Deputat: Ehtiyatlı dolanmalıyıq
Siyaset
Oxunub: 2 080
24 noy 2014 | 15:22
Deputat: Ehtiyatlı dolanmalıyıq


















“Gəlirlərimiz 2 milyard dollara qədər azalacaq”.

Keçən il biz neftin qiymətini dövlət büdcəsində 100 dollar müəyyən etmişdik. Amma ilin axırında neftin orta illik ixrac qiyməti 100 dolları ötdü. Baxmayaraq ki, həmin dövrdə də artıq bu proseslər başlayırdı. Milli Məclisdə müzakirələr zamanı deyirdilər ki, 100 dollar çox risklidir, aşağı düşə bilər və s.

Bunu ANS-in “Hesabat” verilişinə müsahibəsində Milli Məclisin deputatı, iqtisadi siyasət komitəsinin sədri akademik Ziyad Səmədzadə bildirib.

Deputatın sözlərinə görə, bu gün xeyli vaxtdır ki, dünya bazarında neftin qiyməti aşağı düşür.

“Artıq 90 dollardan aşağı düşüb. Amma burda da hökumət çox ehtiyatla yanaşır. Mən sizə deyim ki, hökumət, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Neft Fondu və Vergilər Nazirliyi çoxsaylı hesablamalar aparıblar. Müxtəlif variantlar işləyiblər. O variantların hesablamaları məndə var. Biz nefti 90 dollardan götürdük ki, eyni zamanda da bir çox proqnozlar göstərir ki, müəyyən müddətdən sonra, xüsusilə də qış aylarında neftin dünya bazarında qiyməti qalxacaq. Neft hasil edən ölkələr aralarında razılaşmalar aparacaqlar, müəyyən razılığa gələcəklər ki, neft hasilatını azaltsın və yaxud da artırsın. Ona görə də 90 dollardan götürməklə bizim hələlik Azərbaycan iqtisadiyyatı üçün qorxu yoxdur”.

Deputat məsələ ilə bağlı apardığı hesablamalardan da danışıb:

“Mən hesablamalar apardım və bu hesablamaları Maliyyə Nazirliyi və Neft Fondu da aparıb. Məsələn, biz neftin 90 dollar olduğu şəraitdə bizim gəlirlərimiz əvvəlki illərə nisbətən 2 milyard dollara qədər azalacaq. Hesablamalar var ki, neftin qiyməti 60, 70, 80 və ya 100 dollar olanda bizə təzyiq necə olacaq. Aparılan hesablamalar göstərir ki, ən aşağı hədd, yəni neftin qiyməti 60 dollardan aşağı düşə bilməz. Bəziləri artıq deyir ki, 80 dollardan sonra bizim üçün rentabellik yoxdur. Biz bunu istehsal etməyəcəyik. İstehsal da aşağı düşəndə təbii ki, tələblə təklif arasında uyğunsuzluq artacaq. Bizim bu gün üçün və yaxın illərimiz üçün fəlakətli günlərimiz yoxdur”.

Deputat həmçinin dövlət büdcəsinin 2012-ci ildəki 25 milyard manatdan 2015-ci ildə 20 milyard manatadək azalması barədə sualı da şərh edib:

“Bu, çox maraqlı sualdır. Bütün dünyada daima neft, daş kömür, qızıl hasil edən ölkələr yoxdur. Tədricən o azalmaya meyl edir. Azərbaycanda da siz dediyiniz kimi təxminən 5 milyard manata qədər neftin payına düşən ümumdaxili məhsul 3 ildə azalıb. Amma bizim ümumdaxili məhsulumuz artmağa meyl edir. Nəyin hesabına? Qeyri-neft sektorunun hesabına. Neftin qiymətinin belə oynaması, eyni zamanda Azərbaycan hökumətini, Azərbaycanın iqtisadi strukturlarını, Azərbaycan sahibkarlığını bir növ səfərbər edir.

Biz ehtiyatlı dolanmalıyıq, neft gəlirlərinin xərclərinə ciddi nəzarət etməliyik və onların istifadəsində artıq xərcləri, artıq investisiyaları kənara qoymalıyıq. Bu da bu gün Azərbaycan dövlətinin başçısı prezident İlham Əliyevin müəyyən etdiyi strategiyadır. O, çıxışlarının birində deyib ki, hesab edin ki, Azərbaycanda neft yoxdur, burda hər şey qaydasındadır. Siz Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsini ön plana çəkməlisiniz”.
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı