Türk torpaqlarında Ermənistan DARMADAĞIN EDİLDİ - Azərbaycanın dostlarından Paşinyana ŞOK
Siyaset
Oxunub: 384
10 noy 2018 | 13:13
Türk torpaqlarında Ermənistan DARMADAĞIN EDİLDİ - Azərbaycanın dostlarından Paşinyana ŞOK














Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Astanada toplanan liderləri KTMT-nin yeni baş katibinin təyinatı məsələsində razılığa gələ bilmədilər. Təşkilatın baş katibin müavini olan belaruslu Valeri Semerkov müvəqqəti baş katib vəzifəsini icra edəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitr Peskov bildirib ki, yeni baş katib dekabrın 6-da dövlət başçıları tərəfindən Sankt-Peterburqda müəyyən ediləcək. Bu, təşkilatın hazırkı sədri Ermənistana ağır zərbə sayıla bilər. Məsələ ondadır ki, noyabrın 2-də baş katib vəzifəsindən vaxtından əvvəl azad edilən erməni general Yuri Xaçaturov iki gün əvvəl Ermənistana qayıdıb.

Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndən sonra “1 mart” işi üzrə açılan cinayət işinə Y. Xaçaturov da cəlb edilib. Xaçaturov 5 milyon dram girov qarşılığında azad ediləndən sonra vəzifəsini davam etdirmək üçün Moskvaya qayıdıb. Lakin İrəvan onun dəyişdirilməsini istəyib. Bundan sonra Xaçaturov vəzifəsindən azad edilib.

Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Sarkis Artsruni Astanada KTMT-nin baş katibi seçilməməsinin səbəbi kimi faktiki olaraq, təşkilat üzvləri arasında razılığın olmamasını göstərir.

Onun sözlərinə görə, təşkilatda ziddiyyətlərin çox olduğuna Qazaxıstan prezidenti Nursultan Nazarbayev də bəyanatında işarə vurmuş oldu.

“Ermənistan nümayəndəsi Xaçaturov bizdə baş katib idi, ancaq o, geri çağırıldı. Mən səbəbi barədə danışmaq istəmirəm, bu, Ermənistanın daxili işidir. Qaydaya görə, baş katiblik rotasiya qaydasında, əlifba sırası ilədir və Ermənistandan sonra Belarus gəlir. Əlbəttə, Ermənistan vaxtın uzadılmasını istədi. Ancaq bütün dövlət başçıları dedilər ki, cəmi bir il qalır (Ermənistanın KTMT-dəki baş katib yerinin başa çatması nəzərdə tutulur – red.), yeni nümayəndə hətta bu il ərzində ölkələri gəzib-görə bilməyəcək, ona görə də normal fəaliyyət göstərəcək baş katib Belarus tərəfdən olmalıdır”, - Artsruni Nazarbayevin fikirlərini qeyd edib.

Onun sözlərinə görə, Qazaxıstanın lideri diplomatik yolla çatdırır ki, yeni baş katib məhz Belarusu təmsil etməlidir və Ermənistanın yeni nümayəndəsinin seçimi məsələsi bağlanmışdır.

“Belə hadisələrin gedişatı tamamilə əvvəlcədən gözlənilən idi. Görünürdü ki, ən azı Qazaxıstan və Belarus Ermənistan tərəfindən təklif edilmiş istənilən namizədə qarşı çıxacaq. Hətta bu, Rusiyanın hərbi-siyasi dairələrində qəbul edilən keçmiş müdafiə naziri Vaqarşak Artünyan olsa belə. Ağlasığmaz hesab edilir ki, iki ay ərzində Minsk və Astana öz mövqeyini təkrar gözdən keçirəcək, hər halda, bunun üçün diplomatik ilkin şərtlər yoxdur. İrəvanın mövqeyi, yumşaq desək, Moskva tərəfindən dəstəklənmir”, - erməni şərhçi yazıb.

O qeyd edib ki, KTMT-nin yeni baş katibinin seçilməsi ətrafında yaranmış böhran Moskvaya imkan verir ki, Moskva yalnız KTMT üzvləri ilə deyil, hətta Azərbaycanla çoxsəviyyəli səhnəarxası danışıqlar aparsın.

“Yeri gəlmişkən, bir az əvvəl Rusiyanın “Kommersant” nəşri diqqətəlayiq informasiyanı yaydı. Nəşrin Astana sammitinin hazırlığında iştirak edən həmsöhbətləri bildirdilər ki, KTMT-də Azərbaycan Prezidenti İlham Əliyevi sammitə dəvət etmək fikri müzakirə edilirdi. Xüsusi halda, Qazaxıstan prezidenti Nursultan Nazarbayev belə ideya ilə çıxış etdi və bəzi liderlər, həmçinin Belarus prezidenti Aleksandr Lukaşenko onu dəstəklədi”, - deyə, erməni şərhçi KTMT-nin Astana sammitinin İrəvan üçün fiasko ilə nəticələndiyini vurğulayıb
Bu gün, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Bu gün, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik