Artur Rasizadə məhkumlarla bağlı qərar verdi - Yeni qaydalar təsdiqləndi
Siyaset
Oxunub: 689
20 okt 2017 | 10:56
Artur Rasizadə məhkumlarla bağlı qərar verdi - Yeni qaydalar təsdiqləndi












Baş nazir Artur Rasizadə "İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nı təsddiq edib.

Həmin qaydalara görə, ictimai işlər növündə cəzaya məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növünün və icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi, həmin şəxslərin ictimai işlərə göndərilməsi, belə işlərin təşkili və nəzarət tədbirləri qüvvədə olan cinayət, cəzaların icrası, əmək qanunvericiliyi normalarına və bu Qaydaya əməl edilməklə həyata keçirilir.

Həmin qaydaların bəzilərini təqdim edirik:

2. İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri

2.1. İctimai işlər cəzasına məhkum olunmuş şəxslər aşağıdakı işlərə cəlb edilə bilərlər:
2.1.1. şəhər, rayon ərazisinin, küçə, park və meydanların, yolların, abadlaşdırılması və təmizlənməsi (o cümlədən, yaşıllaşdırılması, qar və yağış sularının fəsadlarının aradan qaldırılması);

2.1.2. məişət tullantılarının (əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyaların, maddələrin və materialların, tullantıların) yığılması (toplanılması), çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması;

2.1.3. yaşayış ərazilərinin, xəstəxanaların, məktəblərin, məktəbəqədər təhsil müəssisələrinin, yataqxana və pansionatların, sosial xidmət müəssisələrinin, habelə sosial sferanın digər obyektlərinin tikintisi və təmiri;

2.1.4. kənd təsərrüfatı müəssisələrinə kömək göstərilməsi;

2.1.5. təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması;

2.1.6. ictimai əhəmiyyətli digər işlər.

3. İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi qaydaları

3.1. İctimai işlər növündə cəzanın icrası bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə ictimai işlər cəzasına məhkum olunmuş şəxslərin yaşadığı ərazinin yerli icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə həyata keçirilir.
3.4. İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin həyata keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi zamanı yerli icra hakimiyyəti orqanları tərəfindən həmin şəxslərin peşə vərdişləri, təcrübəsi, yaşı, eləcə də iş rejimi və zəruri əmək şəraitinin həmin şəxslərin sağlamlıq vəziyyətinə uyğunluğu nəzərə alınmalıdır.

3.5. İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsi zamanı açıq hava altında və kollektiv formada təşkil olunan iş yerlərinə üstünlük verilməlidir.

4. İctimai işlər cəzasına məhkum olunmuş yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlərin və belə işlərin icra ediləcəyi yerlərin müəyyənləşdirilməsinin xüsusiyyətləri

4.1. İctimai işlər cəzasına məhkum olunmuş yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin keçiriləcəyi yerlər müəyyənləşdirilən zaman onların təhsilindən və ya əsas işindən sonra asudə vaxtlarında yerinə yetirə biləcəyi işlər əsas götürülməli, onların yaş dövrünə uyğun psixoloji cəhətləri nəzərə alınmalıdır.
4.2. Yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlər və belə işlərin həyata keçiriləcəyi yerlər müəyyənləşdirilərkən aşağıdakılar nəzərə alınır:

4.2.1. yetkinlik yaşına çatmayanların təhsili və ya əsas işi;

4.2.2. yetkinlik yaşına çatmayanların cinsi mənsubiyyəti;

4.2.3. yetkinlik yaşına çatmayanların yaş dövrünə uyğun fiziki sağlamlığı və psixoloji cəhətləri;

4.2.4. həyatı qavrama baxışları.

4.3. İctimai işlər cəzasına məhkum olunmuş yetkinlik yaşına çatmayan şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin həyata keçiriləcəyi yerlər müəyyən edilən zaman kənardan hamının sərbəst şəkildə görə bilmədiyi, həmçinin, belə işlərin icrasının digər şəxslər tərəfindən foto və video çəkilişlərinin aparılması mümkün olmadığı işlərə və iş yerlərinə üstünlük verilməlidir.
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi