Ermənistanın vitse-spikeri: “Paşinyan Əliyevin qarşısında susur”
Siyaset
Oxunub: 509
10 noy 2018 | 15:30
Ermənistanın vitse-spikeri: “Paşinyan Əliyevin qarşısında susur”
















Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib.
Vitse-spiker Paşinyanın dövlətin beynəlxalq mövqelərini və təhlükəsizliyini zəiflətdiyini deyib. Şarmazanov qeyd edib ki, Paşinyanın davranışları Ermənistanın öz müttəfiqləri tərəfindən gülüş obyektinə çevrilməsi və təklənməsinə gətirib çıxarıb.

“KTMT-nin 8 noyabrdakı iclasında Ermənistanın nümayəndəsi təşkilatın baş katibi postuna seçilmədi. Aydın olur ki, Nikol Paşinyanın idarəçiliyi dövründə Ermənistan öz təhlükəsizlik mövqelərini ardıcıl olaraq güzəştə gedir. Bunun sübutu isə, artıq KTMT-nin baş katibi postunun Belarus nümayəndəsinə veriləcəyilə bağlı açıq bəyanatlardır. Bu, Paşinyan hökumətinin açıq-aydın məğlubiyyətidir", – deyə Şarmazanov bildirib.
Vitse-spiker qeyd edib ki, Paşinyan uğursuzluğunu ört-basdır etmək və xalqın gözündən pərdə asmaq üçün korrupsiya ilə mübarizə məsələsini qabardacaq:
“Bəs sonra nə olacaq? Sonra bu uğursuzluqları örtmək üçün “korrupsiya ilə mübarizə”nin yeni dalğası başlayacaq, cəmiyyət yenə də ağlara və qaralara bölünəcək. Cənab baş nazir, korrupsiya və ya istənilən qanunsuzluğa qarşı savaşmaq lazımdır, amma bu, Ermənistanın və Qarabağın təhlükəsizliyi bahasına edilməməlidir.”
Erməni vitse-spiker həmçinin, Paşinyanı Azərbaycan Prezidenti İlham Əliyevin qarşısında susmaqda və zəiflik göstərməkdə günahlandırıb. Onun sözlərinə görə, Əliyevə təriflər yağdıran Paşinyan Ermənistanı aciz dövlət kimi göstərir.
“Bu cür uğursuzluqlarla yanaşı, Paşinyanda normal və savadlı şəxs təəssüratı yaradan İlham Əliyev yenə də hansısa ərazilərin geri qaytarıldığını, Qarabağın Azərbaycanın ərazisi olduğunu deyib və Ermənistan tərəfindən güzəştlərdən danışıb. Cənab Paşinyan, mən buna sizin reaksiyanızı gözləyirdim. Lakin cavab olaraq sizin qəti sözləriniz əvəzinə, sükutunuzla qarşılaşdım” ,- deyə Şarmazanov qeyd edib.
Bu gün, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Bu gün, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik