"İlanın başını vaxtında əzmək lazımdır" — Sərdar Cəlaloğlunun PKK terrorçuları ilə görüş keçirməsinə türk generaldan SƏRT REAKSİYA
Siyaset
Oxunub: 507
9 iy 2018 | 15:17
"İlanın başını vaxtında əzmək lazımdır" — Sərdar Cəlaloğlunun PKK terrorçuları ilə görüş keçirməsinə türk generaldan SƏRT REAKSİYA














Türkiyə Aviasiya Universitetinin rektoru, Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru, sabiq millət vəkili Kürşat Atılgan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun 26 il öncə PKK terrorçuları ilə keçirdiyi məxfi görüşdən danışıb.
Türkiyəli general bu cür hərəkətlərin Türkiyə ictimaiyyəti tərəfindən mənfi qarşılandığını bildirib.

Kürşat Atılgan deyib ki, Türkiyədəki PKK nümayəndələrinin Azərbaycana gələrək orada bəzi müxalifətçilərlə gizli görüşlər keçirməsi xoş hərəkət deyil:

"Türkiyədəki bölücü PKK terror təşkilatının Azərbaycanda da fəaliyyət planları qurmaq istəyi qardaş Azərbaycana da zərər vura bilər. Buna görə də dövlətin bəri başdan ilanın başını qaldırmadan onu əzməsi lazımdır".

General-mayor Azərbaycan siyasətçilərini PKK ilə bağlı diqqətli olmağa çağırıb:

"Azərbaycandan olan insanlar PKK terrorçuları ilə bağlı məsələyə qarşı həssas və diqqətli olmalıdırlar. Hər hansı siyasi partiya sədrinin PKK terrorçuları ilə görüş keçirməsi Türkiyəyə xoş deyil. Çünki PKK bölücü fəaliyyətə başlayan zaman onun qarşısını almaq çətin olur. Ona görə də Azərbaycanda bu cür hərəkətlərə imkan verilməməsi vacibdir".

Xatırladaq ki, ADP sədri Sərdar Cəlaloğlunun 26 il öncə PKK terrorçuları ilə keçirdiyi məxfi görüşlə bağlı yeni detallar üzə çıxıb.
Məlumata görə, ADP sədri Sərdar Cəlaloğlu PKK terror təşkilatının lideri Abdullah Öcalanın Avropa üzrə təmsilçisi, "Dilan" kod adlı xanım terrorçu ilə gizli görüş keçirib.

Şərurun Dərəkənd kəndində baş tutan görüş Sərdar Cəlaloğlunun ailəvi dostu olmuş PKK-nın "Kürd Əli" adlı gizli casusunun vasitəçiliyi ilə baş tutub.

Sözügedən görüşün olmasını Azad Demokratlar Partiyasının (ADP) sədri, keçmiş milli təhlükəsizlik nazirinin sabiq birinci müavini Sülhəddin Əkbər də təsdiqləyib.

O, "Ölkə.Az"a açıqlamasında deyib ki, həmin görüşün olmasını Sərdar Cəlaloğlu özü də etiraf edib.

Onu da qeyd edək ki, Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədovun da xarici kəşfiyyatla əlaqələri haqda mətbuatda müxtəlif zamanlarda xəbərlər dərc edilib.
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Dünən, 12:39
Pakistanda matəm günü elan edildi
Dünən, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Dünən, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Dünən, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Dünən, 11:42
İranda milli matəm elan edilib
Dünən, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Dünən, 10:56
Aİ İrana başsağlığı verib
Dünən, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Dünən, 10:38
Rəisisiz iclas... - Foto
Dünən, 10:33
Bakıda Avropa çempionatı başlayır
Dünən, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Dünən, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Dünən, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Dünən, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Dünən, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)