MTN-də "qara qutu": Eldar Mahmudov niyə gündəmdən çıxdı? - ÖZƏL
Siyaset
Oxunub: 607
11 in 2018 | 11:50
MTN-də "qara qutu": Eldar Mahmudov niyə gündəmdən çıxdı? - ÖZƏL















Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad olunması, nazirliyin demontaj edilməsi, generalların həbsi işi gündəmdən çıxır

FİA.Az-ın media üzərindən məlumatına görə, 2015-ci ilin oktyabrında gerçəkləşən həbslərdən sonra E.Mahmudovun da qandallanacağı gözlənilirdi. Amma olmadı.

MTN şefinin köməkçisi və əmisioğlu Vüqar Mahmudovun həbsi ilə əlaqədar eks-nazirin iki dəfə istintaqa dəvət olunması həbsinə zəmin hazırlandığı ehtimalı yaratmışdı.

Amma seçkilərdən sonra bu mövzu tamamilə qapandı və E.Mahmudovun adı, MTN işi gündəmdən çıxarıldı.

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən çıxarılan gündən onun həbsi məsələsi müzakirə olunmaqdadır. 2015-ci il oktyabrın 17-dən sonra aktuallaşan məsələ hələ ki, nəticəsizdir.

Eldar Mahmudovun taleyi ilə bağlı da rəsmi qaynaqlardan bir söz deyilmir. 3 ilə yaxındır ki, Eldar Mahmudov müəmması davam edir.

2017-ci ilin noyabrına qədər sabiq nazirin mətbuatda “MTN işi” adını almış çoxşaxəli cinayət işindən kənar qalacağı haqda fikir formalaşmışdı. Amma belə olmadı.

Vüqar Mahmudov həbs ediləndən bir neçə gün sonra istintaqçılar Eldar Mahmudovun da qapısını döydülər. Noyabrın 4-də sabiq naziri istintaqa çağırıb səhərdən axşama qədər dindirdilər.

Və sonrakı günlərdə Eldar Mahmudov 3 dəfə də istintaqa çağırıldı, dindirildi, evinə yola salındı. Belə dindirmələrin birindən sonra sabiq nazir onun üçün xoş olmayan bir aksiya ilə də qarşılaşdı.

Növbəti dəfə dindirmədən əsəbi şəkildə çıxan Eldar Mahmudovun qarşısını onun dəstəsinin əməllərindən zərərçəkənlər kəsdi, barəsində düşündüklərini üzünə dedilər.

Ümumiyyətlə isə Eldar Mahmudovu 2015-ci ildə komandasının üzvləri həbs edilərkən də istintaqa çağırıb dindirmək üçün xeyli əsas və sübutlar vardı.

Onun əməllərindən zərərçəkənlərin fəryadları mətbuatdan bəs deyincə yayılmışdı.

FİA.Az-ın media üzərindən məlumatına görə, 2017-ci ilin noyabrında isə prosesdə geri sayım başlandığına əsas verən addımlar atılmışdı.

Artıq hər kəsdə Mahmudovun toxunulmazlığının götürüldüyü fikri formalışmışdı. Bu ehtimalı formalaşdıran amillərdən biri də o idi ki, əmisi oğlu Vüqar Mahmudov da iki il ərzində sərbəst dolaşmışdı.

O, həbs ediləndən sonra isə Eldar Mahmudovun da həbsə gedəcəyinə dair proqnozlar verilirdi.

İstintaqçılar Eldar Mahmudov “MTN işi”ndən qalib çıxdığı kimi göründüyü bir dönəmdə qapısını döymüşdülər.

Bu həmin vaxt idi ki, mətbuatda Eldar Mahmudovun özünü “MTN işi”ndən kənar tuta bilməsi haqda başlıqlar da peyda olmuşdu.

Onun komanda üzvlərinə cəmiyyətin gözlədiyindən, iş üzrə zərərçəkənlərin istəyindən daha yüngül cəzalar təyin oldunduğu bir vaxta təsadüf etmişdi.

Onun 11 illik nazirliyi dövründə 1-2 nazir istisna olmaqla digəriləri gəldiyi məclislərdə ayağa qalxıblar, ona təzim ediblər, aylıq xərac, pay-puş göndərib Mahmudovun özündən və dəstəsindən qorunmağa çalışıblar.

Hakimiyyətin yuxarı eşalonundan tutmuş yerlərdəki nümayəndələrinə qədər onun adı gələndə belə həyəcan keçiriblər. Bu baxımdan onun istintaqa çağırılması, dindirilməsi sıradan məsələ hesab edilmirdi.

Onun kürəyinin yerə gətiriləcəyi gözlənlirdi. Amma hələlik bu baş verməyib: Eldar Mahmudov azadlıqdadır, daha onu istintaqa da çağırmırlar.

Belə məlumatlar da var ki, Eldar Mahmudov özünü həbsdən və komandasının üzvlərini ağır cəzalardan kompromatlardan istifadə etməklə kənarda saxlaya bilir.

Xatırladaq ki, Eldar Mahmudova ən yaxın kadr hesab edilən Akif Çovdarov da məhkəməsində “mən agentlərin adlarını açıqlaya bilərəm” deyib meydan oxumuşdu. Belə iddialar da var ki, Eldar Mahmudovun əlində 2800 kompromat videolar var.

Bununla belə E.Mahmudovun əlindəki kompromatlardan ictimai şəkildə istifadə etməyəcəyi, bunun üçün o qədər də cəsarətli olmadığı haqda fikirlər də mövcuddur.

Hazırda baş verənlər isə Eldar Mahmudovun istintaqa çağırılmaqla zədələnmiş mifinin yenidən bərpa olunması fikirlərini formalaşdırır.
Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO