“Axı nə qədər “Azərenerji”-də problem çıxmalıdır?” — YAP-çı deputatdan SƏRT AÇIQLAMALAR
Siyaset
Oxunub: 501
4 iy 2018 | 09:40
“Axı nə qədər “Azərenerji”-də problem çıxmalıdır?” — YAP-çı deputatdan SƏRT AÇIQLAMALAR














“Deyirlər ki, bu il havalar çox isti keçidyi üçün avadanlıqlar dözməyib və qəza baş verib. Ancaq istiliyin olduğunu bilirlərsə, gərək “Azərenerji” ASC buna hazırlıqlı olmalı idi, nəzarəti artırmalı və xüsusi rejimə keçməli idi”.
Bu fikirləri açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputat Rauf Əliyev bildirib.

Deputat deyib ki, normalda havaların isti keçməsi ilə əlaqədar “Azərenerji” və digər müvafiq qurumlar tərəfindən xüsusi rejim tətbiq olunmalı idi:
“Onların deməyindən belə çıxır ki, havalar isti keçirsə, heçnə etməyək, hamımız oturaq. Bu cür yanaşma doğru deyil. O boyda Mingəçevir stansiyası xüsusi rejimə keçməli idi. Özü də Mingəçevir Su Anbarı və elektrik stansiyası xüsusi strateji əhəmiyyətə malikdir. Ermənilər hər zaman bizi təhdid edirlər ki, Mingəçevir Su Anbarını partaladarıq və sairə. Bu bird aha onu göstərir ki, bizim düşmənimiz yanımızdadır. Ona görə də daha diqqətli və məsuliyyətli olmaq vacibdir. Belə bir məqamda hansısa şəxslərin bizi düşmənə güldürməsi yolverilməzdir. Gərək burada “Azərenerji” ASC əvvəlcədən hazrırlıqlı olmalı idi. Düzdür, “Azərenerji” gecə ilə işlər gördü. Amma bunu əvvəlcədən hazırlıqlı olmaq lazımdır”.

Deputat qeyd edib ki, elektrik enerjisinin kəsilməsi Azərbaycanın bütün sahələrində mənfi fəsadlara yol açıb:
“Bayaqdan xəbərləri oxuyuram, gecə elektrik enerjisinin kəsilməsi nəticəsində insanlar liftlərdə qalıb, sular kəsilib, Ceyranbatan Su Anbarında nasosların fəaliyyəti dayanıb, oğurluq hadisələri artıb, xəstəxanalar işıqsız qalıb və sairə. Bütün bunlar zəncirvari şəkildə bir-birinə bağlıdır. Ümumiyyətlə, əhali ilə birbaşa əlaqəli olan “Azərenerji”, “Azərsu”, “Azəriqaz” və digər qurumlar yay-qış ayıq-sayıq və məsuliyyətli olmalıdır. Yaxşı yadıma gəlir, Sovet İttifaqı dövründə iyun ayında qışa hazırlıqla bağlı müşavirələr keçirilirdi. İndi Azərbaycanda da qışa hazırlıq işlərinə yaz-yay aylarından başlanılmalı və yüksək səviyyədə başa çatdırılmalıdır. Biz svil ölkəyik. Cənab prezidentin tapşırığı ilə ən müasir avadanlıqlar alınaraq ölkəmizə gətirilib. Axı bu qədər şərait yaradılırsa, nə üçün müvafiq qurumlar lazımı səviyyədə iş aparmırlar? Axı nə qədər “Azərenerji” ASC-də problem çıxmalıdır? Keçən dəfə də problem çıxmışdı. Bəs “Azərişıq” ASC-də niyə problem yaranmır? “Azərenerji” ASC böyük qurumdur, dövlət büdcəsindən milyonlarla vəsait ayrılır, bütün şərait yaradılır, gedib normal işləsinlər də! Sağ olsun cənab prezident, tapşırıq verir, xaricdən ən müasir avadanlıqlar alınır. Ancaq müvafiq qurumların rəhbərləri kadr hazırlamırlar. Deyirlər ki, bu avadanlıqlarla işləyə bilmirik və sairə. Adama sual olunur ki, sən bu qurumun rəhbərisən, bəs niyə mütəxəssis hazırlamırsan? Türkiyə və digər ölkələrdən yüksək səviyyəli mütəxəssislər gətirib yaxşı kadr hazırlayın da! Bu gün Sovet İttifaqı dövrü deyil ki, köhnədən qalan avadanlıqlarla işləyəsən. Dünya inkişaf edir, ən müasir avadanlıqlarla çalışmaq lazımdır. Dövlət bu avadanlıqları alıb verir, indi işlədin də!”.

R.Əliyev bildirib ki, Mingəçevir stansiyasında baş verən yanğın Azərbaycan prezidentinin gördüyü işlərə xələl gətirir:

“Bu gecədən camaat nə gəldi danışır. Biri deyir təxribatdır, partladıblar, biri də söz deyir. Bütün bunlar insanlar arasında təşviş və narahatlıq yaradır. Bütün bunlar nəyə lazımdır? Ona görə də cənab prezident baş verən hadisəni şəxsi nəzarətinə götürüb. İndi məsələ tam dəqiqliklə araşdırılıb qiymət veriləcək. Hadisənin baş verməsində kimin təqsiri varsa, cəzalandırılacaq. İndiki vaxtda insanlarla oynamaq olmaz. Bəzən gedib görürsən ki, bir yerdə su, bir yerdə işıq yoxdur. Həmin məmurlar insanları narazı salırlar. Sonra da camaat deyir ki, bəs prezident hara baxır? Axı cənab prezident hər məmuru güdəsi deyil ki! Cənab prezident tapşırıq verir, yerlərdə müasissələr yaradılır, iş yerləri açılır. Hər bir məmur cənab prezidentdən örnək götürüb öz xalqı üçün vicdanla işləməlidir. Dünən gecə oxuyuram, xəstəxanada da işıqlar sönüb. Axı həmin xəstəxanada əməliyyat olunan adamlar var. Bəs məmur düşünmür ki, burada insan həyatı həll olunur? Yaxud da liftdə qalan insanların ürəyi partlaya bilər. Axı məmurlar bunu düşünmürlər? Ona görə mən də bu cür məsələlərə məmurları vicdan və məsuliyyətlə yanaşmağa çağırıram”.
Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO