Ermənistan qarşısında QARABAĞ ŞƏRTİ, 3 ildir gizli saxlanılan PLAN... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Siyaset
Oxunub: 453
4 noy 2018 | 17:41
Ermənistan qarşısında QARABAĞ ŞƏRTİ, 3 ildir gizli saxlanılan PLAN... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ















ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov vəzifəsindən azad edilib. Ermənistanda parlament seçkilərinin tarixi açıqlanıb. Gürcüstanda prezident seçkiləri keçirilib. Rusiya 322 Ukrayna vətəndaşı və 68 şirkət barəsində sanksiyalar tətbiq edib. Türkiyə yaxın vaxtlarda Suriyada Fəratın şərqində PKK/YPG terror təşkilatına qarşı əməliyyata başlayacaq. ABŞ Prezidenti Donald Tramp İranın neft məhsulları və neft tədarükünə qoyduğu embarqonun müddətini uzadıb. İran sanksiyaların ölkənin siyasətini dəyişdirməyəcəyini bəyan edib. . “Skripal işi” ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların ikinci paketi qəbul edilə bilər.

Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyadan olan həmsədr İqor Popovu, Fransadan olan həmsədr Stefan Viskontini və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Regiona səfərə gələn ATƏT-in Minsk qrupunun həmsədrləri - Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) - əvvəlcə İrəvana, ardınca işğal altındakı Qarabağ bölgəsinə, daha sonra Bakıya gəldi. Həmsədrlərin məqsədi heç bir nəticə olmasa da həmişəki kimi münaqişə ətrafında müzakirələrin aparılması idi. Budəfəki işçi səfərdə diqqət çəkən məqam rusiyalı həmsədr İqor Popovun Xankəndinə getməkdən imtina etməsi olub. İşğal altındakı ərazilərə yalnız ABŞ və Fransa nümayəndəsi gedib.

Bu detal regionda baş verən proseslər və bunun Qarabağ münaqişəsinə təsiri baxımından iki ehtimalı önə çıxarır.


Rusiyalı həmsədr Xankəndinə niyə getmədi? - Kremldən gələn təlimat və Qarabağda müharibə ELANI
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin VII üçtərəfli görüşünün İstanbul Bəyannaməsi imzalanıb.


Üçtərəfli görüşün İstanbul Bəyannaməsi imzalandı
“Paşinyan Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyini müəyyən edə bilmir. O, anlayır ki, bu, çox incə məsələdir. Onun bəyanatları göstərir ki, problemdən uzaqlaşmaq və yerinə Qarabağı tərəf kimi təqdim etmək istəyir. Lakin bu, baş tutmayacaq”. Bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Rusiya mediasına müsahibəsində deyib.


Koçaryandan Qarabağla bağlı ŞOK AÇIQLAMA - Paşinyana TƏRS ŞİLLƏ
İrəvanda səfərdə olan ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşüblər. Görüşdə Paşinyan ATƏT-in Minsk qrupunun beynəlxalq ictimaiyyətin mandatına malik yeganə format kimi vacibliyini vurğulayıb.

Tərəflər Düşənbədə Azərbaycan prezidenti İlham Əliyevin Nikol Paşinyanla görüşü və orada əldə olunan razılaşmalara dair fikir mübadiləsi aparıblar.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Botonun regiona səfəri, xüsusilə Ermənistanda “Dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi partiya qələbə qazanacaqsa, bu, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində daha qətiyyətli və həlledici addımlara təşəbbüs etmək üçün yaxşı imkan olacaq” açıqlamasını verməsi, həmçinin, İrəvanın Tehranla münasibətlərə son qoymasını tələb etməsi işğalçı ölkədə ciddi narazılıq və təşvişlə qarşılandı.

İrəvanda ABŞ-ın Ermənistanı öz maraqlarına qurban verəcəyi haqqında danışılır.


Paşinyan dekabrdan sonra ya əraziləri qaytaracaq, ya da... - ABŞ-dan İrəvana GÖZLƏNİLMƏZ TƏLƏB
“Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından konstruktiv dialoqun bərpası üçün Rusiya, Türkiyə və İranın prosesdə iştirakı əhəmiyyətlidir”. Bu barədə Rusiyada “Avrasiyaçılıq Hərəkatının” lideri, Kremlin ideoloqu kimi tanınan Aleksandr Duqin deyib.


Kremlin ideoloqu Qarabağ razılaşmasının SENSASİYALI DETALLARINI AÇDI
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) regiona səfər çərçivəsində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə gəliblər. Həmsədrlər Xankəndində Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə təmas xəttindəki vəziyyət müzakirə olunub.

Bako Saakyan görüşdə həmsədrlərdən Dağlıq Qarabağın da danışıqlarda tərəf kimi iştirakının təmin edilməsi ilə bağlı xahiş edib. İddia edib ki, münaqişənin həllinə nail olmaq üçün Qarabağ separatçıları danışıqlar prosesinin bütün mərhələlərində iştirak etməlidir.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvanda səfərdə olarkən “Əgər növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın partiyası qalib gələcəksə, bu, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün qətiyyətli addımların atılmasına şərait yaradacaq” açıqlamasının Ermənistanda yaratdığı əks-səda davam edir. Ermənistanın xarici işlər nazirinin müavini Ruben Ruinyanın Boltonun fikirləri ilə bağlı münasibəti sensasiya olaraq təqdim edilib.


ABŞ-ın “Qarabağı qaytarın” çağırışına Ermənistandan SENSASİYALI CAVAB
“ABŞ Azərbaycana silah satışına başlaya bilər”. Bu iddia ilə Ermənistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru, politoloq Ruben Safrastyan çıxış edib.

“Vaşinqton Azərbaycan və İran münasibətlərini nəzərə alaraq, Bakıya müxtəlif layihələr təklif etmək fikrindədir. ABŞ üçün ən əhəmiyyətli planlardan biri də Xəzər dənizində azad iqtisadi zonanın yaradılması ola bilər. Hesab edirəm ki, Tramp Administrasiyası “907-ci düzəlişi” ləğv edə və Azərbaycana silah satışına başlaya bilər”, - deyə o bildirib.

Safrastyan əlavə edib ki, ABŞ-ın Azərbaycana verdiyi əhəmiyyət və gələcəkdə silah satışını həyata keçirməyi düşünməsi Bakının gücünü daha da artıracaq.

Rusiyanın “Kommersant” nəşri Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən yazıb. Nəşr münaqişənin nizama salınmasında irəliləyişin olmamasına baxmayaraq, regiona gələn vasitəçilərin prosesi ölü nöqtədən tərpətmək cəhdləri etmədiyini qeyd edir.


Qarabağda toqquşmalar güclənəcək və... - “Kommersant” Paşinyanın HİYLƏGƏR PLANINI AÇDI
Ermənistanda daxili proseslər başa çatmayanadək Dağlıq Qarabağ böhranından çıxmaq üçün yollar tapmaq çətin məsələdir. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşdən sonra təşkil edilən brifinqdə deyib.


Lavrovdan Qarabağ AÇIQLAMASI: "Mümkünsüz görünür"
“Bakı və İrəvanda Qarabağ münaqişəsi üzrə dialoqun davam etdirilməsi üçün yüksək səviyyədə istək var”. Bu barədə ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.

Popov qeyd edib ki, növbəti ay Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçiriləcəyinə ümidlər var: “Bu görüşdə münaqişənin nizama salınmasının əsas prinsipləri və etibarın möhkəmləndirilməsi müzakirə ediləcək. Prinsipial olaraq anladıq ki, dialoqun davamı üçün yüksək səviyyədə istək mövcuddur”.

Türkiyənin Ermənistanla bağlı mövqeyi dəqiq və aydındır – Azərbaycanın işğal olunmuş əraziləri azad olunanadək münasibətlərin normallaşmasından söhbət gedə bilməz. Bu barədə Türkiyə Prezident Administrasiyasından deyiblər. Qeyd olunub ki, Türkiyə əvvəlki kimi Azərbaycanı dəstəkləməkdə davam edəcək, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmdə saxlayacaq:

“Əgər Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyirsə, tez bir zamanda Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir”.

Administrasiyadan həmçinin bildiriblər ki, Ermənistan Türkiyəyə qarşı 1915-ci il hadisələri ilə bağlı iddialardan əl çəkməlidir.

Nikol Paşinyan noyabrın 1-də Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsinə növbəti qanunsuz səfərini reallaşdırıb. Onu Xankəndidə Qarabağ separatçılarının lideri Bako Saakyan qarşılayıb.

Türkiyədə növbəti genişmiqyaslı terror aktlarının qarşısı alınıb. Diyarbəkr vilayətinin Dəclə mahalında böyük şəhərlərdə terror aktları həyata keçirməyə hazırlaşan 3 PKK-lı, külli miqdarda silah və sursat ələ keçirilib.

Malatya vilayətində isə bir avtomobildə 28 kiloqram partlayıcı və partlayıcı qurğu ələ keçirilib. Avtomobilin sürücüsü saxlanılıb.

Ermənistan, Gürcüstan

Noyabrın 1-də Ermənistan parlamentinin baş nazirin seçilməsi ilə bağlı xüsusi iclası keçirilib. Baş nazir postuna yeganə namizəd Nikol Paşinyan olub.

Baş nazirin seçilməsi üçün lazım olan 53 səsi toplamaq mümkün olmayıb. Bir həftə öncə keçirilən ilk iclasda da baş naziri seçmək mümkün olmamışdı.

Ermənistan konstitusiyasına görə, parlament iki iclasda baş naziri seçə bilməsə, buraxılacaq və növbədənkənar parlament seçkiləri keçiriləcək. Növbədənkənar seçki planı Nikol Paşinyana məxsusdur. Paşinyan müxalifətin parlamentdəki üstünlüyünü ələ keçirmək üçün oyun oynadı: əvvəlcə özü istefa verdi, sonra iki iclasda baş nazirin seçilməməsini təmin etdi və növbədənkənar seçkini təmin etdi. Prosesin bu cür inkişafı Ermənistanda parlamentin buraxılması ilə nəticələnəcək.

Paşinyan bildirib ki, növbədənkənar parlament seçkiləri 9 dekabrda keçiriləcək.

“Ermənistan ABŞ-a yaxınlaşmağa və bu ölkənin silahını almağa qərar verəcəksə, bu proses Kremlin xoşuna gəlməyəcək. Doğrudur, mən bunun hansı dramatik nəticələrə gətirib çıxaracağını bilmirəm, lakin nələrsə olacaq. Hərçənd, Gürcüstan və Ukrayna nümunələri göstərir ki, Rusiyaya qarşı ABŞ-la dostluq etməyin kədərli nəticələri olur”. Bu barədə rusiyalı hərbi ekspert Aleksandr Xramçik ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvanda olarkən, Ermənistan rəhbərliyini ABŞ silahını almağa dəvət etməsini şərh edərkən deyib.


Rusiya Ermənistana MEYDAN OXUDU: Əgər ABŞ-dan silah alsanız...
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov vəzifəsindən azad edilib. Bu haqda təşkilatın saytında bildirilir.

İsveç Cənubi Qafqaz ölkələrinə. o cümlədən Ermənistanın Müdafiə Nazirliyinə SAAB şirkətinin istehsalı olan JAS-39 qırıcıları təklif edib. Bu barədə “Reqnum” informasiya yayıb.

Bu hadisə demək olar ki, Con Boltonun İrəvana səfərindən dərhal sonra baş verib. Xatırladaq ki, Bolton İrəvana rus silahları əvəzinə daha ucuz və keyfiyyətli ABŞ silahları təklif etmişdi.

Nəşrin məlumatına görə, Ermənistana 8 qırıcı təyyarənin satışı təklif edilib. Təyyarələrin satış qiymətinin 55-60 milyon avro arasında olduğu bildirilir.

JAS-39 yüngül təkmühərrikli dördüncü nəsil qırıcı təyyarə hesab olunur. 800 kilometr döyüş radiusuna sahib olan qırıcı eyni zamanda həm hava-yer, həm də hava-hava tipli raketlər daşımaq imkanlarına malikdir.

Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini elan edib. Komissiyasının məlumatına görə, Salome Zurabişvili 38,6, Qriqol Vaşadze isə 37,75 faiz səs toplayıb. Bu iki namizəd seçkilərin seçkilərin ikinci turunda mübarizə aparacaqlar.

Seçkilərin ikinci turu səsvermənin nəticələrinin rəsmi elanından sonra iki həftədən olmayaraq keçirilməlidir.


Gürcüstan prezidentini seçə bilmədi - NƏTİCƏLƏR (YENİLƏNDİ)
Türkiyə, İran, Yaxın Şərq

Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv ediblər. Noyabrın 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Prezidentlərin telefon söhbətində qarşılıqlı şəkildə sanksiyaların aradan qaldırılmasına dair razılıq əldə edilib.

Türkiyə yaxın vaxtlarda Suriyada Fəratın şərqində PKK/YPG terror təşkilatına qarşı əməliyyata başlayacaq. Bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz Fəratın şərqində terror strukturunun yaradılmasına icazə verməyəcəyik, biz onu addım-addım təmizləyərək dağıdacağıq. Bu istiqamətdə hazırlıqları tamamladıq. Bir gecə qəfil gələ bilərik”, - Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib.

Türkiyə prezidentinin sözlərinə görə, Fəratın şərqində təhlükəsizlik zonasını yaratmaq niyyətindədir.

Türkiyə ordusu Suriyada Fərat çayının şərqində yerləşən Zor Mağar bölgəsində PKK/PYD terrorçularının mövqelərini bombalayıb.


Ordu böyük hücuma hazırlaşır: 3 ildir gizli saxlanılan PLAN İŞƏ DÜŞDÜ
ABŞ PKK terror təşkilatına meydan açmaq üçün savaşa daxil edilən İŞİD terror təşkilatına silah-sursat çatdırıb. Türkiyənin “Yeni Şəfəq” nəşri İŞİD-ə silah-sursat tədarükünün sənədlərini əldə edib.

1987-ci ildə Suriyada həbsxanada PKK terror təşkilatına qoşulan və 2012-ci ildə Bəşər Əsəd tərəfindən azad edilən Davud kod adlı terrorçu İŞİD-in silahla təchizatının detallarını danışıb.


Türkiyəyə qarşı XAİN ADDIM: gizli qrup... - ABŞ bu sənədə NƏ DEYƏCƏK? - FOTOFAKT
Türkiyənin Mardin vilayətində bomba yüklü avtomobillə birlikdə 5 terrorçu ələ keçirilib. Avtomobildə 32 ayrı terror hücumunda istifadə edilməsi nəzərdə tutulan təxminən 250 kiloqram partlayıcı maddənin olduğu aşkarlanıb.

Ələ keçirilən avtomobil və terrorçularla əlaqədar genişmiqyaslı araşdırma başladılıb.

Səhər saatlarında isə Qaziantepdə kamikadze təlimi aldığı müəyyən edilən bir terrorçu tutulub. H.M. adlı terrorçunun PYD/YPG terror təşkilatının üzvü olduğu, Suriyanın Telabyad bölgəsində yerləşən düşərgələrdə təlim olduğu bildirilir. Onun terror hücumu təşkil etmək məqsədiylə qeyri-qanuni yollarla Türkiyəyə girdiyi təxmin edilir.

Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülən səudiyyə jurnalisti Camal Qaşıqçı Yəməndə Ər-Riyad tərəfindən kimyəvi silahdan istifadə üzrə sübutları tapmağa çalışırdı. Bu haqda mənbəyə istinadən “Sunday Express” nəşri bildirib.


MI6 Səudiyyədən nə istəmişdi? – Qaşıqçı cinayətinin sensasiyalı detalları ORTAYA ÇIXDI
Türkiyəyə səfər edən Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Muacib türk həmkarlarına İstanbulda öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçının cəsədinin harada olduğunu bildirməkdən imtina edib. Bu haqda “Hürriyət” qəzeti hökumətdəki mənbələrə istinadən bildirib.


Səudiyyə Qaşıqçının cəsədini Türkiyədən niyə gizlədir? - Ərdoğanın suallarındakı SİRLƏR
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğuna girən səudiyyəli jurnalist Camal Qaşıqçı əvvəlcədən hazırlanan plan uyğun olaraq, boğularaq öldürülüb, daha sonra isə cəsədi parçalara bölünərək yox edilib. Bu haqda İstanbul Respublika Baş prokurorluğundan bildirilib.

Bildirilir ki, gerçəyin ortaya çıxarılması üçün Türkiyə tərəfindən göstərilən bütün yaxşı niyyətlərə baxmayaraq, İstanbula səfər edən Səudiyyə Ərəbistanının Baş prokuroru Səud əl-Muaciblə görüşlərdən konkret nəticə əldə etmək mümkün olmayıb. Açıqlamaya görə, cinayətdə şübhəli bilinən şəxslərin Türkiyədə mühakimə olunması barədə Ankaranın tələbi Səud əl-Muaciblə görüşlərdə təkrarlanıb.

Qeyd edək ki, Qaşıqçının öldürülməsi ilə bağlı indiyə kimi müxtəlif versiyalar irəli sürülmüşdü.


Qaşıqçının cəsədini tapmaq Meloya QALDI - FOTO
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçı barədə daha bir iddia ABŞ-ın “Vaşinqton Post” qəzetindən gəlib.


Qaşıqçı cinayətində HƏR ŞEY AÇIQLANDI: cəsədi ona görə dəfn etmədilər ki… - TÜKÜRPƏDİCİ İDDİA
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan – red.) müşaviri Yasin Aktay Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçı ilə əlaqədar açıqlamalar verib. O, jurnalistin cəsədinin daha asan əridilməsi üçün parçalara ayrıldığını söyləyib.

“Qaşıqçının cəsədinin parçalandığı barədə məlumat bizdə var idi. Lakin hazırda görürük ki, cəsədi parçalara bölməklə kifayətlənməmişlər, onu əridərək yox ediblər. Cəsədi daha asan əritmək üçün parçalara ayırıblar. Məqsəd ondan heç bir iz buraxmamaq olub”, - müşavir deyib.

Suriyanın hökumət gücləri Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında imzalanan Soçi anlaşmasına əsasən, İdlibdə yaradılan təhlükəsizlik zonasına ağır silahlarla hücum ediblər. Hücumda ən azı 10 dinc sakin ölüb, onlarla insan yaralanıb.

Soçi razılaşmasından bu yana hökumət güclərinin hücumlarında ümumilikdə 19 dinc sakin öldürülüb.

Xatırladaq ki, Soçi razılaşması sentyabrın 17-də əldə edilib. Razılaşmaya əsasən, İdlib ətrafında 15-20 kilometrlik təmas xətləri qurulacaq və bu bölgələrə silah daxil edilməyəcək. Bəşər Əsəd gücləri və müxaliflər bu dəhlizlərə daxil olmamalıdır. Dəhlizlər türk və rus əsgərləri tərəfindən qorunacaq.

İsrail sentyabrın 17-dən – Suriyanın hava hücumundan müdafiə sisteminin səhvən Rusiyanın “İl-20” hərbi təyyarəsini vurmasından sonra Suriya ərazisində heç bir sərbəst hərbi əməliyyat keçirməyib. Bu haqda “Contra Magazine” nəşri yazıb.


İsrailin “S-300” QORXUSU: sentyabrın 17-dən...
Sanksiyalar iqtisadi təsirini göstərəcək, amma siyasətimizi dəyişdirməyəcək, ABŞ bunu öyrənməlidir. İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın CBS telekanalına açıqlamasında bildirib.

“ABŞ sanksiyalarla bütün problemlərin həll ediləcəyinə inanır, amma həll etmir”, - o deyib.


Müharibə variantına 5 GÜN QALDI - Nazir AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp İranın neft məhsulları və neft tədarükünə qoyduğu embarqonun müddətini uzadıb. Bu barədə məlumatı Ağ Evin Mətbuat Xidməti yayıb.

Qeyd edək ki, ABŞ noyabrın 4-də İran neftinə qarşı sanksiyalar tətbiq edəcək. ABŞ digər ölkələrdən bu tarixə qədər İran neftinin alışını dayandırmalarını istəyib, əks təqdirdə onlara qarşı sanksiya tətbiq edəcəyini açıqlayıb.

ABŞ İrana qarşı sanksiyalarına baxmayaraq, 8 ölkənin İran neftini idxal etmələri üçün güzəştə gedib. Bunu “Bloomberg”ə bunu Ağ evdəki mənbələr bildiriblər.

Müvafiq razılaşmaların bu gün rəsmən açıqlanması gözlənilir. Güzəştə gedilən ölkələrin adı çəkilməsə də, aralarında Türkiyə, Hindistan, Yaponiya, Cənubi Koreyanın olduğu məlumdur. Mənbəyə görə, imtiyaz alan ölkələr bunun müqabilində qiymət artımının qarşısını almaq üçün ümumi neft idxalını azaltmaq öhdəliyini götürüblər.

Qeyd edək ki, bu il mayın 8-də ABŞ hökuməti İranın nüvə proqramına dair sazişdən çıxdıqlarını və İrana qarşı yeni sanklsiyalar tətbiq edəcəklərini açıqlamışdı. Noyabrın 4-də qüvvəyə minəcək sanksiyalar enerji sektoruna şamil edilir.

ABŞ, Rusiya, Rusiya-Qərb münasibətləri

ABŞ ordusu “Qlobal fırtına” adlı növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu haqda ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi saytında deyilir.

Müdafiə Nazirliyinin nümayəndələrinin sözlərinə görə, genişmiqyaslı təlimlər Şimali Atlantika İttifaqının tərkibinə daxil olan ölkəyə və başqa dövlətlərə potensial rəqibin hücumlarını aşkarlamağa və qarşısını almağa yönəlib. Qeyd edilir ki, təlimlər zamanı xüsusi diqqət raket əleyhinə müdafiə sistemlərinə ayırılacaq.

Genişmiqyaslı təlimlərdə ABŞ-dan başqa, Böyük Britaniya, Kanada, Avstraliya, Danimarka və Cənubi Koreya iştirak edəcək.


Rusiya ilə nüvə müharibəsinə hazırlıq başladı - “QLOBAL FIRTINA”
Ukrayna və Gürcüstanın NATO-ya girişi Rusiyanı qorunmağa məcbur edəcək. Bu haqda “Valday” diskussiya klubunun müzakirələrində Rusiyanın Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlığı departamentinin direktoru Andrey Kelin bildirib.


Ukrayna və Gürcüstan NATO-ya girərsə, Rusiya... - PLAN AÇIQLANDI
Rusiyaya sərhəddə hərbi fəallığın artması və sanksiyaların müddətinin uzadılması formasında ən güclü təzyiqlər edilir. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov Rusiya həmyerlilərinin VI Ümumdünya Konqresinin açılışında bildirib.

Diplomat əlavə edib ki, həmyerlilərdən bir çoxu yaşadığı ölkələrdə bu mənfi tendensiyaların nəticələri ilə qarşılaşırlar.

Lavrov həmçinin, dünyada rusofob xəttinin gücləndirilməsindən danışıb.

“Rusofob xətti, həmçinin rus dilinə hücumlar güclənir, amma bu təxribatlar məğlub olur. Anti-Rusiya informasiya kampaniyası görünməmiş imkan əldə edib. Bir sıra dövlətlərdə rus dili və Rusiya təhsilinə hücumlar güclənir”, - Lavrov bildirib.

NATO Orta və Yaxın Mənzilli raketlərin məhvi anlaşması ilə bağlı Rusiya ilə dialoqu davam etdirməyə hazırdır. Bu barədə NATO - Rusiya Şurasının Brüsseldə baş tutan toplantısından sonra yayımlanan yekun bəyanatda deyilib.

Bəyanatda eyni zamanda vurğulanıb ki, alyans bütün müttəfiqlərin təhlükəsizliyini təmin etmək üçün effektiv tədbirlər görməyə də hazırdır.

Arktikada “soyuq müharibə” kəskinləşir, isti olmaq və regionda buzu yandırmaq təhlükəsi var. Bu haqda Amerikanın “CounterPunch” nəşri yazıb.


Böyük Britaniya və ABŞ bu regionda Çin və Rusiya ilə müharibəyə hazırlaşır
“Skripal işi” ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların ikinci paketi Konqres Dövlət Departamentinin konsultasiyalarının nəticələrindən asılıdır. Bu haqda Dövlət Departamentinin nümayəndəsi Robert Palladino bildirib.

O, brifinqdə qeyd edib ki, Dövlət Departamenti Rusiyanın kimyəvi silahın tətbiqi haqqında qanunun tələblərinə riayət edib-etmədiyi barədə məruzəni noyabrın 6-dan gec olmadan Konqresə təqdim etməyə məcburdur. Konsultasiyalar göstərilən tarixdən başlayacaq. “Biz noyabrın 6-da Konqreslə konsultasiyalara başlamağa məcburuq, ancaq konsultasiyaların keçirilməsi üçün vaxt məhdudiyyəti yoxdur”, - o vurğulayıb.

Ukrayna

Ukraynanın “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko Kiyevin nəzarətində olmayan Donetsk və Luqansk vilayətlərinə xüsusi statusun verilməsinə qarşı çıxıb. Partiya lideri bu haqda “Sülh və təhlükəsizliyin yeni strategiyası” milli forumunun gedişatında bildirib.

“Nə Donetsk, nə də Luqansk vilayətinə heç bir xüsusi status vermək lazım deyil. Bizə başqa strategiya lazımdır, bizə Ukraynadakı bütün icmalara mümkün səlahiyyətləri və azadlığı verəcək yeni konstitusiya lazımdır. Bu konstitusiya Ukraynanı unitar dövlət etməlidir. Heç vaxt heç bir federalizm olmayacaq”, - siyasətçi vurğulayıb.

O xatırladıb ki, “Batkivşina” Donbasın xüsusi statusu haqqında qanunun uzadılmasına qarşı səs vermişdi. Timoşenkonun sözlərinə görə, bu, dondurulmuş münaqişə formasıdır və ərazilərdən qismən real imtinadır.

Rusiya 322 Ukrayna vətəndaşı və 68 şirkət barəsində sanksiyalar tətbiq edib. Sənədi Rusiyanın baş naziri Dmitri Medvedev imzalayıb.

Xüsusi halda, sanksiyalar 6 mart 1985-ci ildə doğulmuş Aleksey Poroşenkoya qarşı tətbiq edilib. Bu məlumatlar Ukrayna prezidenti Pyotr Poroşenkonun oğlunun doğum tarixiylə uyğun gəlir. Həmçinin sanksiyalara Ukraynanın Konstitusiya Məhkəməsinin hakimləri, Ali Radanın deputatları, böyük sahibkarlar, məmurlar, icra hakimiyyəti orqanlarının rəhbərləri məruz qalıb.

Məhdudlaşdırıcı ölçülər Rusiya ərazisindəki nağdsız pul vasitələri, sənədsiz qiymətli kağızlar və əmlakın dondurulmasını, həmçinin pul vasitələrinin Rusiyanın hüdudlarından çıxarılmasını nəzərdə tutur.

Sanksiyalar yalnız onda ləğv oluna bilər ki, Ukrayna anti-Rusiya sanksiyalardan imtina etsin.
Bu gün, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Bu gün, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik