Millətin içində olan millət vəkili: Adil Əliyev seçicidən niyə gizlənmir?
Siyaset
Oxunub: 523
6 noy 2018 | 12:10
Millətin içində olan millət vəkili: Adil Əliyev seçicidən niyə gizlənmir?














Azərbaycan seçicilərinin heç də hamısının deputat sarıdan bəxti gətirməyib. Ad çəkmək etik olmadığı üçün etiraf etmək lazımdır ki, bir sıra millət vəkili mandatı daşıyanlar seçicilərini illərlə yada salmırlar, parlamentin iclaslarına getmirlər, gündəlik duran məsələlər barədə çıxış etmirlər. Ona görə pis və yaxşı deputatlar rubrikamıza start vermişik.

Cahan.info xəbər verir ki, bu mənada Bakının Nərimanov rayon seçicilərinin bəxtinin gətirdiyini söyləmək olar.

Onların səs verərək seçdiyi millət vəkili Adil Əliyevin seçici ilə təmasının ilk göstəricisi qərargahının yaşayış binalarından birinin düz həyətində olmasıdır.

Yəni, A.Əliyev seçicidən qaçan deputat deyil. Necə deyərlər, elə oğlan deyil ki, kimdənsə gizlənsin, sözünü deyən vətəndaşdan yan gəzsin, onun dərdinə şərik çıxmasın.

Bəlkə də A.Əliyev haçansa deputat olmasa belə bu günkü aktiv fəaliyyətini bir insan, fəal vətəndaş kimi davam etdirəcək, seçicinin ona göstərdiyi etimadın, hörmətin əvəzi olaraq yenə də onların yanında olacaq.

Həqiqətən də Türkiyədə olduğu kimi, A.Əliyev də millət vəkili kimi millətin içində olanlardan biridir. Bir sıra deputatların qərargahının ünvanını seçiciləri belə tanımırlar ki, qapısını döyüb dərdlərini danışsınlar.

A.Əliyev isə məhəllədə yerləşən ofisini sakinlərin üzünə açıq elan edib. Kimin nə problemi varsa, imkanı çatdığı qədər köməklik edir, yuxarı instansiyaların nəzərinə çatdırır.

Təkcə bu fəaliyyətinə görə deyil, eyni zamanda Adil Əliyev deputat kimi seçicilərin xeyir-şər işlərində iştirak edir, aztəminatlı ailələrə yardım göstərir, Nərimanov rayonunda idmana həvəsi olan cavanları, yeniyetmələri yanına çəkir, dəstək verir.

Həmçinin, imkansız ailələrin uşaqlarına məktəb ləvazimatlarının alınmasında dəstəyini əsirgəmir, bayramlarda onlarla birgə olur, xalqın deputatı kimi fəaliyyət göstərir.

Adil Əliyev o millət vəkillərindəndir ki, sosial şəbəkələrdə aktivdir, fikirlərini yazır, düşüncələrini bölüşür, onu bəyənən, izləyən minlərlə sosial şəbəkədə istifadəçisi var. Halbuki, onlarla deputat adı çəkmək olar ki, nə feysbuka daxil olurlar, nə seçicilərlə görüşürlər.

A.Əliyev isə seçicisindən nə reallıqda, nə virtualda gizlənir. Əksinə, hər iki fazada təmasları artırır, daha çox kömək göstərməyə çalışır.

A.Əliyev seçicidən ona görə gizlənmir ki, bu onun ailədən gələn əxlaqıdır. Hər zaman insanlara dəstək olmaq, dara, çətinə düşənin əlindən tutmaq bu ailədə irsi mədəniyyətdir. Adil Əliyev də bu ruhda, belə bir mühitdə tərbiyə aldığı üçün heç vaxt seçicilərdən, xalqdan gen gəzməyib.

Deputatların seçildikləri rayonlarda yol, su çəkdirəcəkləri və s. vədlər elə seçki kampaniyası bitər-bitməz unudulur…

Amma millət vəkili statusunu daşıdığı illər ərzində öz vədinə sadiq qalan, seçicilərini və onların problemlərini bircə anlıq belə olsun unutmayan deputatlarımız da var.

Bu şərəfli işik öhdəsindən layiqincə gələn millət vəkilləri sırasında Adil Əliyevin adını xüsusilə vurğulaya bilərik.

İstər seçicilər, istərsə də həmkarları və media nümayəndələri ilə qurduğu səmimi münasibətlə hər zaman gündəmə gələn Adil müəllimin siyasi və ictimai fəaliyyəti daima göz önündədir.

Bəzən o, seçicilərinin problemlərini həll etməkdən ötrü məmurları tənqid etməkdən belə çəkinmir. Əlbəttə ki, parlamentdə əyləşən heç də hər deputat bu addımı atmır.

Yəqin ki, Adil müəllimin parlamentdə təmsil etdiyi seçki dairəsinin seçicilərinin istilik probleminə görə, Azəristilik ASC rəhbərliyinin ünvanına səsləndirdiyi sərt tənqidi hamı xatırlayır.

Adil Əliyev istilik sistemində yaranan problemlərin həllinə dair illər üzrə statistikaya əsasən büdcədən ayrılan pulların miqdarını göstərərək bildirmişdir ki, onun seçicilərinin istilik problemləri həll olunmazsa, Hesablama Palatasına və Korrusiyaya qarşı Mübarizə Idarəsinə həmin rəqəmlərin yoxlanılması barədə müraciət edəcək. Bütün bunlar Adil Əliyevin öz seçicilərinin problemlərini həll etməkdən ötrü heç nədən çəkinmədiyini bir daha isbatlayır.

Onu bir çox deputatlardan fərqləndirən cəhəti həm də mətbuata açıq olması, telefonuna zəng edən jurnalistlərin istənilən sualına cavab verməsidir.

A.Əliyev həmişə mediaya hörmətlə yanaşıb, bəziləri kimi telefonu asmayıb və yaxud söndürməyib. Çünki onun fəaliyyətində gizlədəcəyi bir məqam yoxdur. Millətin içində olan millət vəkili əsla nədənsə çəkinmir.

Qeyd edək ki, Adil Əliyev 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputat seçilib.

1992-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrində bölmə rəisi, 1994-cü ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsində növbətçi inspektor, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, 1998-ci ildən Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsində baş əməliyyat müvəkkili, rəis müavini işləyib.

1999–2002-ci illərdə Su Nəqliyyatında Polis İdarəsində Xətt polis şöbəsinin rəisi, bölmə inspektoru olub.

2002-ci ildən Bakı Şəhər Polis İdarəsinin bölmə rəisi, Yasamal Rayon Polis İdarəsinin şöbə rəisi, 2004–2005-ci illərdə Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi vəzifələrində çalışıb.
Bu gün, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Bu gün, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik