmərik. Bu sözləri Fransa səfərindən geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Trampla görüşündə PYD-YPG, FETÖ, Suriya və “Xalkbank” məsələlərini müzakirə etdiyini qeyd edib.

“YPG ilə bağlı bəzi mövzularda əlaqəsizlik var. Bu mövzuda istər Mövlud bəyin, istərsə də müdafiə nazirimizin əlaqədar şəxslərlə görəcəkləri işlər bizi rahatladacaqdır”, - Ərdoğan bildirib.

Beynəlxalq banklararası informasiyaların ötürülməsini və ödənişlərin keçirilməsini həyata keçirən SVİFT ABŞ-ın sanksiyalar siyahısına daxil olan İranın Mərkəzi Bankının və digər təşkilatların öz sistemindən kənarlaşdırması barədə Vaşinqtonu məlumatlandırıb. Bu barədə ABŞ-ın maliyyə nazirinin müavini Siqal Mandelker bildirib.

O, xəbərdarlıq edib ki, Amerika İslam Respublikasına qarşı öz sanksiyalarını ciddi şəkildə həyata keçirmək niyyətindədir və İrana qarşı təzyiq üçün əlavə tədbirlər görəcək.

ABŞ rəsmisinin sözlərinə görə, xeyli sayda Avropa şirkəti İranı tərk edir. Nazir müavini qeyd edib ki, Avropa İttifaqının (Aİ) İranla xarici ticarə hesablaşmaları üzrə xüsusi mexanizmin yaradılması təşəbbüsü ABŞ-ı narahat etmir. O, hesab edir ki, Aİ və ABŞ birgə işləmək üçün əlavə mexanizmlər yarada bilər.

"İranla bağlı daha çox şeylərin qəbul ediləcəyini görəcəksiniz", - deyə Mandelker əlavə edib.

İran əmin deyil ki, Vaşinqtonla yeni nüvə razılaşması imzalayacağı halda ABŞ buna əməl edəcək. Bunu EFE agentliyinə müsahibəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Əgər biz ABŞ-ın indiki administrasiyası ilə razılığa gəlsək, növbəti administrasiya 2 il və ya altı ay sonra buna əməl edəcəkmi? Tramp ABŞ-ın heç bir administrasiyasına güvənilməməsi gərəkdiyi ilə bağlı pis mesaj verir. ABŞ sanksiyaları heç vaxt İranı siyasətini dəyişməyə məcbur edə bilməyib. İran yenidən çətin zamanları geridə qoyacaq. İranlılar bir sıra çətinliklərə hazırdırlar, amma ABŞ-ın hökmranlığını qəbul etməyə hazır deyillər”, – deyə o bildirib.

ABŞ-ın “Nyu-York Tayms” qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Camal Qaşıqçı cinayəti ilə bağlı bəzi ölkələrə verdiyini dəlillərlə bağlı yeni bir iddianı ortaya atıb. Xəbərə görə, Qaşıqçını öldürmək üçün İstanbula gələn 15 nəfərlik sui-qəsd qrupunda yer alan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın əhəmiyyətli xarici səfərlərində iştirak edən təhlükəsizlik səlahiyyətlisi Mahir Əbdüləziz Mutreb cinayətdən qısa müddət sonra bir nəfərə zəng edib.


Qaşıqçı cinayətində sensasiyalı SƏS QEYDİ ÜZƏ ÇIXDI: “Patronunuza deyin, adamlar...”
ABŞ İran hökumətinə təzyiqlərini davam etdirəcək. Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

“Biz ehtimal edirik ki, İran hakimiyyəti böyük təzyiq hiss edir. Onlara çox güclü təzyiq etmək fikrindəyik. ABŞ sanksiyalar rejiminin icra edilməsi üzərində nəzarətini gücləndirəcək”, – deyə o bildirib.

Noyabrın 5-də ABŞ İrana qarşı sanksiyaların ikinci paketini tətbiq etdi. Yeni sanksiyalar əsasən enerji sektoru və neft ixracına qarşı olduğu üçün İranın neft ixracının da azalması qaçılmazdır. İranın gündəlik 2 milyon barrel neft ixracının sanksiyalardan sonra 1 milyon barrelə qədər azalacağı gözlənilir. Vaşinqton İranın neft ixracının azalması ilə dünya bazarında yaranacaq kəsiri Kərkük nefti hesabına aradan qaldırmaq niyyətindədir.

Həm beynəlxalq, həm də İraqın mediasında yazılanlara görə, ABŞ Kərkük neftinin ən qısa müddətdə boru kəməri ilə Türkiyəyə ixrac edilməsi üçün Bağdad rəhbərliyinə təzyiq göstərir.


ABŞ-İran savaşında TARİXİ ŞANS: Ərdoğandan möhtəşəm gediş və İNANILMAZ QƏLƏBƏ
İsrail ordusu Qəzza sektorunda Fələstin döyüşçülərinin mövqelərinə hücümları davam etdirir. Bu haqda Müdafiə Nazirliyinin məlumatında bildirilir.


Dəhşətli müharibənin BİR ADDIMLIĞINDA: qərargah və hökumət binası məhv edildi - FOTO/VİDEO
Fələstin döyüşçüləri İsrailin cənubunda yerləşən ən böyük şəhərləri - Aşdod və Beer-Şevanı raket atəşləri ilə hədələyiblər. Bu haqda HƏMAS-ın hərbi qanadı olan “İzzəddin al-Kassam Briqadası”nın mətbuat katibi Abu Ubeydinin adından yayılmış bəyanatda deyilir.

Bildirilir ki, israillilər Qəzza sektorunda mülki binaları bombalamağa davam edərsə, HƏMAS raket atəşlərini İsrailin cənubunda yerləşən ən böyük şəhərlərə keçirəcək.

Rusiyanın əsl maliyyə təcridi başlandı: əgər qanuni mənşəyi sübut edilmirsə, hesablar bloklanır, qərb şirkətləri və bankları kredit xətlərini bağlayır. Böyük investisiyalar bloklanır. Qərblə ticarət üçün yaradılmış alətlər tədricən məhv edilir. Bunu Rusiyanın müxalifət siyasətçisi Konstantin Borovoy “Obozrevatel” nəşrinə bildirib.

Onun sözlərinə Rusiyanın özündə çox ciddi proseslər başlanıb, Qafqaz qaynayır, Uzaq Şərq hakimiyyətin sərt xarakterinə reaksiya verir.

“Hakimiyyətin saxlanılması üçün bu vəziyyətdə ən ağıllı hərəkət geri çəkilməyə başlamaq olardı. Amma Putin, özü düşünür ki, hakimiyyətin saxlanılması üçün geri çəkilmək olmaz. Deməli, o, dövlətin dağılmasını yaxınlaşdırır. Əgər bu, on il əvvəl cəfəngiyat görünürdüsə, indi Rusiyanın hissələrə ayrılması məsələləri açıq müzakirə edilir”, - siyasətçi əlavə edib.

Birləşmiş Ştatlarda “Şimal axını-2” layihəsinin reallaşdırılmasına maneə olmaq üçün alətlər var. Bu haqda ABŞ-ın Avropa İttifaqındakı səfiri Qordon Sondlend bildirib.

Sondlend hesab edir ki, “Şimal axını-2” geosiyasi layihədir və Avropanı, deməli, ABŞ-ı zəif vəziyyətə qoyur.


ABŞ Avropanı HƏDƏLƏDİ: Tramp da bütün alətlərdən istifadə etməyib
Şimali Koreyanın 20-yə yaxın gizli raket bazasından 13-ünün yeri təsbit edilib. Bu barədə Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan hesabatda deyilir. Mərkəz kommersiya peyk görüntülərindən istifadə edərək, Şimali Koreyada raket və digər texnologiyaların istehsalında istifadə olunan 13 gizli obyektin yerini müəyyən edib.
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik