“871 vətəndaşımız hələ də Ermənistanda əsirlikdədir ” — Mədət Quliyev
Siyaset
Oxunub: 425
1 noy 2018 | 20:48
“871 vətəndaşımız hələ də Ermənistanda əsirlikdədir ” — Mədət Quliyev















“Ermənistanın qeyri-kontruktiv mövqeyi nəticəsində uzun müddət keçməsinə baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin həlli uzanır. Bu illər ərzində beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq nəticəsində 1480 nəfər əsir, girovluqdan azad edilsə də, Dövlət komissiyasında olan məlumatlata görə, 871 Azərbaycan vətənaşı hələ də Ermənistanda əsir və girovluğunda saxlanılır”.
Report xəbər verir ki, bunu Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 25 il ərzində görülən işlərlə bağlı hesabat iclasında Komissiyanın sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev deyib.
“Daxil olan məlumatlara əsasən, ermənilər həmin əsir və girovlara Azərbaycanı tamamilə işğal etdikləri və elə bir dövlətin artıq mövcud olmadığı barədə fikirlər təlqin edir, onlara psixoloji təsirlər edirlər. Əlbəttə ki, Azərbaycan həm də qeyd etdiyim şəxslərin, həm də hazırda işğal edilən Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev, Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirləri davam etdirir. Bu insanların azad edilməsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir, keçirdiyi müvafiq görüş və müzakirələrdə dövlətimizin başçısı bu məsələni müntəzəm olaraq beynəlxalq qurumlara çatdırır, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hazırda əsir-girovluqda saxlanılan, Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatına olan şəxslərin “Hamının hamıya” prinsipi ilə azad edilməsi, bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifini irəli sürsə də, Ermənistan bu humanist təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmayıb. Buna səbəb Ermənistanın münaqişənin əvvəlində humanitar məsələni siyasiləşdirmək və Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi təqdim etmək cəhdləridir” - deyə, M.Quliyev vurğulayıb.
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi