“Azərbaycanın suverenliyini zəiflətmək yolverilməzdir” — Tahir Kərimli Sərdar Cəlaloğlunu müstəqilliyimizi sevməyə ÇAĞIRDI
Siyaset
Oxunub: 533
13 in 2018 | 11:10
“Azərbaycanın suverenliyini zəiflətmək yolverilməzdir” — Tahir Kərimli Sərdar Cəlaloğlunu müstəqilliyimizi sevməyə ÇAĞIRDI















Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli ADP sədri Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyası yaradılması təklifinə sərt reaksiya verib.
Deputat “Ölkə.Az”a açıqlamasında bu cür təkliflərin gülünc olduğunu söyləyib:

“Bu gün biz Azərbaycan xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edirik. Ancaq ötən əsrin əvvəllərində də bu məsələ ortaya atılmışdı. Hətta, İttihad Partiyasının üzvləri buna meyl göstərirdilər. Türkiyədən də bununla bağlı fikirlər səsləndirilirdi. Təklif olunurdu ki, Azərbaycan və Türkiyə birləşsin. Ancaq həmin vaxtı Məhəmməd Əmin Rəsulzadə qəti şəkildə buna qarşı çıxmışdı”.

Deputat qeyd edib ki, dövlət müstəqilliyi bu millətin haqqıdır:

“Müstəqillik qazanmaqla Azərbaycan xalqı sübut etdi ki, o buna qadirdir. Çünki müstəqilliyimizə qədər bizə deyilirdi ki, sizin dövlətiniz olmayıb, keçmişdə hər zaman sülalə hakimiyyətləriniz olub və sairə. Biz müstəqillik qazanmaqla sübut etdik ki, nəinki bizim müstəqil dövlətimiz var,həm də biz Şərqdə ilk demokratik respublika yaratmışıq”.
T.Kərimli Sərdar Cəlaloğlunun fikirlərinin Azərbaycanın dövlət müstəqilliyinə zidd olduğunu söyləyib:

“Müstəqilliyimiz hüquqi məsələdir. Azərbaycanın Konstitusiyası ilə bu qəbul edilib. Türkiyə ilə konfederasiya olsaq, o zaman bu müstəqilliyə xələl gətirmiş olarıq. Yəni, bununla biz suverenliyimizin bir hissəsini Konfederasiyaya vermiş olarıq. Bu da Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini zəiflətmiş olar. Ona görə də bu cür şüarlara ehtiyac yoxdur. Bu bizim üçün zərəlidir. Bu həm də konstitusiyamıza ziddir. Eyni zamanda bu Azərbaycanın milli dövlətçiliyini, özünəinamını zəiflədir”.

Deputat Sərdar Cəlaloğlunun sözügedən təklifi ilə bağlı Ayaz Mütəllibovun söylədiyi fikirlərini dəstəklədiyini deyib:

“Mən bu məsələ ilə bağlı Ayaz Mütəllibovun fikirlərini tam dəstəkləyirəm. Ayaz Mütəllibov Azərbaycanın dövlət müstəqilliyinə imza atmış prezidentdir. Vaxtilə Sərdar Cəlaloğlu və digərləri Ayaz Mütəllibovu müstəqilliyimizə qarşı olmaqda ittiham edirdi. Amma indi Ayaz Mütəllibov həmin adamları haqlı olaraq ittiham edir. Mən də Ayaz Mütəllibovun bu fikirlərini dəstəkləyirəm. Azərbaycanın suverenliyini zəiflətmək yolverilməzdir. Kim olursa olsun, Türkiyə nə qədər dostumuz da olsa, bu cür addımlar atmaq doğru olmaz. Mən Sərdar Cəlaloğlunu bu cür hərəkətlərdən daşınmağa çağırıram”.
Bu gün, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Bu gün, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Bu gün, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Bu gün, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Bu gün, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Bu gün, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Bu gün, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Bu gün, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Bu gün, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Bu gün, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Bu gün, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Bu gün, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Bu gün, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Bu gün, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Bu gün, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Bu gün, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
Bu gün, 10:40
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Bu gün, 10:22
Bu həftə 6 gün işləyəcəyik?
Bu gün, 10:10
ADNA terrorundan 15 il ötür
Bu gün, 10:04
Daha bir qrup sakin Laçına gedir
Bu gün, 09:55
Paşinyan Putinin andiçməsinə getmək istəmir, çünki... - Erməni mediası
Bu gün, 09:00
“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
Dünən, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
Dünən, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
Dünən, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
Dünən, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
Dünən, 13:25
İlham Əliyev fərman imzaladı