Hadi Rəcəbliyə qarşı TƏXRİBAT: - “Bu qədər şərəsfsizlik, vicdansızlıq olmaz axı!”
Siyaset / Dunya
Oxunub: 699
3 avq 2018 | 12:00
Hadi Rəcəbliyə qarşı TƏXRİBAT: - “Bu qədər şərəsfsizlik, vicdansızlıq olmaz axı!”















Sosial şəbəkələrdəki bəzi səhifələr Tarif Şurasının metro və avtobuslarda gediş haqqını avqustun 1-dən 50% qaldırması fonunda başlayan müzakirələrlə deputat Hadi Rəcəblini gündəmə gətirib.

Bu səhifələrdə deputatın adından fikirlər yayılıb və Hadi Rəcəbliyə sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin etirazlar bildirilib.

Tarif Şurasının qərarına Hadi Rəcəblinin adından yayılan münasibətdə bildirilib:

“Bizim əmək haqqımızı müzakirə etməkdənsə, gedib işləsinlər. 30 qəpik böyük məbləğ deyil. Biz 50 qəpik düşünmüşdük. Yaşam və gəlir səviyyəsini hesabladıq. 70 qəpik də olsa, xalq əziyyət çəkməyəcək. Demək olar ki, işləməyən vətəndaşımız yoxdu. Normal əmək haqqı ilə son illər nə qədər iş yeri açılıb. Şikayətlənənlər ölkəni parçalamaq istəyənlərdir”.

Sosial şəbəkələrdə yayılan bu açıalama Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblini hiddətləndirib. Deputat Modern.az-a açıqlamasında belə fikirlər səsləndirmədiyini vurğulayıb:

“Facebook-dakı hansısa səhifələrdə mənim adımdan yazıb yerləşdiriblər ki, guya, Tarif Şurasının qərarına münasibət bildirmişəm. Halbuki, o yazılanlardan heç xəbərim yoxdur. Mən bu cür fikirlər səsləndirməmişəm. Bu, növbəti dəfə mənim adımdan şərəfsizcəsinə yayılan və mənə qarşı aparılan təxribatdır. Dilimdən çıxmayan sözləri mənim adımdan insanların müzakirəsinə veriblər. Bu qədər şərəsfsiz, vicdansız hərəkət etmək olmaz. Hadi Rəcəbli heç vaxt bu fikirləri səsləndirməyib. Yalanın da bir əndazəsi olar. Heç kimə müsahibə verməmişəm”.

Deputat bildirib ki, Tarif Şurası hansısa deputatın fikirlərinə əsasən qərar çıxartmır.

“Mənim Tarif Şurası ilə nə işim var? Məgər Tarif Şurası deputatın sözü ilə qərar çıxarır?! Məntiqsizdir axı! Bu, bilərəkdən mənə qarşı qurulan oyundur. Rəy yerində ünvanıma söyüşlər yağdırırlar. Bunların hamısını özlərinə qaytarıram. Axı bu qədər Allahsızlıq olmaz. Əgər Allah, Quran tanıyırlarsa, belə sözlər deməmişəm. Mən prezidentimə, xalqıma xidmət edirəm”.

Komitə sədri həmişə xalqın yanında olduğunu da vurğulayıb.

“Biz həmişə xalqın mənafeyini müdafiə edən qanunlar hazırlayırıq.“Məşğulluq haqqında qanun” layihəsini mən hazırlamışam ki, çoxlu iş yerləri yaradılsın. İndi demədiyim fikirləri mənim adımdan hansı əsaslarla yayırlar? Hadi Rəcəblinin də təmsil olunduğu Sosial siyasət komitəsinin bir mövqeyi var: o da xalqın mənafeyini yaxşılaşdırmaqdır. Təbii, bu, ilk növbədə prezidentin də istəyidir”.
Dünən, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:30
İrəvanda aksiyalar 2-3 günə sönəcək - İNCƏLƏMƏ
Dünən, 14:22
Paşinyan istefa verərsə... - NƏ BAŞ VERƏCƏK?
Dünən, 13:53
Mənfur düşmən düzgün hesablamalar aparmamışdır
Dünən, 13:22
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Dünən, 13:18
Əliyev Rusiya ilə elə bir sənəd imzalayıb ki, Azərbaycan həmişə… - Erməni politoloq
Dünən, 13:15
Prezidentdən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə bağlı FƏRMAN
Dünən, 11:45
Müdafiə nazirinə yeni müavin təyin olundu
Dünən, 11:10
Ermənistandakı aksiyalar böyüyür - ölkəni hansı təhlükələr gözləyir…
Dünən, 10:57
Xocalıya köç başlayır: Evlərin təhvilvermə vaxtı AÇIQLANDI - VİDEO
Dünən, 10:52
Prezident Millətlər Birliyinin baş katibini qəbul edib
Dünən, 10:44
İrəvanda səhər saatlarında 88 nəfər saxlanılıb - VİDEO
Dünən, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Dünən, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Dünən, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Dünən, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Dünən, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Dünən, 09:39
AFFA-da vacib qərarlar günü
Dünən, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Dünən, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Dünən, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Dünən, 09:10
İsrail ordusu Cəbaliyədə...
Dünən, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Dünən, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Dünən, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər