“11 ildir Federasiyada seçkilər keçirilmir” - Azər Mirzəyev
Siyaset
Oxunub: 620
14 in 2018 | 21:18
“11 ildir Federasiyada seçkilər keçirilmir” - Azər Mirzəyev

















Bir müddət öndə Naxçıvan Şahmat Federasiyasının sabiq əməkdaşı beynəlxalq qrossmeyster Azər Mirzəyev saytımıza şikayət məktubu göndərərək səbəbsiz yerə işdən çıxarıldığını qeyd etmişdi. Əməkdaşımız Azər Mirzəyevlə əlaqə saxlayaraq işlərinin nə yerdə olduğunu öyrənib.

Dia.az xəbər verir ki, offsideplus.az-a danışan beynəlxalq qrossmeyster Azər Mirzəyev Naxçıvan Şahmat Federasiyasının ona olan borcunu ödədiyini söyləyib. "Məqalə dərc olunduqdan sonra mənimlə əlaqə saxlayaraq məsələni yoluna qoyacaqlarına söz verdilər. Bir müddət sonra mənə olan borcu ödədilər. Mən həmişə oynayan məşqçi olmuşam və hazırda da beynəlxalq yarışlarda Azərbaycanı təmsil edirəm".

Azər Mirzəyev Azərbaycan şahmatında olan problemləri bir daha dilə gətirərək saytımıza baş şahmat qurumunda olan haqsızlıqlar barədə məlumat verdi: "Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov şahmatçılar üçün əlçatmazdır. Bu səbəbdən ümid qalır vitse-prezidentlərə. Hamının sözünü deyə biləcəyi vitse-prezident Faiq Həsənovdur. Onun isə aşağı-yuxarı hamıya cavabı eyni olur - "Mənlik deyil". Bütün vacib məsələləri digər vitse-prezident Mahir Məmmədov həll etsə də, lazım olduqda o da öz növbəsində heç bir səlahiyyətinin olmadığını bəhanə edir."

Azərbaycan Şahmat Federasiyasının viste-prezidenti Mahir Məmmədov sonuncu görüş zamanı Azər Mirzəyevi turist adlandırıb: "Sonuncu görüş zamanı məni, qrossmeyster-turist adlandırdı. 2012-ci ildən mənə bir yarış belə ödənilməyib. Amma mən nə görürəm - məmurlara, valideyinlərə, şahmatdan uzaq adamlara xaricə yarışlar ödənilir və nəyə görəsə hörmətli vitse-prezident onlara turist demir."

Mirzəyev qeyd edib ki, federasiya şahmatçılara qarşı ayrı seçkilik edir: "Mən hələ uzaq 2002-ci ildə yazmışdım ki, federasiya şahmatçıları iki kateqoriyaya bölür, "özününkilər" və "yadlar". Federasiyanın önəmli tədbirlərində yalnız "özününkilər" dəvət alır. Öz müsahibələrində və çıxışlarında Həsənovlar, Məmmədovlar şahmatın ölkədə necə inkişaf etdiyindən danışaraq öyünürlər. Xaricdən komandaya şahmatçı dəvət edib ona hər ay 8000 avro maaş vermək inkişaf deyil. Bu günlərdə başa çatmış ölkə çempionatında yeniyetmə qızlar arasında digər yoldaşla birgə tələbəm Ayan Allahverdiyeva 11 mümkün xaldan 100% nəticə göstərərək qalib oldu. Maraqlıdır ki, Ayan artıq 3 il ard-arda 100 % nəticə göstərir. Bu cür nəticə ilə çox az adam oyünə bilər. Bundan əlavə Ayanın Avropa çempionatlarında gümüş və bürünc medallar qazanıb. Gənc və yeniyetmələrin federasiyadan olan məşqçisi mənə sosial şəbəkədə yazıb ki, vitse-prezident Mahir Məmmədov gənc şahmatçılara yarışlara getməyə köməklik göstərir. Bu köməklər nəyə görəsə Ayandan həmişə yan keçir. Valideyni hələ də 2016-cı ildə getdikləri turnir üçün banka borc ödəyir. Amma cənab Məmmədov valideyinləri, məmurları, təsadüfi adamları, sıravi şahmatçılari xaricə ezam edir."

Qrossmeyster onu da əlavə edib ki, "2013-cü ildə prestijli yaş qrupunda U-18 Dünya Çempionu olmuş qadın qrossmeyster Nərmin Kazımova ölkədən gedib. Təqvim ilinin 1 N-li yarışı sayılan ölkə çempionatı olduqca aşağı səviyyədə keçirilir. Azərbaycanda 20-dən çox qrossmeyster olmasına baxmayaraq onlardan heç kim sonuncu Azərbaycan çempionatında oynamayıb. Düz də ediblər. Mükafat fondu 5 min manat olan yarışda kim oynamaq istəyər? Sadəcə müqayisə üçün qeyd etmək istərdim ki, analoji turnirin mükafat fondu Gürcüstan və Ermənistanda 10 min $, Türkiyədə 12 min $, Rusiyada isa sonuncu (12) yeri tutan şahmatcı Azərbaycan çempionundan çox mükafat alır."

Azər Mirzəyev sonda deyib ki, uzun illərdir Azərbaycanda peşəkar liqa çempionatı keçirilmir: "Artıq uzun illərdir ki, peşəkar klub çempionatı (liqa) keçirilmir. Bir cox ölkələrdə bu yarış ən mötəbər turnirdir. Hətta dünyanın bir çox ölkələrinin tanımadığı Kosovoda klub çempionatı keçirilir. 600 min əhalisi olan Monteneqroda da səviyyəli klub çempionatı var. Heç bir şahmat ənənəsi olmayan Luksemburqda da həmçinin. 11 ildir Federasiyada seçkilər keçirilmir. Baş məşqçi 25 ildir dəyişmir."
Bu gün, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Bu gün, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Bu gün, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Bu gün, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Bu gün, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Bu gün, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Bu gün, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Bu gün, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Bu gün, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Bu gün, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Bu gün, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Bu gün, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Bu gün, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Bu gün, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Bu gün, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Bu gün, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
Bu gün, 10:40
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Bu gün, 10:22
Bu həftə 6 gün işləyəcəyik?
Bu gün, 10:10
ADNA terrorundan 15 il ötür
Bu gün, 10:04
Daha bir qrup sakin Laçına gedir
Bu gün, 09:55
Paşinyan Putinin andiçməsinə getmək istəmir, çünki... - Erməni mediası
Bu gün, 09:00
“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı