Ziya Məmmədovun nazir qudasının karyerası bitir - qara siyahıda icra başçıları da var
Siyaset
Oxunub: 816
15 noy 2017 | 15:46
Ziya Məmmədovun nazir qudasının karyerası bitir - qara siyahıda icra başçıları da var














Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qudası, kənd təsərrüfatı naziri Heydər Əsədovun başı üzərində “qara buludlar əsir”.

İstiqlal.az-a daxil olan məlumatda iddia olunur ki, Heydər Əsədov artıq hakimiyyət komandasında oyundan kənar vəziyyətə salınıb. Məlumata görə, prezidentin rayonlarda aqrar sektora həsr olunmuş müşavirələrində Heydər Əsədovun görünməməsi də bununla bağlıdır. Məlumat üçün deyək ki, həmin müşavirələrdə aqrar sektordakı vəziyyətlə bağlı adətən iqtisadiyyat naziri Şahin Mustafayev məruzə edir. Lənkəranda keçirilən müşavirəni nümunə kimi göstərmək olar.

Bildirilir ki, Heydər Əsədovun kənd təsərrüfatı sahəsinə rəhbərliyi artıq formal xarakter daşıyır. Yaxın vaxtlarda onun vəzifəsinə əlvida deyəcəyi iddia olunur.

Heydər Əsədovun hədəfə gəlməsi müxtəlif səbəblərlə izah edilir. Bəzi mənbələr onun “qara siyahı”ya düşməsini Ziya Məmmədovun qudası olmaqla əlaqələndirirlər. Lakin onun vəzifəsinin öhdəsindən layiqincə gələ bilmədiyini də səbəb kimi göstərənlər var. İstənilən halda Heydər Əsədovun karyerası bitmək üzrədir.

Məlumat üçün deyək ki, Heydər Əsədov kənd təsərrüfatı naziri olmamışdan əvvəl Hesablama Palatasının sədri vəzifəsində çalışıb. Bundan əvvəl isə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının rəhbəri, maliyyə nazirinin müavini olub. Samir Şərifov maliyyə naziri təyin olunandan sonra bu vəzifədən uzaqlaşdırılıb. Mətbuatın yazdığına görə, elə bu səbəbdən Heydər Əsədov Samir Şərifovu devirərərk maliyyə naziri olmaq sevdasına düşüb. Zaman-zaman bu vəzifə uğrunda mübarizə aparıb. Maliyyə Nazirliyinə nəzarəti ələ keçirmək istəyən bəzi oliqarxlar da bu məsələdə Heydər Əsədova dəstək verib. Lakin Samir Şərifovu hələ ki, devirmək mümkün olmayıb.

Sonda yada salaq ki, Heydər Əsədov bir neçə ay əvvəl oğlu ilə gündəmə gəlmişdi. Mediada yayılan xəbərlərə görə, nazirin oğlu Asif Əsədzadə Londonda “Porche” markalı maşınla avtoşluq edib. Olayın görüntüləri də sosial şəbəkələrdə və internet mediada yayılmışdı.

İstiqlal.az-a daxil olan məlumatlara görə, H.Əsədovla yanaşı, Ziya Məmmədova yaxın icra başçıları da vəzifələri ilə vidalaşmalı olacaq.
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi