Türkiyə ilə ittifaq, yoxsa bloklardan birini seçmək? - Boltonun bölgə səfərinin daha bir pərdəarxası
Siyaset
Oxunub: 472
30 okt 2018 | 18:18
Türkiyə ilə ittifaq, yoxsa bloklardan birini seçmək? - Boltonun bölgə səfərinin daha bir pərdəarxası














ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfəri bəzi “i”lərin üzərinə nöqtə qoya bildi. Boltonun Moskvadan sonra məhz Bakıya gəlməsi və burada verdiyi açıqlamalar rəsmi Vaşinqtonun xüsusən də İranla bağlı Azərbaycandan gözləntilərinə əhəmiyyətli işıq saldı. Ağ Ev rəsmisi əsas məramını gizlətmədi də.

Doğrudur, Azərbaycanı ABŞ-ın strateji tərəfdaş ölkəsi adlandıran Bolton bunu da açıq dedi ki, Vaşinqton İrana görə Azərbaycanın zərər görməsini istəmir. Eyni zamanda ümid etdiyini bildirdi ki, elə bir yol seçiləcək ki, həm Azərbaycan böyük ziyanda olmayacaq, həm də ABŞ-ın maraqları təmin olunacaq. Bunun necə baş verəcəyini yaxınlarda, ələlxüsus da gələn həftə Amerikanın Tehrana qarşı yeni və daha sərt sanksiyaları işə düşəndə görə biləcəyik.

*****

Fakt budur ki, Vaşinqtonun Bakıdan gözləntisi var. Bütövlükdə Con Boltonun səfəri ABŞ-ın İran və Rusiya siyasətinə region ölkələrinin hansı yanaşma sərgiləməsi kontekstində müəyyən mənada zondaj xarakteri daşısa da, onun episentrində Azərbaycanın dayandığına şübhə qalmayıb. Təsadüfi deyil ki, Bolton Bakıda belə bir söz də işlətdi: “Azərbaycan bölgədə yeganə dövlətdir ki, həm İran, həm də Rusiya ilə sərhəddir”.

Gerçəkdən də regionda ikinci belə ölkə yoxdur. Bu, bir yandan Azərbaycanın üstünlüyü və daşıdığı yüksək dəyərin təzahürüdürsə, o biri yandan şübhəsiz ki, təhlükəsizlik baxımından ölkəmiz üçün əlavə məsuliyyət və həssaslıq yaradan, qeyri-adi diqqət tələb edilən məqamdır. Azərbaycanı Amerika üçün sanballı edən sözsüz ki, həm də budur.

Ancaq ABŞ-ın marağı ayrı, Qarabağ boyda problemi olan Azərbaycanın marağı isə ayrı. Bir də ki, Amerika uzaqda, ölkəmizin müstəqilliyinə həmişə qısqanc yanaşan Rusiya və İran isə lap yaxında, qapımızda. Bu mənada Bakının balanslı kursu, bloklara qoşulmamaq siyasəti indi heç vaxt olmadığı qədər mühüm önəm kəsb edir. Eyni zamanda bu kurs heç vaxt olmadığı qədər sınaq qarşısındadır. Xüsusən də Boltonun bölgəyə səfərindən sonra belə görünür, Azərbaycan üçün tarazlı xarici siyasət kursunu davam etdirmək asan olmayacaq.

*****

Yəqin ki, yaranmış qəliz vəziyyətdən itkisiz çıxmaq üçün Azərbaycan ilk növbədə qardaş Türkiyə ilə sinxron hərəkət etməli olacaq. Müşahidələr göstərir ki, Bakı üçün qardaş ölkənin də yer aldığı formatların - Bakı-Ankara-Tehran, Bakı-Ankara-Tiflis, habelə Bakı-Tehran-Moskva üçlü əməkdaşlıq formatlarının önəmi artmaqdadır.

Göründüyü kimi, bu formatların hamısında Azərbaycan açar ölkə qismindədir. Ölkəmizi ABŞ, Qərb üçün mühüm edən həm də budur. Təbii ki, bu formatların hamısı Azərbaycanın balanslı kursunun vacib tərkib elementləridir.

Yeri gəlmişkən, bu gün - oktyabrın 30-da Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirləri İstanbulda altıncı üçtərəfli görüş keçirəcəklər. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib (Report). “Görüş zamanı nazirlər üç ölkə arasında gələcək əməkdaşlıq imkanlarını müzakirə edəcək və regional proseslər ətrafında fikir mübadiləsi aparacaqlar” - bəyanatda deyilir.

Dünən isə İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin yeddinci üçtərəfli görüşü keçirilib. Görüşlərdə iştirak etmək üçün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov artıq Türkiyəyə işgüzar səfərə gedib.

*****

Üçlü formatlar çərçivəsində reallaşan bu görüşlərin Boltonun region səfərindən dərhal sonraya təsadüf etməsi diqqət çəkir. Sanki “barıt qoxusu” verən böyük bir regionda “saat əqrəbləri”nin tutuşdurulması prosesi başlayıb.

Bu da növbəti dəlil-fakt. Belə ki, yaxın günlərdə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Məhəmməd Hüseyn Bagerinin Bakıya rəsmi səfər edəcəyi məlum olub. Virtualaz.org xəbər verir ki, bu haqda İranın yarırəsmi “Mehr” agentliyi xəbər yayıb.

Xəbərə görə, Məhəmməd Bageri Bakıya Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvəti ilə gəlir. İki gün sürəcək səfər zamanı İranla Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq məsələləri, birgə sərhəd əməkdaşlığı, terrorçuluqla mübarizə və “regional hadisələr”in müzakirə olunacağı gözlənilir.

“Regional hadisələr” deyərkən yəqin ki, İran ətrafındakı hərbi təhlükəsizlik mövzusu da nəzərdə tutulur. Bu yerdə xatırladaq ki, ötən həftə Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov İsrailə 3 günlük səfər edib. Yəni azərbaycanlı generalın İsrail səfərini də təkcə iki ölkə arasında hərbi əməkdaşlıq kontekstində dəyərləndirməmək lazım gəlir.

*****

Bəs qlobal güclərin kəsişən maraqlar zonasında yerləşən Azərbaycan qarşısında duran çağırış-təhdidlərlə bağlı hansı addımlar atmalıdır ki, özünün köklü maraqları zərər görməsin? Bəlkə Rusiya və Belarus kimi, Azərbaycan da Türkiyə ilə ittifaq dövləti yaratsın, yaxud iki qardaş ölkə Rusiya və Ermənistan kimi hərbi ittifaq qursun?

Politoloqların bu yöndə proqnozları maraq doğurur. Məsələn, Türkiyədə yaşayan tanınmış azərbaycanlı politoloq Toğrul İsmayıl “Yeni Müsavat”a bildirib ki, böyük güclərin maraqları, həmlələri artdıqca, Azərbaycan istəsə də, istəməsə də, tərəf olmaq məcburiyyətində qalacaq.

Sitat: “Türkiyə ilə Azərbaycan arasında hərbi ittifaqın bağlanmamasının səbəblərindən biri Türkiyənin NATO ölkəsi olmasıdırsa, digər səbəb Azərbaycanın tarazlı siyasət aparmasıdır. Amma onu da qeyd edim ki, Azərbaycan NATO standartlarına uyğun şəkildə bəzi islahatlar edir. Hər zaman dediyim kimi, hərbi ittifaqdan daha çox iki qardaş dövlətdən ibarət ittifaq dövlətinin qurulması mənə görə, daha məntiqlidir. Çünki bu olarsa, arxasınca hərbi ittifaq da gələ bilər”.

Politoloq Azərbaycan üzərinə basqıların olacağını istisna etmir. “Ölkəmiz elə bir regionda yerləşir ki, onun uzun müddət tərəfsiz qalması imkansız görünür. Ətrafdakı böyük güclərin maraqları, həmlələri artdıqca, Azərbaycan istəsə də, istəməsə də, tərəf olmaq məcburiyyətində qalacaq. Ona görə də yaxın zamanlarda Azərbaycanın Türkiyə ilə ittifaq qurması ehtimalı yüksəkdir. Belə olmasa, yəni Azərbaycan Türkiyə ilə ittifaqa getməsə, qoşulmalı olduğu alternativ birliklər arasında seçim edə bilər”, - deyə ekspert qeyd edib.

Necə deyərlər, əlavə şərhə ehtiyac qalmır.
“Yeni Müsavat”
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı
Dünən, 20:29
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
Dünən, 19:54
İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi
Dünən, 16:56
Rəisinin helikopteri qəza etdi - Yenilənib
Dünən, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
18-05-2024, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
18-05-2024, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
18-05-2024, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
18-05-2024, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
18-05-2024, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
18-05-2024, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
18-05-2024, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik