Əli və Əsgərxan Həsənovları eyni tale gözləyir: Adam öldürən övlad və nəvələrinə görə işdən çıxarılacaqlar
Siyaset
Oxunub: 900
28 avq 2017 | 15:01
Əli və Əsgərxan Həsənovları eyni tale gözləyir: Adam öldürən övlad və nəvələrinə görə işdən çıxarılacaqlar













Xəbər verdiyimiz kimi, Ağdaş rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əsgərxan Həsənovun oğlu ağır qəza törədib. Ə.Həsənovun oğlu İlqar Həsənovun idarə etdiyi maşın 5 nömrəli məktəbin həyətinə girib.

Məmurun oğlu İlqar Həsənov 90 ZM 111 dövlət nömrə nişanlı "İnfiniti” markalı maşını yüksək sürətdə idarə edərkən qəza törədib. Maşın əvvəlcə mağazaya çırpılıb, daha sonra işıq dirəyini yerindən qoparaq rayondakı 5 nömrəli məktəbin həyətinə girib.

İ. Həsənov ağır zərbədən heç bir xəsarət almayıb. Onun içkili vəziyyətdə olduğu bildirilir. Məmur oğlu hazırda heç bir yerdə işləmir. Əvvəllər polis sistemində çalışıb.

Maraqlıdır ki, məmur oğlu ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama yoxdur.

Belə bir hadisəylə "Qaçqınkom"un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev də üz-üzə qalıb.
Avqustun əvvəlində Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzasına da məmur ailəsindən olan şəxsin – baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənovun qız nəvəsi Nail Allaheverdiyevin avtomobili yüksək sürətlə idarə etməsi səbəb olub. Ə.Həsənov yerli mediaya müsahibəsində sadəcə onu deyib ki, hüquqi dövlətdə heç kim qohumuna görə məsuliyyət daşıya bilməz.

AZXEBER.COM bu yerdə xatırladır ki, övladı sürücünü döyən, yerli camaatın ünvanına ədəbsiz söz işlədən, avtoşluq edən və qəza törədən bir neçə məmur vəzifəsini itirib. İyul ayında prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucov müsahibəsində açıq-aşkar etiraf edib ki, İ.Əliyev onu məhz oğluna görə cəzalandırıb: «Qoy bu hadisədən bütün generallarımız, zabitlərimiz, yüksəkrütbəli məmurlarımız ibrət dərsi alsınlar. Məmurlar uşaqlarını boş buraxmasınlar. Bu hadisə onlara dərs olsun. Cənab prezident bir dəfə mənə xəbərdarlıq etmişdi, bu dəfə də cəzalandırdı».

Cəmiyyəti isə ən çox maraqlandıran sual budur: Görəsən, harınlamış övladlarına görə Əsgərxan Həsənov və Əli Həsənov işdən çıxarılacaqmı?

Belə olan halda Prezident İlham Əliyevin məmurlara etdiyi xəbərdarlığı xatırlatmaq yerinə düşər:

"Mən həmişə demişəm hər bir dövlət məmuru, o cümlədən prezident xalqın xidmətçisidir. Xalq bizə etibar eləyib, biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq. Dövlət məmurları özlərini təvazökar aparmalıdır, özləri və onların ailə üzvləri xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa statusu var. Onların statusu insanlara xidmət etməkdir. İnsanları incitməməlidirlər, əksinə qayğı, diqqət göstərməlidirlər".
Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə?! Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə, mən də çıxaracağam lazım bildikdə. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq. Bunu hamı bilsin! Şəhər küçələrini yarış meydanına çevirənlər də bilsinlər! Hamısı həbs ediləcək! Vəssalam! Daxili işlər naziri gündə mənə məlumat verəcək. Avtoxuliqan, özünü apara bilməyən, ictimai asayişi pozan, qanunlara əməl etməyən, adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaq. Onu hamı bilsin!».

Bu yerdə xatırladaq ki, 2015-ci ildə Zərdab rayon icra hakimiyyətinin başçısının birinci müavini Allahverdi Səfərov da eyni səbəbdən öz vəzifəsini itirib. Onun oğlu Ceyhun Səfərov 2015-ci il martın 22-də saat 16 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən, polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmayıb.

Məlumatlı mənbənin sözlərinə görə, yaxın günlərdə Əsgərxan Həsənov və Əli Həsənov işdən çıxarılacaq və bu bütün məmurlara görk olacaq.

Bizə isə gözləmək qalır...
Dünən, 16:00
Normal yaşamaq neçə manatdır? — Açıqlama
Dünən, 15:30
Camaat KƏNDdən NİYƏ qaçır ?
Dünən, 15:18
Arif Hacılının oğlu və gəlini HƏBS OLUNDU
Dünən, 14:22
“Artsax” deyən kimi qiyamət qopdu
Dünən, 14:00
Azərbaycanın yeraltı sərvətləri üçün yeni dövr: Prezidentdən böyük sənaye planı-minlərlə iş yer
Dünən, 13:18
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi
Dünən, 13:11
İrandan Azərbaycana 111 kq narkotik keçirilmək istədilər
Dünən, 12:44
Leysan, şimşək, dolu - SABAHIN HAVASI
Dünən, 11:53
22 motosikletçi saxlanıldı
Dünən, 11:48
Çingiz Mustafayevin çəkdiyi kadrlardakı Ləfxanım Xocalıya qayıtdı
Dünən, 11:16
Əli Nağıyev təhlükəsizlik mexanizmlərindən DANIŞDI
Dünən, 10:25
Azərbaycanda hərbçilərin MAAŞI ARTIRILIR
Dünən, 10:21
Azərbaycanda bu şəxslər pullarını dərhal ala biləcəklər - YENİ LAYİHƏ
Dünən, 10:18
Bakı metrosunun iş vaxtı uzadılır
Dünən, 09:50
"Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır
Dünən, 09:47
Azərbaycanla bu ölkə arasında viza tələbi aradan qaldırılır
Dünən, 09:42
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Dünən, 09:37
Bu gün Azərbaycan Qran-Prisi start götürür
Dünən, 09:30
Türk ordusu ərazidən çıxır, Bağdad PKK-nı Sincardan təmizləyir – Tarixi razılaşma
Dünən, 09:17
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək...
Dünən, 09:00
Buğda bahalaşdı — Azərbaycanda un və çörək qiymətləri arta bilər?
23-09-2026, 22:28
“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
23-09-2026, 16:00
Paşinyanın qarşısında üç böyük məsələ: Bakı, Ankara və Moskva- İrəvan hansı yolu seçir?
23-09-2026, 15:30
Pulu inflyasiyadan qorumağın ən təsirli yolu hansıdır? — Ekspert açıqladı
23-09-2026, 14:22
Ukrayna Moskvaya çata bilən raket hazırlayır – İlk zərbə bu payız ola bilər
23-09-2026, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
23-09-2026, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi