Səxavət Əlisoy: "Özümü Müsavatın üzvü sayıram"
Siyaset
Oxunub: 1 381
21 noy 2014 | 14:51
Səxavət Əlisoy: "Özümü Müsavatın üzvü sayıram""Mən özümü Müsavat Partiyasının üzvü sayıram. Saxtakar saydığım qurum tərəfindən partiyadan çıxarılmağım barədə verilən qərarın heç bir anlamı yoxdur. İşçi qrupun üzvü kimi də fəaliyyətimi davam etdirirəm".

Bunu APA-ya açıqlamasında Müsavat başqanlığına sabiq namizəd, Divan tərəfindən partiyadan xaric edilmiş Səxavət Əlisoy deyib. Ədalətin bərqərar olacağını vurğulayan S. Əlisoy bildirib ki, başqalarının necə düşünməsindən asılı olmayaraq, müsavatçı olaraq qalır. O, qurultayın nəticələrindən narazı qalan müsavatçıların yaratdıqları, partiyada fraksiya və növbədənkənar qurultayın keçirilməsi imkanlarını araşdıran işçi qrupun noyabrın 22-də keçiriləcək iclasında müzakirələrin yekunlaşacağını və gələn həftə hansı addımların atılacağının açıqlanacağını söyləyib: "İşçi qrupun üzvü olan Tural Abbaslı partiya daxilində fraksiya yaradılmasının tərəfdarıdır. Ancaq əks tərəf, qaragüruh haray-həşir qaldırır, bunun mümkün olmadığını bəyan edir. Qubad İbadoğlu bu gün xaricdən qayıdacaq, biz sabah yekun müzakirə aparacağıq".
İşçi qrupun üzvü, Müsavat Partiyası başqanlığına sabiq namizəd Tural Abbaslı isə noyabrın 22-də partiyanın qərargahında qapalı toplantı keçirəcək işçi qrupun artıq tərkibinin də genişləndiyini, qrupun 20-dən çox üzvü olduğunu açıqlayıb. O, Səxavət Əlisoyu da işçi qrupun üzvü hesab etdiyini bildirib: "Səxavət Əlisoy partiyadan çıxarılıb. Ancaq mən bu qərarı ədalətsiz hesab edirəm və onu da işçi qrupun üzvü sayıram. Səxavət Əlisoy əgər istəyəcəksə, sabah qrupun iclasında iştirak edəcək. Kamil Xəlilbəyli və Mərkəzi-Nəzarət Təftiş Komissiyasının qərarı ilə haqsız yerə partiyadan çıxarılan üzvlər də qrupun iclaslarında iştirak edə bilərlər. Çünki biz hesab edirik ki, hər şey Nizamnamə çərçivəsində olmalıdır. İşçi qrupun yaradılmasının məqsədi də partiyadaxili münasibətlərin Nizamnamə çərçivəsində tənzimlənməsi, partiya daxilində fəaliyyət göstərmək üçün demokratik mühitin yaradılmasıdır. Mən və tərəfdarlarım əsasən fraksiya məsələsinə görə işçi qrupda fəaliyyət göstərmək istəyirik. Növbədənkənar qurultayın keçirilməsi də gündəlikdə var. Yəqin ki, yaranacaq fraksiya adından növbədənkənar qurultayın keçirilməsi tələb olunacaq. Nizamnamədə növbədənkənar qurultayın çağırılması ilə bağlı tələblər əksini tapıb. Ola bilsin ki, Nizamnamənin o tələblərinə uyğun qaydada hansısa addımlar atıldı. Hazırda işlər fraksiyanın formalaşdırılması, idarə olunması zəminində gedir".
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı