Tamerlan Qarayev İsa Qəmbərə görə səfir postundan çağırıla bilər - Skandal
Siyaset
Oxunub: 791
31 okt 2018 | 14:00
Tamerlan Qarayev İsa Qəmbərə görə səfir postundan çağırıla bilər - Skandal














Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev geri çağırıla bilər. Buna səbəb həmin ölkədə dəhşətli təyyar qəzasında 189 nəfərin ölməsi deyil. Söhbət onun 2003 hadisələrində müxalifətlə sövdələşməsi haqda iddialardır. Cahan.info xəbər verir ki, bu günlərdə 16 oktyabr hadisələrinin müzakirəsi zamanı keçmiş deputat İqbal Ağazadə mühüm fakt açıqlamışdı. Onun sözlərinə görə, T.Qarayev İsa Qəmbərin yanında olub və Müsavat başqanı prezident seçildiyi halda ona Konstitusiya Məhkəməsi sədri olacağı vəd verib. Lakin səfir bu iddialara münasibət bildirməyib. Deputat Zahid Oruc isə Milli Məclisin plenar iclasında “Dövlət sirri haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib ki, səfir reaksiya verməliydi. “Bu yaxınlarda diqqətimi bir xəbər çəkdi. Sabiq deputatlardan biri debatda olduğu bir insana bəyan edir ki, 2003-cü il hadisələri necə baş verib və bunun üzərindən bildirir ki, Tamerlan Qarayev və bir neçə tanınmış şəxs onu yanına dəvət edib, İsa Qəmbərin prezident seçkilərində müdafiəsi ilə əlaqədar müəyyən xahişləri olub. Tamerlan Qarayev gələcəkdə onların xəyali hakimiyyətdə Konstitusiya Məhkəməsinin sədri olacaqmış. Bu informasiyanı izləyəndə, düşündüm ki, bu, sıradan bir bəyanatdırsa, həmin şəxs reaksiya verməlidir”. Z.Oruc vurğulayıb ki, o dövrün hadisələri hər kəsə aydındır, kiminsə birləşməsi, ayrılması, müxalif qüüvələrin bir araya gəlməsi Azərbaycan cəmiyyətində nə heç bir siyasi dəyişiklik, nə də hakimiyyətin taleyinə təsir edib: “Tamerlan Qarayev səfir kimi çalışmaqdadır. Burada ona şəxsi münasibətimi ifadə etmək istəmirəm. Səfir diplomatik ranq daşıyıcısı kimi dövlətin sirlərini daşımağa, eyni zamanda dövlət başçısının və dövlətin yürütdüyü siyasəti dəstəkləməlidir, buna borcludur. Kiminsə özəl niyyəti varsa, siyasi partiya yaratmaq və başqa bir şəxsi müdafiə etmək, hazırkı hakimyyətin mövqeyi ilə razılaşmamaqla, məsələn, sabiq səfir Arif Məmmədovun və ya başqasının yanında yer ala bilər. Bununla hakimiyyətin gücündə dəyişiklik ola bilməz. Məqsədim odur ki, Tamerlan Qarayev bu xəbərə reaksiyasını bildirməlidir”. İqbal Ağazadə bbildirib ki, T.Qarayev İ.Qəmbər qarşısında prezident seçiləcəyi halda Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin olunacağı şərtini qoyub: “2003-cü ilin fevral ayında “Tərəkəmə” restoranında Ramiz Rövşən, Kamil Vəli Nərmanoğlu, Seyran Səxavət, Tamerlan Qarayev, İsa Qəmbər və digər şəxlərin iştirakı ilə görüş keçirildi. Tamerlan Qarayev və mən İsa Qəmbəri dəstəkləmirdik. Onun yanında dedim ki, sizdən prezident olmayacaq. İsa bəy isə israrla dedi ki, mən prezident olacam. Bildirdim ki, İsa bəy siz prezident seçilməsəniz nə olacaq? Dedi ki, prezident olmasam 2004-cü ildən səni müdafiə edəcəm və siyasətdən isə çəkiləcəm. Məndə İsa bəyin bu fikrindən sonra Tamerlan bəydən xahiş etdim ki, sizdə onu dəstəkləyin. O isə yox dedi, bunu yalnız şərt əsasında edə biləcəyini açıqladı. Bildirdi ki, İsa bəy siz prezident seçiləcəyiniz halda mən də Konstitusiya Məhkəməsinin sədri olmaq istəyirəm. İsa bəy cavabında vurğuladı ki, hakimiyyətə gəlsə Tamerlan Qarayevi Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin edəcək”. İndi bu məsələlərin üzə çıxması heç də səfir üçün yaxşı hal deyil. Onu Arif Məmmədovun aqibəti gözləyə bilər. Çünki vaxtilə indiki hakimiyyətin devrilməsində maraqlı olub və müxalifətin yanında vəzifə istəyib. Z.Orucun izahat tələb etməsi isə T.Qarayevə baha başa gələ bilər. Onun səfir mandatından məhrum edilməsi istisna deyil. Düzdür, o hadisələrdən 15 il ötüb. Bu müddətdə T.Qarayev hakimiyyətə qarşı fəaliyyətdə olmayıb, iqtidara pisliyi dəyməyib, sədaqət nümayiş etdirib. Ancaq o da keçmiş MTN rəhbəri Namiq Abbasov kimi səfir göndərilərək Bakıda mühüm vəzifələrdən təcrid olunmaqla əslində hakimiyyət tərəfindən “cəzalandırılıb”. İndi bu yaşında T.Qarayevi hansısa cəza gözlədiyini söyləmək inandırıcı olmaz, lakin iqtidara “bir köynək yaxın” olan Z.Oruc məsələni parlamentin plenar iclasında gündəmə gətirirsə, görünür hansısa narahatlıq var və onu İndoneziyadan geri çağıra bilərlər.
Dünən, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Dünən, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Dünən, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Dünən, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Dünən, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Dünən, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Dünən, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Dünən, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Dünən, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Dünən, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Dünən, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Dünən, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Dünən, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Dünən, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Dünən, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Dünən, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Dünən, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Dünən, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Dünən, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Dünən, 09:22
Çin lideri Makronu belə alçaldıb
Dünən, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Dünən, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Dünən, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Dünən, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Dünən, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
7-05-2024, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
7-05-2024, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh