XİN-dən kəskin bəyanat
Siyaset
Oxunub: 1 355
20 noy 2014 | 19:59
XİN-dən kəskin bəyanatErmənistan təxribatçı hərbi təlimlərin keçirilməsinə başlayıb

Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində öz hərbi mövcudluğunu və imkanlarını gücləndirməkdə davam edir.
ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.
Qeyd olunur ki, Ermənistanın rəsmi kütləvi informasiya vasitələrinin məlumatına görə, 6 noyabr 2014-cü il tarixində Ermənistan silahlı qüvvələrinin 47 min nəfərə qədər şəxsi heyət və 3000-dən artıq döyüş texnikasının iştirakı ilə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində genişmiqyaslı təxribatçı hərbi təlimlərin keçirilməsinə başlayıb.
Ermənistan Respublikasının hərbi hava qüvvələri də Azərbaycan silahlı qüvvələrinin müdafiə mövqeləri üzərində təxribatçı və təhdidedici döyüş uçuşları həyata keçirmişlər.

12 noyabr tarixində Ermənistan Respublikasının hərbi hava qüvvələrinin iki ədəd "Mi-24" tipli hücum helikopteri Azərbaycan Respublikasının işğal edilmiş Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Azərbaycan Respublikası silahlı qüvvələrinin mövqelərinin yaxın ətrafına yan almış və hücum manevrləri həyata keçirmişdir. Helikopterlərdən biri elə bu işğal olunmuş ərazidə vurulmuşdur.

Vurulmuş helikopter Ermənistan Respublikasının Yerevan şəhəri yaxınlığındakı "Erebuni" hərbi aerodromunun 15-ci hərbi bazasına məxsus olmuş və onun şəxsi heyəti Ermənistan silahlı qüvvələrinin hərbi xidmətçiləri olmuşlar. Bütün bunlar Ermənistanın Azərbaycana Respublikasına qarşı təcavüzünün, Azərbaycan Respublikasının ərazilərinin işğalında birbaşa iştirakının və ona qarşı gücdən istifadənin davamının daha bir təzahürüdür.

BMT Təhlükəsizlik Şurası 853 saylı 1993-cü il tarixli qətnaməsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edərək, xüsusən də "Ağdam rayonu və Azərbaycan Respublikasının bütün digər işğal edilmiş ərazilərinin işğalını pisləyir" və "Ağdam rayonu və Azərbaycan Respublikasının bütün digər işğal edilmiş ərazilərinin zəbtinə cəlb olunmuş işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

BMT TŞ-nin qətnamələrinin tələblərini icra etməyən Ermənistan yalnız Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxarmaqdan imtina etməyərək, beynəlxalq hüquq, BMT TŞ-nin qətnamələri və atəşkəs rejimini nümayişkarcasına pozaraq, bu ərazilərdə öz hərbi mövcudluğunu və imkanlarını gücləndirməkdə davam edir və genişmiqyaslı hərbi təlimlər keçirir.
Ağır texnikadan istifadə, Azərbaycan Respublikasının işğal olunmuş əraziləri üzərində davamlı uçuşlar və Azərbaycan Respublikasının mövqelərinə hücumlar Ermənistan prezidentinin rəsmi internet saytında, eləcə də Ermənistan kütləvi informasiya vasitələri tərəfindən yayılmış məlumat, foto və video materiallarda öz əksini tapmışdır.

Nəzərə alınmalıdır ki, bu təxribatçı hərbi təlimlər Ermənistan və Azərbaycan Prezidentlərinin ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfindən Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 10 avqust 2014-cü ildə Soçidə, ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə 4 sentyabr tarixində Uelsdə və Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə 27 oktyabr tarixində Parisdə keçirilmiş görüşlərindən dərhal sonra təşkil edilmişdir. Hər üç görüşdə özünü biruzə verən müsbət meyllər davam edən sülh danışıqlarında irəliləyişə nail oluna biləcəyinə dəlalət edirdi. Azərbaycan ərazilərində Ermənistan tərəfindən hərbi təlimlərin keçirilməsi bu danışıqların ruhuna və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səylərinə qəti şəkildə uyğun olmayaraq, eləcə də Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması üçün danışıqlar yolu ilə həllin tapılması məqsədilə etimad quruculuğuna xələl gətirir.
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Dünən, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Dünən, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Dünən, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Dünən, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Dünən, 09:57
Hərbçimiz vəfat etdi
Dünən, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Dünən, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Dünən, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Dünən, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Dünən, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Dünən, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Dünən, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Dünən, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
15-05-2024, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
15-05-2024, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı