"Qarabağdan savayı hər şeydən danışırlar" — Deputat Qarabağ mitinqindən DANIŞDI
Siyaset
Oxunub: 380
10 noy 2018 | 18:22
"Qarabağdan savayı hər şeydən danışırlar" — Deputat Qarabağ mitinqindən DANIŞDI
















Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev "Qarabağ" İctimai Komitəsi tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi tələbilə noyavrın 24-də keçirilməsi planlaşdırılan mitinqin təxirə salınması məsələsinə münasibət bildirib.
F.Quliyev "Ölkə.Az"-a açıqlamasında deyib ki, Qarabağla bağlı keçirilən sonuncu mitinq çox uğursuz təşkil edilib:

"Sonuncu Qarabağ mitinqi çox uğursuz oldu. Bu mitinq daxili auditoriyaya zərbə vurdu, milli birliyə xidmət edən mitinq olmadı. Yəni, çox bölücü mitinq idi. Həmin mitinqdə bəzi çıxışlar onu urvatdan saldı. Nəticədə isə bu daxili ictimai rəyə mənfi təsir göstərdi. Təsəvvür edin ki, xaricdən o mitinqi izləyənlər bir anlıq düşündülər ki, bu ölkənin Qarabağla bağlı iradəsi budurmu və sairə. Qarabağ mitinqində konseptual yanaşmalar olmadı. Belə addımlara "qaş düzəldən yerdə göz çıxardı" deyirlər. Təbii ki, bu cür hallar Azərbaycana fayda verə bilməz. Ancaq gərək zərər də verməyəsən. Ona görə də mən Qarabağ adı ilə öz şəxsi ambisiyalarını dilə gətirib fərqli çıxışlar edən adamların bu tip hərəkətlərinə qarşıyam. Mən dəqiq bilmirəm ki, mitinqdə çıxış edən həmin adamların plan və məqsədləri konkret olaraq nədir. Amma görünən odur ki, həmin mitinqdə Qarabağdan savayı hər şeydən danışırlar. Əgər kiminsə hakimiyyətlə mübarizəsi varsa, bunu Qarabağ kimi məsələnin adı ilə etməzlər. Çünki o mitinqdə qazilər, şəhid ailələri, təşkilatlar iştirak edirdi. Sən mitinqdə çıxış onların fikirlərini çatdırmalısan. Daha öz siyasi ambisiyalarını dilə gətirməməlisən. Ona görə də hesab edirəm ki, bu cür mitiqnlərə qətiyyən ehtiyac yoxdur. Bu səviyyədə Qarabağ məsələsinə yanaşmaq olmaz".

Deputat Qarabağ məsələsi ilə bağlı hakimiyyətlə müxalifət təşkilatları arasında ortaq memerendumun imzalanmasını təklif edib:

"Təklif etmişəm ki, hakimiyyətlə bütün müxalif təşkilatlar Qarabağ məsələsi barədə ortaq memerendum imzalasınlar. Yəni, hakimiyyət əmin olmalıdır ki, müxalifət Qarabağ məsələsindən sui-istifadə edib hakimiyyət mübarizəsi aparmayacaq, müxalifət də əmin olsun ki, hakimiyyət Qarabağ məsələsində güzəşt etməyəcək. Bu hər iki tərəf üçün böyük etimad olardı. Həm də xaricdən Qarabağ məsələsilə bağlı hakimiyyətə təzyiqlər olan zaman onlar bütün ölkə ictimaiyyətinin iradəsini nəzərər alarlar. Nəticədə isə bütöv millət olaraq xarici təzyiqlərin qarşısında güclü müqavimət göstərmək olar".
F.Quliyev keçmiş döyüşçü kimi Qarabağ məsələsinin onun üçün ağrılı problem olduğunu da söyləyib:

"Mən təkcə Naxçıvanda deyil, eyni zamanda Qarabağda da bir döyüşçü kimi vuruşmuşam. Mən Kəlbəcərdə, Ağdərədə, Ağdamda döyüşmüşəm. Ona görə də bu məsələni bir köynək yaxından bilirəm. Mənim Qarabağ müharibəsində şəhid düşmüş xeyli dostlarım var. Hətta, həmin dostların məzarlarını görəndə çox pis olduğum üçün az qala Şəhidlər Xiyabanına da gedə bilmirəm. Şəxsən mən Qarabağ məsələsi ilə bağlı elə gün olmur ki, ona münasibət bildirməyim. Qarabağla bağlı xeyli təkliflərim olub. Hətta, həbsxanada olduğum vaxtı məhbəsdən belə təklif göndərmişdim".
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan