İran çətin durumda - Sabahdan sanksiyalar sərtləşir
Siyaset
Oxunub: 395
4 noy 2018 | 21:19
İran çətin durumda - Sabahdan sanksiyalar sərtləşir














Avropa ölkələri ilə ticarət və maliyyə əməliyyatlarını həyata keçirmək üçün xüsusi mexanizm hazırdır və gələn həftədən fəaliyyətə başlayacaq.

Bu sözləri İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib. O bildirib ki, noyabrın 4-dən ABŞ-ın yeni sanksiyaları qüvvəyə minəcək. Lakin 4 noyabr digər günlərdən fərqlənməyəcək və İran üçün adi günlərdən biri olacaq.

Dünya mətbuatı noyabrın 4-dən sonra İranda nə kimi hadisələrin baş verəcəyini səbirsizliklə gözləyir. Lakin noyabrın 4-dək baş verən hadisələr siyasi şərhçiləri bəzi fikirlər irəli sürməyə vadar edib. İran rəsmiləri ölkə iqtisadiyyatının sanksiyalara hazır olduğunu bildirsələr də, problemlər qaçılmaz olacaq. Nəzərə çatdırmaq lazımdır ki, ABŞ öz istəyinə, yəni, İranda hakimiyyət dəyişikliyinə çətin nail olsun. Əvvəla, ABŞ İranın Milli Neft Şirkətinin Böyük Britaniyanın BP neft şirkəti ilə Şimal dənizində neft və qaz hasil etməsinə icazə verib. Digər tərəfdən, 8 ölkə sanksiyalardan kənarda saxlanılıb və onlar da İrandan neft almaqda davam edəcəklər. ABŞ mətbuatının yazdığına görə, rəsmi Vaşinqton İranı beynəlxalq bank əməliyyatları keçirmək üçün istifadə olunan SWIF sistemindən də məhrum edə bilməyib. Bütün bunlarla yanaşı, M.Vaezinin dediyi kimi, Avropa ölkələri ilə də ticarət və maliyyə əməkdaşlığı xüsusi mexanizmlə davam edəcək.

Əgər İranda baş vermiş 1979-cu il inqilabından sonra ABŞ-ın bu ölkəyə qarşı sanksiyaları bir sıra dünya dövlətləri, o cümlədən Avropa İttifaqı tərəfindən dəstəklənirdisə, bu gün demək olar ki, heç bir dövlət Donald Trampın sanksiya siyasətinə dəstək vermədi. Buna baxmayaraq Tramp sanksiyaları tətbiq etdi. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bir çox güzəştlər etməyə də məcbur oldu. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ Avropadakı müttəfiqləri ilə meydana çıxan problemləri həll etmək iqtidarına malikdir. Ancaq məsələ milli maraqlara toxunanda rəsmi Vaşinqton Avropadakı müttəfiqlərini itirmək riski ilə üz-üzə qalaraq güzəştlərə məcbur oldu. Dolayısı ilə Avropanın karbohidrogen ehtiyatlarına olan tələbatının ödənilməsinə qadağa qoymaq müttəfiqlər arasında yaranan problem deyil, düşmənçilik kimi qiymətləndirilə bilərdi. Bunu nəzərə alaraq, İranın Avropa ilə birlikdə hazırladığı xüsusi mexanizm çərçivəsində ticarət və maliyyə əməliyyatlarını davam etdirməsini də ABŞ səssizcə qarşılayacaq.

Yuxarıda deyilənləri nəzərə alaraq belə bir qənaətə gələ bilərik ki, ABŞ-ın sabahdan etibarən İrana qarşı sanksiyaları daha da sərtləşdirməsi o qədər ciddi təsirə malik olmayacaq. İran mövcud imkanlardan istifadə edərək iqtisadiyyatının çökməsinə imkan verməyəcək və ölkə normal qaydada idarə olunacaq. Bununla iki dövlət arasındakı münaqişə də başa çatan deyil. Bu münaqişənin nə vaxta kimi davam edəcəyini və kimin qalib olacağını isə zaman göstərəcək. (Azərtac)
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi