Cavid Qurbanov da bir ucdan TALAN EDİR... - Ondan ayın tarixini də soruşan yoxdur...
Siyaset
Oxunub: 435
7 iy 2018 | 17:18
Cavid Qurbanov da bir ucdan TALAN EDİR... - Ondan ayın tarixini də soruşan yoxdur...
















Bakı Dairəvi Dəmir Yolu xəttinin yenidən qurulması planı vağzaldan aeroporta qədər arealı əhatə edir.

► 23 yeni stansiya…

AzEuroNews.com-un əməkdaşı xəbər verir ki, ADY Bakıxanov stansiyası, Zabrat-1, Zabrat-2, Pirşağı, Novxanı, Sumqayıt stansiyalarını əhatə edən Bakı Dairəvi dəmir yolunun genişləndirilməsi üzrə işlər yerinə yetirir.

Bu yol əks istiqamətdə Maştağa bağları massivinə qədər uzadılacaq, daha bir yol Dübəndi qəsəbəsinə qədər çəkiləcək.

Pirallahı körpüsünün sökülməsi ilə əlaqədar, Zirə qəsəbəsinə qədər xətt çəkiləcək. Ümumilikdə 23 yeni stansiya tikintisi və 107 km dəmir yolunun yenidən qurulması planlaşdırılır.

ADY sədri Cavid Qurbanov jurnalistlərə demişdi ki, Bakı Dairəvi dəmir yolunun təmiri ilə əlaqədar 13 min tondan çox rels və 180 mindən çox şpal dəyişdirilməlidir.

Dəmir yolunun təmir tələb edən hissəsinin ümumi uzunluğu 100 kilometrdən çoxdur.

Bakı şəhərətrafı dəmir yolu xəttinin tikintisi ilə əlaqədar 100 milyon manat vəsait ayrılıb.

► Şpallar, relslər hara daşınır?

İqtisadçı Qadir İbrahimlinin qənaətincə, təxminən 3 milyon yarım insanın yaşadığı Bakı kimi meqapolisdə dairəvi dəmir yolu ictimai nəqliyyatın yükünü azalda bilər:

“O proses necə aparılacaq, yenidən pulların silinməsi layihəsi olacaq, ya həqiqətən də infrastrukturun inkişafına təkan layihəsi olacaq, bunu zaman göstərəcək”.

Ancaq yenidənqurma ilə bağlı sökülən dəmiryol relsləri, şpallar, elektrik qatarlarının relsləri daxili bazarda və qonşu ölkələrdə satılır.

C.Qurbanovun dediyi 13 min ton metalın hissə-hissə sökülərək satıldığını öyrənmişik.

Dəmiryolçulardan birinin sözlərinə görə, Gürcüstana daşınan metal və daxili bazarlarda satılan relslər, şpallar ADY rəhbərliyi üçün nəhəng biznes mənbəyinə çevrilib.

“28 May”dan başlayaraq Keşlə və Bülbülə istiqamətində qədər dəmiryol relsləri çıxarılır, yenisi ilə əvəzlənir və köhnələri satılır. Halbuki, onların hamısının istismar dövrü qurtarmayıb.

Təmirdən sonra 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edə bilər.

Amma buna qədər C.Qurbanovdan 13 min ton rels və 180 mindən çox şpalın dəyişdirilərəkən köhnələrin hara istifadə edildiyi soruşulmur.

Yeri gəlmişkən, bu məsələni ilk ictimailəşdirən haqqin.az saytının baş redaktoru Eynulla Fətullayev olub. (https://ady.az/az/content/index/68)

Jurnalist feysbuk hesabında C.Qurbanovu metal satışında ittiham etmişdi. Sitat: “Məlum olur ki, Azərbaycanda ən iri metal satıcısı Cavid Qurbanovdur.

Arana enmiş bu dağlı hər gün öz adamları və fırıldaqçı şirkətlər vasitəsilə min tonlarla metal satır. Soruşacaqsız ki, bu metal hardandı?

Cavab verirəm – dəmiryolu relslərini sökürlər, elektrik və digər qatarları balansdan silirlər. Bax bununla məşğul olur bizim Cavid. Sürət qatarları? Bizə nəyə lazımdı qatarlar? Pul ver!”

►►► Bakı Dairəvi dəmiryolunun yenidən qurulması və metal biznesi ilə bağlı ADY-nin mətbuat xidməti rəhbəri Sevinc Qədirovaya sorğu göndərmişik.

Mətbuat katibi məzuniyyətdə olduğu üçün nə zaman sorğumuz cavablandırılacaqsa, işıqlandıracağıq.
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...