Hacı Qalib 3 dövlət qurumuna qarşı - QALMAQAL
Siyaset
Oxunub: 485
9 noy 2018 | 18:43
Hacı Qalib 3 dövlət qurumuna qarşı - QALMAQAL















Sabiq deputat Qalib Salahzadə Bakının Bilgəh qəsəbəsində 35 vətəndaşın yolunu kəsib. Azərbaycanın Baş Prokurorluğu, Bakı Şəhər İcra Hakimiyyəti, Sabunçu rayon İcra Hakimiyyəti həmin yolun açılması üçün hərəkətə keçib. Yolun noyabrın 15-nə qədər açılması məsələsi gündəmdədir.

Sabiq deputat sənədlərlə dövlətə məxsus olması təsdiqlənən yola iri dəmir darvaza, avtomobil təkərlərinin hərəkətinə mane olmaq üçün xüsusi deşici-kəsici qurğu quraşdırıb və 35 vətəndaşı yolsuz-izsiz qoyub. Bilgəhdə hər kəs bu məsələnin nə ilə sonunclanacağını gözlədiyi bir vaxtda, Hacı Qalib Salahzadə darvazaya 2 əlavə qıfıl da asıb.

Bakı şəhər sakini Seymur Quliyev deyir ki, 7 ildir Hacı Q.Salahzadə onun yolunu bağlamaqla yanaşı yaxınlıqda yerləşən torpağını zəbt edib. Həmin torpağın üzərindəki 2 evini - 3 mərtəbəli və 2 mərtəbəli mülklərini yerlə bir edib, həyətindəki hovuzu, yaşıllıqları məhv edib. Məhkəmələr Hacı Qalibin hərəkətlərinin əsassızlığını ortaya qoyan qərarlar veriblər. Amma həmin qanunsuz hərəkətlərə hüquqi qiymət verilməsi üçün illərlə tədbirlər görülməyib.

Bu ilin mayında Baş Prokurorluqda məsələ araşdırılıb və cinayət işi başlanıb. İş materialları istintaq edilmək üçün Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinə göndərilib. İstintaq zamanı müəyyən edilib ki, Hacı Qalib Salahzadə Seymur Quliyev, Nurid Əliyevlə yanaşı İntiqam Zakir oğlu Sultanovun torpaq sahəsini zəbt edib. Bu fakta görə Cinayət Məcəlləsinin 188-ci - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddəsi ilə də cinayət işi başlanıb və digər işlə birləşdirilib.

Bundan əlavə, Seymur Quliyev və Bilgəh qəsəbə sakinləri Əliyev Nurid Məcid oğlu, Rəna Bayramova, Kamil Rəcəbov və digərlərinin kollektiv ərizə ilə Baş Prokurorluğa müraciət edib.

Yolu bağlanan vətəndaşlarının əlində Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Sabunçu Rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubun surəti də var. Həmin məktubda deyilir ki, müraciətdən sonra apaılan araşdırmada faktlar təsdiqlənib, hasara alınmış gediş-gəliş yolunun açılması barədə rəsmi xəbərdarlıq edilib.

Seymur Quliyev deyir ki, Baş Prokurorluq Bakı Şəhər İcra Hakimiyyətinə məktub ünvanlayaraq qanunsuz olaraq bağlamış yolun açılmasının təmin olunmasını həvalə edib. Bakı Şəhər İcra Hakimiyyətindən isə məktub ərazi üzrə Sabunçu İcra Hakimiyyətinə göndərilib.

Seymur Quliyevin sözlərinə görə, Baş Prokurorluqdan oktyabrın 15-də BŞİH-ə göndərilən məktubla bağlı hərəkətlilik hələ ki, yoxdur: “Dünən Bakı İcra Hakimiyyətinə zəng elədim. Dedilər ki, Baş Prokurorluqdan məktub daxil olub və Sabunçu İcra Hakimiyyətinə göndəriblər”. Şikayətçi deyir ki, icra hakimiyyətinin Hüquq şöbəsinin müdirinin ona cavabı belə olub: “Nemət müəllim deyir ki, bilmirsiz ki, Qalib kimdir, biz nə deyək, Qalibə deyək aç qapıları? Buldozer aparaq ora? Hüquqşünas dedi ki, qanunsuz tikilini sındıra bilmərik”.

Seymur Quliyevin sözlərinə görə, Sabunçu İcra Hakimiyyətinə sorğu verib ərazidəki “Şəbəkə” restoranının hansı sənədlərə əsasən fəaliyyət göstərməsi haqda məlumat verilməsini xahiş ediblər: “Hüquqşünasa dedim ki, Sabunçu İcra Hakimiyyəti, konkret olaraq hüquq şöbəsi cavab yazıb ki, orada restoran qanunsuz fəaliyyət göstərir. Bundan sonra hüquqşünas dedi ki, biz bir də rəhbərliyə müraciət edərik. Ona məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə gedəcəyimi dedim. Bildirdim ki, BŞİH yolun açılamsına birbaşa cavabdehdir, 1 ay ərzində baş Prokurorluqdan göndərilən məktubla bağlı icra olunmalıdır - yəni yol qeyd-şərtsiz açılmalıdır”.
“Yeni Müsavat”
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik