Prezident Milli Məclisin dəyişikliyinə etiraz etdi - Qanun layihəsini geri qaytardı
Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin bu il iyunun 13-də qəbul etdiyi "Dövlət qulluğu haqqında” qanuna etdiyi dəyişikliyə etiraz edib.
Etiraz barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən - sentyabrın 20-də keçirilmiş iclasında məlumat verilib.
Etiraza səbəb "Dövlət qulluğu haqqında” qanunun 8.1.2-ci maddəsinə (Dövlət orqanlarının təsnifatı) Məhkəmə-Hüquq Şurası Aparatının daxil edilməsi olub.
Bu siyahıya əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları – Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları) daxildir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 20-də iclasında komitə üzvləri Milli Məclis tərəfindən bu il iyunun 13-də qəbul edilmiş "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanuna Azərbaycan Prezidentinin etirazı haqqında məsələyə münasibət bildiriblər. Qeyd olunub ki, bu qanunun qəbulu zamanı komitə üzvləri diqqətsizliyə yol veriblər. Müzakirələrdən sonra komitə həmin qanunun məqsədəuyğun olmaması barədə Prezidentin təklifini qəbul edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov "Report”a açıqlamasında deyib ki, Məhkəmə-Hüquq Şurasının Aparatı məhkəmə hakimiyyətini həyata keçirən ali dərəcəli orqan deyil, ona görə də dövlət başçısının etirazı doğrudur: "Məhkəmə-Hüquq Şurasının Aparatı ali kateqoriyalı dövlət qulluqçuları sırasına daxil edilmişdi. Amma Konstitusiyaya və "Məhkəmə-Hüquq Şurası haqqında” qanununa görə Məhkəmə Hüquq Şurası hakimlərin özünüidarə orqanıdır. Həmin orqan məhkəmə hakimiyyətini həyata keçirən ali dərəcəli orqan deyil. Biz bunu ali kateqariyalı dövlət qulluqçuları sırasına daxil etməklə, səvhə yol vermişdik. Prezident İlham Əliyev də həmin qanunu imzaladı və geri qaytardı. Bu da tam doğru addımdır”.
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi