“Əgər ölkədə demokratik islahatlar keçiriləcəksə...”
Siyaset
Oxunub: 1 227
11 fev 2015 | 12:53
“Əgər ölkədə demokratik islahatlar keçiriləcəksə...”

"Bir çoxları elə başa düşür ki, siyasi dialoq hökümətə yaltaqlanmaqdır"
"Siyasi dialoq bütün müxalifətlə deyil, bəlli bir kəsimlə aparıla bilər ki, nəticə olsun"


Azerinfo.az bildirir ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Moderator.az-a açıqlamasında fevralın 12-də ikinci raundunun keçirilməsi nəzərdə tutulan iqtidar-müxalifət dialoqu barədə baxışlarını bölüşüb:

"Əvvəla, bildirim ki, birinci görüş iqtidar-müxalifət dialoqu deyildi. Əvvəlcə iqtidar-müxalifət diskusiyası olub. Həmin diskusiyada da biz iqtidar-müxalifət dialoqunun mümkünlüyü məsələsini müzakirə etmişik və ümumiyyətlə, Azərbaycanda siyasi dialoqun reallaşdılması imkanlarını özümüz üçün müəyyənləşdirmişik. Siyasi dialoq nədir? Bir var dialoq, bu sadəcə fikir mübadiləsidir. Siyasi dialoq isə birgə əməkdaşlıq deməkdir. İqtidarla müxalifət hansı sahədə əməkdaşlıq edə bilər? O sahədə ki, nə iqtidarın, nə müxalifətin birinci dərəcəli maraqlarına aid olmasın, eyni zamanda dövlətin və cəmiyyətin xeyrinə olsun. Məsələn, tutaq ki, Dağlıq Qarabağ məsələsində biz iqtidarla müxalifətin vahid mövqeyini müəyyənləşdirə bilərik. Bunun üçün bir neçə mərhələdə siyasi dialoq apara bilərik, Qarabağın işğaldan azad edilməsiylə bağlı böyük bir strateji layihə hazırlaya bilərik, ora iqtidarın və müxalifətin təkliflərini yerləşdirə bilərik, hər tərəf də üzərinə öhdəlik götürər ki, hakimiyyətə kimin gəlmsəindən asılı olmayaraq Qarabağ problemi ancaq bu müstəvidə həll oluna bilər. Bu olacaq siyasi dialoq.
Yaxud tutaq ki, indi aktual olan bir məsələni götürə bilərik. Yəni iqtisadi böhran şəraitində Azərbaycanda sosial ədalətin qorunmasıyla bağlı məsələni siyasi dialoqun predmeti etmək olar. Yəni siyasi dialoq əməli iş tələb edir. Elə olmalıdır ki, müxalifət də çiynini bir işin altına verərək iqtidarla eyni məsuliyyəti paylaşsın. Lazım gəlsə özümüzün intellektual potensialımızdan həm də həmin problemin həllində istifadə edə bilərik.
Demokratiyanın iki prinsipi var. Bunlardan birincisi çoxunluq prinsipidir. Yəni kim çoxdursa, o hakimdir. Bir də var konsensus prinsipi. Yənin sənin az və ya çoxluğundan asılı olmayaraq tərəflər bir-biriylə razılaşmalıdır. Yəni bu zaman çoxluq azlıqla razılaşdığına görə azlığı əzmir. Türkiyə nümunəsini götürün. Ərdoğan həqiqətən də parlament çoxluğu yaradandan sonra demək olar ki, heç bir məsələdə azlığın dedikləriylə razılaşmır. Elə ona görə də Türkiyə çox böyük sürətlə totalitar cəmiyyətə doğru yuvarlanır. Amma tutaq ki, Avropada bir qüvvə parlamentdəki yerlərin 90 faizini toplayıb, əgər qalib gələn tərəf qanunların hamısını təklif etsə, o zaman oradakı 10 faiz azlığın heç bir mənası olmaz. Deməli, azlıq yoxdursa, demokratiya da yoxdur. Məsələn, Almaniya parlamentində belə bir qərar var ki, parlamentdəki azlıq 40 faz qanunlar təklif edə bilər, yerdə qalan 60 faiz qanunları isə çoxluqda olan partiyalar verə bilər. Sözümün canı odur ki, azlıqla hesablaşma demokratiyanı qəbul etmək deməkdir. İndi əgər Azərbaycan iqtidarı da azlıqla razılaşacaqsa o zaman demək dövlətin çox ciddi məsələlərinin idarə olunmasında bizim fikir və ideyalarımızı nəzərə almalıdır. Amma bizim müxalifət və iqtidar hələ ki, bu prosesdən xeyli uzaqdadır. Məsələn, müxalifətdə bir çox qüvvələr var ki, iqtidarla hər hansı bir dialoqu qəbul etmir və müxalifət çox yanlış olaraq düşünür ki, əgər onun üçün birinci dərəcəli məsələlər-yəni hakimiyyətin taleyi siyasi dialoqun predmeti deyilsə, onun mənası yoxdur. Eləcə də iqtidarda elə adamlar var ki, siyasi dialoqda yalnız öz maraqlarını qabardaraq müxalifətin birinci dərəcli maraqlarını məhv etmək dünyagörüşünə sahibdir. Bu dünyagörüşlə dialoq olmaz. Dialoq tərəflərin ümdə maraqlarına toxunmayan məsələlərlə bağlı müzakirələrdir.
Bilirsiniz ki, siyasi hadisələrin dəyişilməsinin 3 yolu var. Birincisi, seçki yoludur. İkincisi üsyanlar və inqilablar yoludur. Üçünücü yolsa siyasi dialoqdur. Azərbaycanda seçki yoluyla siyasi inkişaf yoxdur. İnqilabları da nə müxalifət, nə xalq arzulayır. Yaxın Şərqdəki hadisələr bir daha göstərdi ki, inqilablar xalqlara xoşbəxtliklər deyil, fəlakət gətirir. O zaman yalnız 3-cü yol qalır. Yəni seçkilər və inqilablar yoluyla icra edilməsi mümkün olmayan,yaxud da icra edilməsi arzu olunmayan islahatların həyata keçirilməsinin yeganə yolu dialoqdur. Tutaq ki,İlham Əliyev Azərbaycanda doğrudan da demokratikləşmə həyata keçirmək istədiyini deyir. Demokratikləşməni iqtidar təkbaşına həyata keçirə bilməz. Çünki demokratiyanın iki tərəfi var-iqtidar və müxalifət. Deməli, əgər ölkədə demokratik islahatlar keçiriləcəksə mütləq müxalifəti də həmin prosesə qoşmaq lazımdır. Bu zaman kim ki, iqtidarla dialoq istəyir, yəni problemlərin birgə həllində maraqlıdır, dialoqda yalnız həmin qüvvələr iştirak etməlidir. Yoxsa bütün müxalifətin iştirakı bəri başdan bu prosesi dəfn etməkdir. Bir çoxları elə başa düşür ki, siyasi dialoq hökümətə yaltaqlanmaqdır, yaxud özünü hökumətə təqdim etmək deməkdir. Ona görə də düşünürəm ki, hələlik siyasi dialoqdan danışmaq tezdir. Siyasi dialoq bütün müxalifətlə deyil, bəlli bir kəsimlə aparıla bilər ki, nəticə olsun. Yoxsa onsuz da elə qüvvələr var ki, onlar radikal mövqedə dayandıqlarına görə hakimiyyətlə heç bir halda dialoqa gedə bilməzlər. O ki, qaldı parlament partiyalarına, onların bu prosesdə iştirakı lap gülüncdür. Axı parlamentin özü siyasi dialoq yeridir və onlar hər gün həmin tribunadan iqtidara sözünü, baxışlarını, təkliflərini deyə bilirlər. Siyasi dialoq yalnız bu və ya digər səbəbdən parlamentdə təmsil olunmayan və iqtidarla başqa təması olmayan qüvvələrin formatı kimi düşünülməlidir ki, həm müxalifətin düşündükləri masaya gətirilsin, həm də iqtidarın. Amma baxın, birinci toplantıya 15 nəfər parlamentdəki müxalifətdən gəlmişdi, 7 nəfər digər müxalifətdən. Amma görün nə baş verdi? Bir saat yarım vaxt ayırdılar və onlar bizdən çox danışdılar, daha çox məsələ qaldırdılar. Beləliklə, faktiki olaraq qeyri-parlamentar müxalifətin ölkənin inkişafıyla bağlı nə düşündüyü, nələri təklif etdikləri hamısı açıq qaldı. Ona görə də formatın özü də göstərdi ki, bu dialoq deyil. Keçən dəfəki tədbirdə birinci olduğu üçün xeyli qüsurlar vardı və demək olar ki, son 20 ildəki bütün problemlər qaldırıldı. Axı ola bilməz ki, bircə görüşdə bu qədər problemlər qaldırılsın və bununla da produktivlik olmasın. Əksinə, konkret bir məsələni qoymalıyıq, həmin məsələnin həlli yollarını planlaşdırımalıyıq, onu ayrı-ayrı mərhələlərə bölməliyik, bu cür görüşlər də həmin mərhələlərin uzlaşdırılmasına xidmət etməlidir. Yəni müxalifət bir qərar layihəsi, iqtidarsa başqa birini hazırlamalı, onları tutuşdurmaqla ortaq məxrəc tapılmalı və nəticədə ortaya əməli iş qoyulmalıdır. Tutaq ki, sual oluna bilər, keçən dəfəki görüşdə iqtidarla müxalifət nəyi razılaşdıra bildi? Heç nəyi. Çünki yanlış format seçilmişdi..."
Bu gün, 16:00
Fürsətdir... ələ düşüb... - Ekspert danışır...
Bu gün, 15:30
Noyabr ayına qədər sülh sazişi... MÜMKÜNDÜRMÜ?
Bu gün, 14:37
Azərbaycan və İran prezidenti Xudafərində görüşəcək
Bu gün, 14:22
Ermənistanın Azərbaycan və Türkiyə ilə zorən tərəfdaşlığı... - ŞƏRH
Bu gün, 13:15
Paşinyandan kilsənin şok ifşası: onlara meydan oxudu
Bu gün, 13:00
Bakı metrosunun iş rejimi dəyişdirilir - RƏSMİ
Bu gün, 12:44
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Bu gün, 12:28
Gərgin Putin-Paşinyan görüşü - "İ" nöqtəsi qoya biləcəklərmi?
Bu gün, 12:25
Azərbaycan və Bolqarıstan prezidentləri arasında geniş tərkibdə görüş başlayıb
Bu gün, 11:22
İlham Əliyevlə Rumen Radev arasında təkbətək görüş başlayıb
Bu gün, 11:18
Bakıda hoteldə zəhərlənən şəxslərin vəziyyəti açıqlanıb
Bu gün, 11:14
Simonyan şousu: "Kadırovu yoxladım, daş kimidir" - FOTO
Bu gün, 11:10
Kütləvi zəhərlənmədən sonra Zaqatalada dönərxanaların fəaliyyəti dayandırıldı
Bu gün, 11:02
Ərdoğan bu gün Əli Əsədovu qəbul edəcək
Bu gün, 10:00
İsrailli nazirdən HƏMAS-la bağlı sərt mesaj - Tam məhv edilənədək
Bu gün, 09:56
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün, 09:34
ABŞ noyabrda erməni faktorunu "dəfn" edəcək: İrəvanın sülh sazişi üçün vaxtı bitir, yalvarış dövrü uzaqda deyil
Bu gün, 09:29
Lukaşenko: Dünya heç vaxt nüvə müharibəsinə indiki qədər yaxınlaşmayıb
Bu gün, 09:26
UEFA Çempionlar Liqası: İlk finalçı bəlli olub - FOTO/VİDEO
Bu gün, 09:22
Çin lideri Makronu belə alçaldıb
Bu gün, 09:18
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkət nə vaxt bərpa olunacaq?
Bu gün, 09:14
Çindən Britaniyaya kəskin etiraz: Bu oyunu dayandırın!
Bu gün, 09:11
Bu tarix Ümumdünya Futbol Günü elan edildi
Bu gün, 09:05
Ukrayna Rusiyanın “TikTok”dakı üstünlüyündən narahatdır
Bu gün, 09:01
"Atəşkəs əldə olunmasa, faciə baş verəcək"
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh