İlham Əliyev köçkün ailəsində - FOTOLAR

Prezidenti İlham Əliyev Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
AZXEBER.COM xəbər verir ki, dövlət başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Prezidentin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə edilmiş əlavələrə uyğun olaraq, Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi salınıb.
Prezident İlham Əliyev Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində olub, yaradılan şəraitlə maraqlanıb.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, 1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürüləcək.
Qeyd olunub ki, 50 hektarlıq torpaq sahəsində inşa edilən yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub. Musiqi məktəbində siniflərin hamısı musiqi alətləri ilə təchiz olunub. 280 yerlik uşaq bağçasında da balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. Müxtəlif qrupların fəaliyyət göstərəcəyi bağçada balacaların ilkin biliklərə yiyələnmələri üçün bütün tələblər nəzərə alınıb.
Yaşayış kompleksindəki məktəblə tanış olan dövlət başçısına məlumat verilib ki, bu təhsil ocağı 1200 şagird yerlikdir. Burada şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün bütün imkanlar var.
Prezident İlham Əliyevə məlumat verilib ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, yol, küçə və kanalizasiya şəbəkəsi yaradılıb. Ümumiyyətlə, indiyə qədər salınan yeni yaşayış kоmplеkslərində 152 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib, 730 kilometr yol, 965 kilometr su, 1625 kilometr hava elektrik və 465 kilometr qaz xətləri çəkilib.
Burada ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən "Marağa-150” abidəsi barədə də məlumatlar var. Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan bu abidə Tərtər rayonunun Şıxarx qəsəbəsindədir və 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda "Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi. Lakin mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavab olan bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq, o, yenidən bərpa olunub. Ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin "Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub.
Məktəbin kompyuter otağında dövlətimizin başçısına məlumat verilib ki, şagirdlər burada informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. Məktəbin idman zalı da zəruri avadanlıqla təchiz olunub və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var. Akt zalında müxtəlif tədbirlər keçirmək mümkün olacaq.
Prezident İlham Əliyev məktəbin yeməkxanasında, o cümlədən kitabxanada yaradılan şəraitlə tanış olduqdan sonra Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşüb.
Sonra Ağdərə rayonundan məcburi köçkün İlqar Qasımov çıxış edib.
Tərtər sakini Tofiq Hacıyev rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edib.
Sonda xatirə şəkli çəkdirilib.






Bu gün, 12:19
"AÇIQLANDI: Azərbaycan quru sərhədlərini bu səbəbdən bağlı saxlayır"
Bu gün, 11:23
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Bu gün, 11:18
ABŞ-İran danışıqları təxirə salındı
Bu gün, 11:13
Xankəndi şəhərinə daha 18 ailə yola salındı
Bu gün, 10:05
Tur paketləri adı altında dələduzluq: Şübhəli bilinən qadın ölkədən qaçdı
Bu gün, 09:54
"Memorandum İranın kapitulyasiyasıdır" - Tramp
Bu gün, 09:50
Azərbaycan və İtaliya arasında mədəni əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Bu gün, 09:40
Arvadını bacısı kimi təqdim edirmiş... – Bakıda film kimi dələduzluq
Bu gün, 09:31
Türkiyə kəşfiyyatı Almaniyanı lərzəyə saldı
Bu gün, 09:27
Hörmüz boğazı ilə bağlı xərclər İran tərəfindən ödəniləcək
Bu gün, 09:23
ABŞ rəsmisindən qalmaqallı açıqlama: İranda yüzlərlə insanın ölümündə İlon Maskın əli var
Bu gün, 09:17
Azərbaycanlı gənc faciəvi şəkildə öldü
Bu gün, 09:00
Qurban Qurbanovun qovduğu Elvin ən bahalı azərbaycanlı futbolçudur
Dünən, 16:00
Türkiyə Ermənistanla münasibətlərin tam normallaşması üçün ŞƏRTİNİ AÇIQLADI
Dünən, 15:30
ABŞ-ın İran əməliyyatına çəkdiyi xərc bu qədər oldu - Sayğac dayandı
Dünən, 14:30
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə "Dostluq" ordenini təqdim edib
Dünən, 13:17
Azərbaycan əhalisinin sayı artıb
Dünən, 12:13
Faciədən sonra atalara səsləndi: "Sizə pis ata desələr də, nəzarəti əldən verməyin"
Dünən, 12:04
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı
Dünən, 12:00
ABŞ-İran sazişi, Versal mesajı: 100 il sonra Yaxın Şərq yenidən şəkilləndirilməsi
Dünən, 11:37
AYNA-dan taksi operatorları ilə bağlı QƏRAR
Dünən, 11:33
Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında sənədlər İMZALANDI
Dünən, 11:18
Tramp və Pezeşkian 14 maddəlik sazişi BELƏ İMZALADI
Dünən, 10:53
Ölkədə doğulanların sayı azalıb, ölənlər isə artıb - RƏSMİ RƏQƏMLƏR
Dünən, 10:48
Prezidentdən ŞAD XƏBƏR - Tezliklə....
Dünən, 10:20
Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub
Dünən, 10:12
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub