Rusiyalı həmsədr Xankəndinə niyə getmədi? - Kremldən gələn təlimat və Qarabağda müharibə ELANI
Siyaset
Oxunub: 789
2 noy 2018 | 18:58
Rusiyalı həmsədr Xankəndinə niyə getmədi? - Kremldən gələn təlimat və Qarabağda müharibə ELANI















Regiona səfərə gələn ATƏT-in Minsk qrupunun həmsədrləri - Endryu Şofer (ABŞ), İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) - əvvəlcə İrəvana, ardınca işğal altındakı Qarabağ bölgəsinə, daha sonra Bakıya gəldi.

Həmsədrlərin məqsədi heç bir nəticə olmasa da həmişəki kimi münaqişə ətrafında müzakirələrin aparılması idi.

Budəfəki işçi səfərdə diqqət çəkən məqam rusiyalı həmsədr İqor Popovun Xankəndinə getməkdən imtina etməsi olub. İşğal altındakı ərazilərə yalnız ABŞ və Fransa nümayəndəsi gedib.

Bu detal regionda baş verən proseslər və bunun Qarabağ münaqişəsinə təsiri baxımından iki ehtimalı önə çıxarır.

Birinci: Rusiya Ermənistanda yeni hakimiyyətə gələn Nikol Paşinyanın “Qarabağ danışıqlar masasında tərəf olsun” tezisini qəbul etmir və Popovun Xankəndinə getməməsi ilə bunu rəsmi İrəvanın diqqətinə çatdırır.

Son dövrlər, xüsusilə Paşinyanın İrəvanda siyasi Olimpə çıxmasından sonra pisləşən Rusiya-Ermənistan münasibətləri fonunda Moskva ekspertlərin dili ilə Dağlıq Qarabağ münaqişəsində keçmiş razılaşmaları xatırladır və buna əməl etməyin vacibliyini vurğulayır.
İyulun 2-də Rusiya nümayəndə heyətinin “aprel müharibəsi”ndə azad olunan Lələtəpəyə gəlişi və Azərbaycanın ərazi bütövlüyünün bərpası haqqında bəyanatlar səsləndirməsi, sentyabr ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan rəhbərliyi ilə ayrı-ayrılıqda təmaslar quraraq, münaqişənin həlli ilə bağlı müzakirələr aparması Kremlin ciddi addımlar atmaq istəyini göstərir. Kremlə yaxınlığı ilə seçilən Avrasiyaçılıq Hərəkatının lideri Aleksandr Duqinin bu günlərdə “Əgər Paşinyan hakimiyyətə gəlməsəydi, münaqişə həlli keçmiş hakimiyyətin razılaşdığı mərhələli formada reallaşacaqdı” açıqlaması da bu kontekstdə diqqət çəkir. Mümkündür ki, Popova Xankəndinə getməmək təlimatı Kremldən gəlib.

İkinci: Rusiya münaqişəni öz təşəbbüsü ilə həllinə çalışır. Duqin və digər rusiyalı ekspertlərin tez-tez Ermənistana “köhnə razılaşmalara əməl et” mesajı da “Kazan düsturu”nun həyata keçirilməsi niyyətindən irəli gəlir. Lakin ABŞ da son dövrlər münaqişə ətrafında fəallaşıb. ABŞ-ın Ermənistanda səlahiyyət müddətini başa vuran səfiri Riçard Millsin erməni ictimaiyyətinə “münaqişənin istənilən variantı ərazilərin bir qisminin qaytarılması ilə nəticələnəcək” mesajını verməsi, ardınca regiona səfər edən Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvanda “Paşinyan hakimiyyətə gələrsə, bu, Qarabağ münaqişəsinin həlli ilə bağlı qətiyyətli addımlar atmağa imkan yaradacaq” açıqlamaları Vaşinqonun “həll variantı” üzərində işlədiyi ehtimalını gücləndirir. Rusiya-ABŞ qarşıdurması və bu qarşıdurmaya İran amilinin də daxil edilməsi tərəflərin regiona məhz Qarabağ münaqişəsi ətrafından daxil olmağa çalışdığını göstərir. Mümkündür ki, ABŞ və Fransa həmsədri İrəvanda hansısa planı müzakirə edib, ardınca bununla bağlı Xankəndinə gəliblər. Popov da Rusiyanın strategiyasına zidd olan planda yer almamaq üçün Azərbaycanın işğal edilmiş ərazilərinə gəlməkdən imtina edib.

Burada Moskvanın Bakıya da göndərdiyi “ərazi bütövlüyünü bütün şəraitdə dəstəkləyirik” mesaj sezilir.
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik