Mübariz Qurbanlıdan şeyxlə bağlı xəbərlərə - REAKSİYA

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı son günlər Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə haqqında mətbuatda yazılan informasiyalara münasibət bildirib.
Bununla bağlı Qafqazinfo-ya açıqlama verən komitə sədri qeyd edib ki, Şeyxülislam Allahşükür Paşazadə ilə bağlı bu cür yazıların yazılması ziyanlıdır: "Şeyxülislam Azərbaycanda və Qafqazda İslam dinini təmsil edən ən yüksək statuslu din xadimidir. Onun fəaliyyəti həm Ulu Öndər Heydər Əliyev, həm də prezident cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Şeyxülislam kimi dövlətimizin orden və medalları ilə təltif olunub. Eyni zamanda, vaxtilə Şeyxülislama qarşı mətbuatda gedən yazılara Ulu Öndər öz kəskin etirazını bildirib.
Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən prinsiplər Konstitusiyamızda təsbit olunub. Əsas qanunumuza görə, din dövlətdən ayrıdır. Bununla belə, dövlət və cənab prezident dini qurumlara qayğı ilə yanaşır. Dini qurumların, xüsusilə Qafqaz Müsəlmanları İdarəsinin hüquq və səlahiyyətləri qanunla müəyyənləşib”.
Onun sözlərinə görə, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Qafqaz Müsəlmanları İdarəsi ölkədə şəriət məsələlərinin tənzimlənməsi, İslam maarifləndirməsinin həyata keçirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir: "Həmçinin, Şeyxülislamın İslam dünyası ilə, eləcə də, dünyanın nüfuzlu dini mərkəzləri ilə əlaqələrin qurulmasında, beynəlxalq səviyyədə, xüsusilə MDB məkanında dinlərarası dialoq prosesinin həyata keçirilməsində, tolerant və multikultural dəyərlərin təbliğ edilməsində önəmli xidmətləri var. Buna görədir ki, o, xarici ölkələrin dövlət və hökumət başçıları tərəfindən də yüksək orden və medallara layiq görülüb.
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanla, xüsusilə Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərir. O, dəfələrlə Azərbaycan həqiqətlərini dünyanın nüfuzlu tribunalarından səsləndirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi qanunvericiliyə uyğun olaraq, dini icmaların fəaliyyətinin təşkilində, dini maarifləndirmə işinin həyata keçirilməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyət göstərir. Bunun bariz nümunəsi ötən il "Multikulturalizm ili” və bu il "İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirdiyimiz tədbirlərdir. Biz birlikdə cənab prezidentin tapşırığına uyğun olaraq, "İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Finlandiyada və İranda beynəlxalq konfranslar keçirmişik. Növbəti konfranslarımız ilin sonunadək Türkiyə, Özbəkistan, İspaniya və Rusiyada keçiriləcək. Bununla yanaşı, Naxçıvanda və Bakıda ilin yekunlarına həsr olunmuş beynəlxalq konfrans təşkil olunacaq və Qafqaz Müsəlmanları İdarəsi ilə birgə fəaliyyətimiz bundan sonra da davam edəcək.
Bir daha vurğulamaq istəyirəm ki, Şeyxülislama qarşı bu cür qərəzli yazılar qəbuledilməzdir”.
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi