"Nə qədər çox pambıq yığsanız məvacibiniz də o qədər çox olacaq" - Prezident
Siyaset
Oxunub: 658
26 mar 2018 | 10:00
"Nə qədər çox pambıq yığsanız məvacibiniz də o qədər çox olacaq" - Prezident














"İndi hər şey sizdən asılıdır. Nə qədər çox pambıq yığsanız məvacibiniz də o qədər çox olacaq. Mən istəyirəm ki, çox yığasınız, çox qazanasınız və ailə büdcənizə də yaxşı töhfə verəsiniz".

Report xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bərdə rayonunda pambıqçılarla görüşü zamanı deyib.

"Şadam ki, Bərdə rayonunda pambıqçılığın şöhrəti bərpa olunur. Vaxtilə böyük işlər görülmüşdü. Siz yaxşı bilirsiniz ki, 1970-1980-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə ölkəmizdə, o cümlədən Bərdə rayonunda pambıqçılıq geniş vüsət almışdı. Bərdə o vaxt pambıqçılıq sahəsində aparıcı rayonlardan biri idi. O vaxt əlbəttə ki, Azərbaycanda daha çox pambıq yığılırdı, 1981-ci ildə təxminən bir milyon tona çatmışdı. Təkcə Bərdə rayonu o vaxt 120 min ton pambıq təhvil verirdi. Ancaq əfsuslar olsun ki, son illər ərzində pambıqçılıq tənəzzülə uğramışdı. Ona görə, ciddi tədbirlər görüldü, dövlət bu işə lazımi dəstəyi göstərdi və qısa müddət ərzində pambıqçılıq sürətlə inkişaf etməyə başlamışdır, o cümlədən Bərdə rayonunda. Məndə olan məlumata görə, 2015-ci ildə Bərdədə cəmi 3 min ton pambıq yığılmışdır. Keçən il isə 22 min 400 ton. Görülən tədbirlər nəticəsində iki il ərzində pambığın tədarükü təxminən 7-8 dəfə artmışdır. Bax, bu texnika təzə texnikadır. Özü də bu traktorlar Azərbaycan istehsalıdır. Vaxtilə biz bu istehsalı "Belarus” şirkəti ilə birlikdə Gəncə şəhərində qurmuşuq. İndi də fermerlərin tələbatını yerli texnika ilə tam ödəyirik. Digər qoşqular, bunlar xaricdən gətirilib, gübrələr indi lazımi həcmdə verilir, suvarma işləri təşkil olunur. Yəni, pambıqçılığın inkişafı üçün bütün lazımi tədbirlər görülür. Yerli və mərkəzi icra orqanları, fermerlər, şirkətlər bu işlərdə çox fəal çalışırlar. Əlbəttə ki, vətəndaşlar üçün yeni iş yerləri yaradılır", - deyə ölkə başçısı bildirib.

Prezident Bərdədə pambıqçılığın çox böyük ənənələrinin olduğunu və burada yaşayan insanların bu işi yaxşı bildiklərini qeyd edib:

"İndi isə biz pambıqçılığı demək olar ki, bərpa etmişik. Əminəm ki, növbəti illərdə daha yüksək nəticə olacaq, məhsuldarlıq daha da artacaq. Buna imkan var. İndi fermer məlumat verdi ki, keçən il hektardan 27 sentner məhsul götürüb. Bu il isə öhdəlik götürüb ki, 35 sentner götürəcək. Məncə, tam realdır. Bu texnikanı, sizi, bu gübrələri, buraya gələn su xətlərini görəndə inam yaranır ki, məhsuldarlıq daha da yüksək ola bilər.

Beləliklə, həm iş yerləri yaradılır, həm ölkə iqtisadiyyatına, yerli istehsala təkan verilir. Çünki indi pambıqçılıq üçün lazım olan bir çox texnikanı, o cümlədən suvarma texnikasını biz özümüz istehsal edirik. Əgər bütün aqrotexniki tədbirlər düzgün təşkil olunarsa, hesab edirəm ki, ölkə üzrə hektardan məhsuldarlıq ən azı 20 sentner olmalıdır. Keçən il bir qədər aşağı idi. Biz bu məsələ ilə məşğuluq. Sabah keçiriləcək müşavirədə bu il görüləcək işlər haqqında danışacağıq. Ancaq məhsuldarlığın artırılması bizim üçün əsas hədəf olmalıdır".

"Mən göstəriş vermişdim ki, daha çox iş yeri yaratmaq üçün, ilk növbədə, gərək vətəndaşlar bu işlərə dəvət olunsunlar, yaxşı məvacib verilsin. Biz pambığın satınalma qiymətini artırmışıq, indi 60 qəpikdir. Biz 45 qəpikdən başlamışdıq, sonra 50 qəpik oldu, indi 60 qəpikdir. İndi hər şey sizdən asılıdır. Nə qədər çox pambıq yığsanız məvacibiniz də o qədər çox olacaq. Mən istəyirəm ki, çox yığasınız, çox qazanasınız və ailə büdcənizə də yaxşı töhfə verəsiniz. Xüsusilə nəzərə alsaq ki, pambıqçılıqda kişilərlə bərabər daha çox qadınlar işləyir. Belə olan halda, ailə büdcəsinə hər iki tərəfdən vəsait daxil olacaq", - deyə İlham Əliyev əlavə edib.
Bu gün, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
Bu gün, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
Bu gün, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
Bu gün, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
Bu gün, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
Bu gün, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
Bu gün, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
Bu gün, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
Bu gün, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
Bu gün, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
Bu gün, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
Bu gün, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
Bu gün, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
Bu gün, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib
Bu gün, 09:00
Qərb Qafqazda iki dövləti xaosa düçar edib: Dövlət çevrilişi təhlükəsi artır
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan