Prezident korrupsioner başçıları qovur: kimlər səksəkədədir? - ŞOK
Siyaset
Oxunub: 5 924
10 in 2018 | 20:00
Prezident korrupsioner başçıları qovur: kimlər səksəkədədir? - ŞOK















Prezident gözlənildiyi kimi, nazirlərdən sonra icra başçılarını təzələməyə başlayıb. Bu da cəmiyyətin sosial sifarişidir

FİA.Az-ın xəbərinə görə, artıq Binəqədiyə və Tovuzda yeni icra hakimləri təyin olunub. Bakı meri, Gədəbəy və Ağdam rayon icra başçısı postları boş qalıb.

Amma proses bu bölgələrlə məhdudlaşmayacaq. Hakimiyyətdəki mənbələrdən sızan iddialara görə, Laçın icra başçısı Aqil Nəzərli, Nəsimi rayon başçısı Asif Əsgərov da növbəsini gözləyir.

Eynilə Gəncə icra başçısı Elmar Vəliyev, Daşkəsənin icra hakimi Əhəd Abıyev, Lənkərandakı həmkarı Taleh Qaraşov, Ağcabədi icra başçısı Şahin Məmmədov səksəkədədir.

İddialar var ki, Ağstafa icra başçısı Məhərrəm Quliyev, Sabirabad və Saatlıya rəhbərlik edən Nazim İsmayılovla Siraqəddin Cabbarov da təşvişdədirlər.

Bölgələrdə idarəetmənin refreşinə ciddi ehtiyac var idi. Prezident islahatlar apararaq xalqa xidmət etməyən icra hakimlərini yola salır.

Bu baxımdan rayonlarda icra hakimiyyətləri fəaliyyətinə təzədən baxmalı, nizamlamalı olacaqlar. Çünki əvvəlki dövr deyil və vətəndaşların daha çox şikayət etdiyi əyalətlərdə dəyişikliklər qaçılmaz olacaq.

Əldə etdiyimiz xəbərlərdə iddia edilir ki, Suraxanı rayon icra başçısı İlqar Abbasov, Xızının başçısı Xəzər Aslanov, İmişli rayon rəhbəri Vilyam Hacıyevin də vəziyyəti ürəkaçan deyil.

FİA.Az-ın xəbərinə görə, Hacıqabul, Kəlbəcər, Zəngilan, Biləsuvar, Astara rayon icra hakimiyyətlərində də dəyişikliklər istisna edilmir.

Prezidentə son zamanlar ən çox şikayətlərin Beyləqan, Göyçay icra başçılarından getdiyi məruzə olunub. Eləcə də Laçın və Sumqayıt icra başçılarının adı çox çəkilib.

Gəncədən də neqativ məlumatların çox gəldiyi bildirilib. Xüsusən də Göyçaydakı vəziyyətlə bağlı qərar veriləcəyi deyilir.

2017-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, onların sayı əvvəlki ilə nisbətən 10 minədək azalıb.

Bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin yekunları ilə bağlı danışarkən deyib.

2016-cı illə müqayisədə müraciətlərin sayı Beyləqan, Cəbrayıl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Şamaxı və digər rayonlarda artıb.

Vətəndaş müraciətlərinin təhlilində əsas göstəricilərdən biri hər bir rayon və şəhərdən əhalinin 1000 nəfərinə düşən müraciətlərin sayıdır.

Bu baxımdan 2017-ci ildə Prezident Administrasiyasına daxil olmuş müraciətlərin təhlili göstərir ki, Bakı şəhərinin rayonlarından, habelə Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, İmişli, Kəlbəcər, Quba, Neftçala, Saatlı, Salyan, Samux, Şəmkir, Tovuz, Yardımlı, digər şəhər və rayonlarda bu göstərici yüksək olub.

Qeyd edək ki, 11 aprel prezident seçkisindən sonra ölkədə kadr dəyişiklikləri və islahatların yeni mərhələsinin həyata keçirilməsinə başlanacağı barədə məlumatlar bu yaxınlarda yayılmışdı.

Prezident Administrasiyası rəsmisinin rayonlardan müraciət və şikayətlərlə bağlı verdiyi açıqlamalar, açıqladığı siyahı hansı rayonların icra başçılarının dəyişdiriləcəyi barədə ilkin proqnoz vermək üçün əsas sayıla bilər.

Prezident İlham Əliyevin regionların inkişafına xüsusi diqqət ayırdığını da nəzərə alsaq, seçkidən sonra rayon icra başçılarının işinə qiymət veriləcəyi gözlənilən idi.
Dünən, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Dünən, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Dünən, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Dünən, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Dünən, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Dünən, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Dünən, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Dünən, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Dünən, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Dünən, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Dünən, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Dünən, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Dünən, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Dünən, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Dünən, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Dünən, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Dünən, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Dünən, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Dünən, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Dünən, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Dünən, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
20-05-2024, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
20-05-2024, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
20-05-2024, 15:06
Xankəndiyə prokuror təyin edilib
20-05-2024, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
20-05-2024, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO