Dilçilik İnstitutu səlis danışan məmurların adlarını AÇIQLADI - SİYAHI
Siyaset
Oxunub: 472
3 noy 2018 | 22:46
Dilçilik İnstitutu səlis danışan məmurların adlarını AÇIQLADI - SİYAHI















Bir neçə gündür ki, İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin 7-ci üçtərəfli görüşü zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ana dilində çıxış edərkən rabitəsiz ifadələr işlətməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

"Hansı məmurlarımız ana dilimizdə səlis danışmağı bacarır?" sualı ilə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinə müraciət etdik.

Monitorinq Şöbəsinin müdiri Sevinc Əliyeva Unikal.org-a açıqlamasında Azərbaycan dilində ən səlis danışan və natiqlik bacarığı olan məmurların adlarını açıqlayıb:

"Baş nazir Novruz Məmmədov dilimizdə çox gözəl danışır. O, filoloqdur, ona görə də Novruz Məmmədov fikirlərini aydın və səlis formada ifadə edə bilir.

Azərbaycan Prezidentinin icitimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz çıxışlarında dövlət dilinin norma və prinsiplərinə əməl edir. O, Azərbaycan dilində səlis danışır, onun gözəl natiqlik bacarığı var. Prezidentin köməkçisi daim KİV təmsilçilərinə dilimizin saflığının qorunması və gələcək nəsillərə çatdırlması üçün mümkün addımların atılmasının vacib olduğunu bildirir.

Daxili İşlər naziri Ramil Usubov hüquq-mühafizə orqanlarının işi ilə bağlı çıxışlarında nümunəvi nitqi ilə diqqətimizi cəlb edir. Müşahidə etmişik ki, onun nitqində cümlələr çox gözəl uzlaşır.

Baş Prokuror Zakir Qaralov da hüquqşunas kimi fikirlərini səlis ifadə edir. Onun çıxışlarında demək olar, ki, ciddi rabitəsizlik müşahidə etmirik.

Maliyyə naziri Samir Şərifovun nitqi də əsasən ədəbi dil normalarına uyğundur.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyevin danışığı da çox yaxşıdır. O, çıxışlarında xarici əlaqələr barədə fikirlərini dügzün şəkildə ifadə edir. Onun kütləvi informasiya vasitələrində çıxışı dediklərimizə nümunədir.

Sevinc Əliyeva Xarici İşlər nazirinin Azərbaycan dilində danışa bilməməsinə də münasibət bildirib:

"Ən çox nitq qüsurları müşahidə olunan məmurlardan biri son vaxtlar KİV-lərdə ciddi müzakirə subyektinə çevrilən Elmar Məmmədyarovdur.

"Elmar Məmmədyarovla nitqi müqayisə olunacaq ikinci bir yüksək dərəcəli məmur yoxdur. Elmar müəllimin nitqində rabitəsizlik və uyğunsuzluq kifayət qədər çoxdur. Hərdən elə düşünülə bilər ki, bu montajdır. Hamı deyir ki, ana dilimizdə belə danışmaq mümkünsüzdür".

S.Əliyeva sonda qeyd edib ki, dilçi mütəxəssislərinin arzusu, hər bir Azərbaycan vətəndaşı öz ana dilinə böyük hörmətlə yanaşıb, kimliyindən və tutduğu vəzifəsindən aslı olmayaraq öz fikirlərini səlis şəkildə ifadə etməyi bacarsın.
Bu gün, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Bu gün, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Bu gün, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Bu gün, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Bu gün, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik