SONUNDA: İlham Əliyevlə Putin razılaşdı, Sarkisyan Moskvaya çağırılır... BU DA SON
Siyaset
Oxunub: 5 860
4 noy 2017 | 00:59
SONUNDA: İlham Əliyevlə Putin razılaşdı, Sarkisyan Moskvaya çağırılır... BU DA SON













İlham Əliyevlə Putin razılaşdı, Sarkisyan Moskvaya çağırılır... - YENİ QARABAĞ PLANI

Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə görüşündən sonra Dağlıq Qarabağda gərginlik artdı, daha sonra sakitlik atmosferi yarandı. Rusiyalı ekspert Mixael Belyayev hesab edir ki, Bakı və İrəvan öz mövqelərini gücləndirmək üçün diplomatik, siyasi-iqtisadi və hərbi resurslarını səfərbər edir.

Publika.az xəbər verir ki, Belyayev son günlər baş tutan bir sıra görüşlərə, diplomatik trafikə diqqət çəkib.

Oktyabrın 30-da Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla birlikdə Bakı-Tbilisi-Qars dəmiryolu xəttini açdı.

Ərdoğan noyabrın 2-də bildirdi ki, Rusiya prezidenti Vladimir Putinlə görüşəcək və Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirə aparacaq. Türkiyə lideri hesab edir ki, “Putin məsələyə həqiqətən fokuslanacaqsa, onda problem asan həll ediləcək”. Bu fikir Ermənistanda qorxuya səbəb oldu. İrəvanda hesab edirlər ki, Bakı-Ankara-Moskva üçbucağı münaqişənin həlli prosesini qaytarmağa çalışacaq.

BTQ-nin təntənəli açılışından iki gün sonra Rusiya, Azərbaycan və İran prezidentləri Tehranda üçtərəfli sammit keçirtdilər. Bu sammit iqtisadi əhəmiyyətə malikdir, lakin Tehranda Putinlə görüşdən sonra Prezident İlham Əliyevin Rusiya ilə ikitərəfli əməkdaşlıq haqda dedikləri və iki ölkə arasında heç bir problemin olmadığını dilə gətirməsi Dağlıq Qarabağ münaqişəsi fonunda da diqqət çəkir. Yəni bu sözlər təkcə Rusiya ilə əməkdaşlığı özündə ehtiva etmir, həm də Qarabağ probleminin həli haqqında razılaşmaların olmasına işarədir.

Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 15-16-da Moskvaya səfər edəcək. Maraqlıdır ki, həmin ərəfədə Moskvada Putin-Ərdoğan görüşü də keçiriləcək və Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq. Bu ehtimal etməyə əsas verir ki, Qarabağ məsələsində Türkiyə-Rusiya sazişi hazırlanır və Sarkisyan da bu sazişə əməl etməli olacaq.
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi