Azərbaycanı qəsdlə vururlar? - Etibar Pirverdiyevin şübhələri
Siyaset / Dunya
Oxunub: 625
14 iy 2018 | 17:15
Azərbaycanı qəsdlə vururlar? - Etibar Pirverdiyevin şübhələri
















İyulun 12-də Azərbaycanın 27 faiz hissəsində yenidən elektrik verilişində fasilə yarandı. Rəsmi məlumata görə, buna səbəb Mingəçevir İES-dən gələn xəttin Yevlax şəhəri və Ağsu rayonu Bico kəndindən keçən hissəsində olan zəmilərdə naməlum yanğın hadisələri olub. Nəticədə təhlükəsizlik məqsədilə respublikanın bəzi bölgələrinin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Enerji fasiləsinin yaranması “Bakı Metropoliteni”nin işinə də təsir edib. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov qeyd edib ki, saat 16:10-dan etibarən Bakı Metropoliteninin Bənövşəyi xəttinin iki stansiyası - “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları işləməyib.

Məsələ ilə bağlı mətbuata açıqlama verən “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev hadisənin suallar doğurduğunu deyib: “Eyni zamanda Yevlaxda və Ağsuda elektrik xətlərinin altında yanğın başlayıb. Bu da çoxsaylı suallar doğurur. Nəyə görə birdən-birə iki yerdə? Biz Bakıya və Sumqayıta elektrik enerjisinin ötürülməsini dayandırmağa məcbur olduq”, - deyə Pirverdiyev söyləyib.

Doğrudanmı burada kənar qüvvələrin təsiri var? “Yeni Müsavat”a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, hər hansı bir təxribatın olduğunu düşünmür: “Düşünürəm ki, Azərbaycanda elektrik avadanlıqları çox köhnəlib və buna görə də iş gərginliyinə, havaların isti keçməsinə dözə bilmir. Burada xüsusi təxribat görmürəm. Ən azından təxribat olsaydı, ilk olaraq Dövlət Təhlükəsizlik Xidməti, ardınca digər hüquq-mühafizə orqanları bununla məşğul olmalı idilər - əgər ortada element olardısa. Prezidentin yanında aparılan müşavirədə də məlum oldu ki, avadanlıqlara ayrılan vəsaitlər faktiki olaraq yeyilib. Yararsız hala düşən avadanlıqları da birdən-birə təzələmək olmaz. Elə müşavirədə də deyildi ki, buna zaman lazımdır. Bu zaman tam bitənə qədər düşünürəm ki, biz, elektrik kəsintisi ilə üzləşəcəyik”.

Məsələ ilə bağlı “Yeni Müsavat”a açıqlamasında “Azərenerji”də də bir müddət çalışmış, ekspert Əzim Məsimov isə söylədi ki, ümumilikdə şəbəkədə olan problem aradan qaldırılmalıdır: “Bizim elə bir sistemimiz var ki, bir stansiyada qəza olduğu zaman ən azından strateji obyektlər işıqsız qalmamalıdır. Xüsusilə söhbət ”Bakı Metropoliteni"ndən gedir. O sistem bizdə var ki, bu obyekti daima işıqla təmin edə bilərik. Düşünürəm ki, şəbəkə-mühəndis quruluşları yetərincə deyil. Mingəçevirdəki hadisə ilə bağlı müşavirədə əslində cənab prezident tərəfindən hər şey dəqiqliyi ilə bildirildi. Yəni söylənildi ki, şəbəkədə problemlər var. Hər bir şəbəkədə giriş-çıxış xüsusi avadanlıqlarla bloklanır. Yəni bir sistem bağlanır, digər sistemə heç bir təsir etmir. Bu şəbəkə sistemini doğru qaydada qurmaq lazımdır. Belə olmasa, qəza hadisələri zamanı yenə də eyni vəziyyətə düşəcəyik.

Metro stansiyası burada deyərdim ki, əsas faktorlardan biridir. Bizdə birinci, ikinci və digər kateqoriyalı obyektlər var. Metro, təhlükəsizlik orqanları, Prezident Aparatı və digər bu kimi qurumların işıq təminatı bütün kateqoriyalardan yüksəkdə dayanır. Yəni aksiom budur ki, həmin qurumlarda, orqanlarda işıq daima olmalıdır. Əgər bir stansiyaya bağlı olsaydıq, deyərdik ki, şəbəkəni təmin etmək mümkün deyil. Lakin belə deyil axı. Sumqayıtda, şimal regionlarında, Neftayırma Zavodunda 500 min kilovat, Şirvanda 800 min kilovat gücündə stansiyalarımız var. Bu stansiyalar imkan verir ki, Bakı şəhəri stabil enerji ilə təmin olunsun. Bütün ərazilər də olmasa, əsas obyektlər işıqsız qala bilməz. Ancaq şəbəkənin quruluşunda olan texniki nöqsanlar buna imkan vermir. Bir hadisə baş verən kimi sistem dayanır. Metronun özünün generator sistemi olmalıdır ki, bu cür hadisələr zamanı problem yaranmasın. Sistemdə böyük mühəndislik savadsızlığı var. Mütəxəssis çatışmazlığını aradan qaldırmaq lazımdır".

Ekspertə görə, baş verənlərdən sonra bütün sistem yoxlanmalıdır: “Çatışmazlıqlar bir-bir aradan qaldırılmalıdır. Xüsusilə də yuxarıda qeyd etdiyim bloklanma sistemi qurulmalıdır. 2002-ci ildə də Ağsudan keçən xətlərdə problem olduğu üçün Bakı işıqsız qalmışdı. Qanunda mühafizə zolağı məsələsi olsa da, xəttin altını bitkidən, əkindən məhrum etmək də çətin məsələdir. Məncə, ağlabatan deyil ki, istilik səbəbindən xətt sıradan çıxa. Çünki yerlə xəttin arasındakı məsafə böyükdür. Bu, meşə yanğını deyil ki, alovun hündürlüyü 10-15 metr qalxsın. Bununla bağlı doğrudan da ciddi araşdırmalar aparılmalıdır. Bəziləri Mingəçevir SES-in yerinə başqa SES-in tikintisi məsələsini qaldırmışdı. Bu, real söhbət deyil. İllərdir ki, Mingəçevir SES yaradılıb və bunun bütün xətləri qurulub, başa çatdırılıb. Orada böyük sistem var və bunu yenidən yaratmaq milyardlarla vəsaitə başa gələr. Mövcudu dağıtmaq yox, bərpa etmək lazımdır. Bunun üçün də ağıllı mütəxəssisləri işə dəvət edib, məsləhətlər almaq gərəkdir”.
Bu gün, 10:33
Kadırovun 16 yaşlı oğlu afrikalılara təlim keçəcək - VİDEO
Bu gün, 10:11
Sədərək Ticarət Mərkəzində yanğın başlayıb - VİDEO
Bu gün, 10:06
Rusiya İranın təsirindən qurtulmağa çalışır? - Qətərdən ŞOK
Bu gün, 10:01
“Qarabağ”ın daha 4 potensial rəqibi bəlli oldu
Bu gün, 10:00
Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir? - ARAŞDIRMA
Bu gün, 09:39
AFFA-da vacib qərarlar günü
Bu gün, 09:39
Daxili İşlər Nazirliyi kiberdələduzluqla bağlı vətəndaşlara müraciət edib
Bu gün, 09:34
ABŞ-dan İsrailə gözlənilməz təklif: "Rəfaha hücumu saxla, biz də BUNU edərik" - Washington Post
Bu gün, 09:17
Qərb İrəvana "fəlakətin yol xəritəsi"ni verib: Ermənistan indi nə irəli, nə də geri hərəkət etmir, mərkəzdə əzilir
Bu gün, 09:10
İsrail ordusu Cəbaliyədə...
Bu gün, 09:06
Rusların bu hücumundan xəbərdar idik - Kəşfiyyat
Bu gün, 09:03
Sabahdan Kosovada bu pula qadağa qoyulur
Bu gün, 09:00
Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI
11-05-2024, 16:19
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11-05-2024, 12:53
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər
11-05-2024, 12:07
Xankəndi və Ağdərədə xeyli silah-sursat aşkarlandı
11-05-2024, 11:59
İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11-05-2024, 10:38
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır - VİDEO
11-05-2024, 10:34
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO
11-05-2024, 09:41
Yaponiyada 9 milyondan çox tərk edilmiş ev var
11-05-2024, 09:32
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb
11-05-2024, 09:26
Saatlıda narkotikin təsiri altında olan taksi sürücüsü saxlanılıb
11-05-2024, 09:20
Zelenski: Ukrayna Xarkov istiqamətində ordu qüvvələrini gücləndirir
11-05-2024, 09:15
Qazaxda təbii fəlakət fəsadlar törədib
11-05-2024, 09:11
Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO
10-05-2024, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
10-05-2024, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ