Deputatın “tur bazarı”: İqbal Məmmədovun “Relax”ı dodaq uçuqladır - Foto
Siyaset
Oxunub: 589
25 in 2018 | 10:40
Deputatın “tur bazarı”: İqbal Məmmədovun “Relax”ı dodaq uçuqladır - Foto















Artıq çimərlik və istirahət mövsümü başlayır. Vətəndaşlar büdcəsinə uyğun istirahət mərkəzləri axtarırlar. Əksər yerlərdə isə bahalıq hökm sürür.

Ona görə yada çoxu qonşu ölkələrə üz tutur. Çünki kurort mərkəzlər məmurların, deputatların nəzarətindədir. Onlar da istədiyi tarifləri müəyyənləşdirirlər.

FİA.Az-ın deputatın “turizm bazarı” rubrikasına start verib. İlk olaraq Lerikin təyinatlı millət vəkili olan İqbal Məmmədovdan başlamağa qərar vermişik.

İctimaiyyətə sirr deyil ki, İ.Məmmədovun Lerikdə “Relax” istirahət mərkəzi var. Bu obyekt bahalığı ilə dodaq uçuqladır.

Ona görə imkanlılar və SOCAR vəzifəliləri ora gedirlər. İ.Məmmədovun SOCAR rəhbərliyinə yaxınlığı ilə seçilir.

Lerikin Rövnəq Abdullayevin kurasiyasında olması köhnə xəbərdir və illərdir ki, dəyişməzdir. Bu baxımdan deputat İ.Məmmədova “Relax”a nəzarət həvalə olunub.

Mətbuatda gedən yazılara görə, “Relax” istirahət mərkəzində mövsümün qızğın vaxtı 15 iyun - 1 sentyabr arasında 1 sutka qalmaq 100-150 manatdır. Koteclər 150-200 manatdır.

İsveç masasında səhər yeməyi 4, nahar 8, şam 7 manatdır. Dəfələrlə dincəlmək üçün “Relax”ı seçənlər peşman olublar. Oradakı xidmətin səviyyəsindən razı deyillər.

Havalandırma sistemi mövcud deyil, işçilər gigiyenik tələblərə əməl etmir, soyuducu kameralarda, anbarlarda saxlanılan xammalın saxlanma rejiminə əməl olunmur. Yemək soyudulduqdan sonra təkrarən qızdırılıb istehlakçıya verilir.

Həmin istirahət mərkəzində qeyri-peşəkar insanlar işləyirlər. Lakin otellərdə və istirahət mərkəzlərinə kifayət qədər təcrübəsi və təhsili olan mütəxəssislər götürülməlidir.

FİA.Az media üzərindən xəbər verir ki, 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilmiş “Kaspi Yıldız” və “Relax” şirkətlər qrupunun sahibi İqbal Məmmədov danışmayan deputatlardandır.

Şamaxının vəzifədən çıxarılan icra başçısı Asif Məmmədovun qardaşı olan deputatın seçicilərə qarşı hörmətsizlik etməsi barədə istər televiziya vasitələrində, istərsə də çap mediasında dəfələrlə məlumatlar gedib.

Onun adı mənzil fırıldağı, vətəndaşın döyülməsi, təhqir olunmasında faktlarla keçib. Bu qədər tələb və tənqidlərə baxmayaraq, deputat təmsil etdiyi dairənin seçiciləri ilə görüşlər keçirib onların sosial problemləri ilə ilgilənmir.

Məsələn, günlərdir ki Lerikdə üç kəndin sakinləri bulağın aparılmasına görə həyəcan təbili çalır, deputat vecinə almır, o kəndlərə gedib seçiciləri ilə görüşmür.

Eyni zamanda Lerikdə azyaşlının zorlanması xəbəri respublikanın hər yerində danışılır. Ancaq deputat həmin ailəyə baş çəkərək dəstək olmayıb, maraqlanmayıb.

Bu şəxsi ancaq rayonda keçirilən rəsmi tədbirlər zamanı görə bilirlər. Bir müddət əvəvl isə Lerik sakini Eldəniz Quliyev 60 sot torpağının deputat tərəfindən əlindən alındığını iddia etmişdi.

Lerikin Nəriman Nərimanov küçəsi ev 21-də yaşayan Eldəniz Şadkamal oğlu Quliyev mətbuata müraciət edərək, kömək istəmişdi.

Onu da deək ki, azxeber.com portalı 308 minlik rəsmi "facebook" səhifəsində millət vəkili İqbal Məmmədovla bağlı oxucuların fikirlərini öyrənmişdi.

Məlum olmuşdu ki, deputata münasibət burada da eynidir. Bəzi şərhləri təqdim edirik:

Aygün Fatimə adlı oxucu yazır: “Onu bir dəfə də Milli Məclisdə danışan görmədik. Yeyib-içən hacılardandır. Yenə də deyirəm ki, içən. Bu sözə diqqət edin”.

Yasəmən Ağayeva: “Sifətindəki nura baxın, maşALLAH

Zaur Hüseynov: “Bunu tutmaq lazımdır çoxdan”.

Murad Əliyev: “Onu yalnız sahibi olduğu Relax-da görə bilirik, o da çox vaxt içkili halda. Allah biz lerikliləri İqbal Məmmədovun əlindən alsın. Amin...”

P.S. onun mövqeyini də geniş işıqlandırmağa hazırıq.

Deputatın “tur bazarı”: İqbal Məmmədovun “Relax”ı dodaq uçuqladır - Foto
Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO