"Leyla Yunus sığındığı Avropaya "ucuz" mal sata bilmir" — Hərbi ekspert

Düşmənə məlumat ötürən zabitin öldürülməsi ilə bağlı yeni fikirlər ortaya atılıb.
Leyla Yunus iddia edib ki, həmin zabitin günahsızlığı sübut olunub, ancaq onun günahsız olması ilə bağlı heç bir rəsmi açıqlama yayımlanmayıb.
Leyla Yunusun səsləndirdiyi iddialarla bağlı hərbi ekspert Abuzər Əbilov "Ölkə.Az"-a danışıb:
"Bir neçə gün bundan əvvəl, özünün ermənipərəst mövqeyi ilə seçilən Leyla Yunus sosial şəbəkədəki paylaşımında Azərbaycan ordusunda düşmənə məlumat ötürən zabit haqqında yazmışdı. Bəli, məlum işdir, hüquq müdafiəçisinin ən qatı cinayətkarın da hüququnu tanıyaraq, ona hüquqi yardım etməsi vacibdir. Bu anlayışda Leyla xanımı qınamaq fikrində deyiləm. Lakin qəribə paradoksdur ki, zaman-zaman hər bir problemə baş vuraraq "hüquq çölündə mina axtaran" bu xanım davamlı olaraq hələ də Ermənistanda saxlanılan əsirlərimizin, yurd-yuvasını itirmiş insanlarımızın yaşamaq hüququ və əmlak hüququ barədə səsini çıxartmır. Məncə sığındığı Avropaya bu kimi "ucuz" mal sata bilmir. Əvəzində ölkədə Somali vəhşilərinin hökm sürdüyünü, kimi istədilərsə öldürdüklərini, ən azından Azərbaycanda qanlı hərbi polis rejiminin hökm sürdüyünü iddia etməkdə "bahalı malı" tapdığını zənn edir. Buyurun, Leyla xanım, siz satqını da, ermənini də haqqı olan insan sayırsınız. Haqq anlayışında sizə çatmayan təkcə millətin işğaldan zəbanə çəkənləridir. Yəqin anlamınızda onlar insanlıq obyekti deyillər.
Bu Leyla xanımla qurtarmamış, yenidən Avropadan mesaj gəldi. Bir jurnalist, qurşağacan soyunub şəklini göndərib ki, məni hərbçilər döydü və necə oldusa bilmədim, şengen vizası ilə düşdüm Avropaya. Burda Siyavuş Aslan demiş məni gic gülmək tutdu. O yandan da adına "millətçi, hərəkatçı, daha nə bilim nəçi" adı qoymuş manıs dəstəsi sosial şəbəkələrdə başladılar orduya qara yaxmağa. Yeni "sifariş" gəlib. Kim uduzacaq, kim udacaq? Jurnalistdən soruşan yoxdur ki, sənin ön xətdə, icazəsiz, sənədsiz, müşayiətsiz, "press" köynəksiz nə işin vardı ki, tutub dərini soyalar? Yaxşı, bu olubsa, uzun müddət niyə həmkarlarından xahiş eləmirsən ki, bunu ictimailəşdirməsinlər. Yaxud niyə xəlvətcə MN-ə qəbula yazılıb, MN hüquq idarəsinin rəisi ilə görüşməmisən? Eşitmişəm ayının 1000 oyunu bir armudun üstündə olur. Amma Avropa üstündə birinci dəfədir eşidirəm.
İndi isə daha ciddi – Vətən və vətəndaşlıq hər bir insanın Şərəf məsələsidir. Çox insan onu qurşaqdan aşağı hesab edir. Leyla xanım və İlqar adlı jurnalist şəxsən mənim anlamımda belədir və heç bir başqa cür olduğu hipotezini də qəbul etmirəm. Savaş zamanı da əlini, ayağını güllələtdirib, indidə dövlətdən müavinət alanlar olub. Sizin onlardan nə fərqiniz? Mən qeyri-planetli deyiləm. Anlayıram ki yaşadığım ölkədə korrupsiya da var, qanunların icra olunmaması da, başqa cinayətlər də. Amma bunları öz məqsədləri üçün, öz qarınları ücün bayraq edənləri- ən mədəni dildə anlamıram".
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi