Müsavatda repressiyalar başladı
Daha bir nəfər partiyadan qovuldu, Səxavət Əlisoy və Əlövsət Talışxanlını da təhlükə gözləyirMüsavat daxilindəki nə narazılıqlar, nə də repressiyalar səngimir. Belə ki, daha bir üzvün-Kamil Xəlilbəylinin partiyadan uzaqlaşdırılması onsuz da narazı olan şəxsləri daha da qıcıqlandırıb.
Bu haqda fikirlərini bölüşən Ellada Məmmədli deyib ki, K.Xəlilbəyli partiyadan qovulan sonuncu şəxs olmayacaq və planın davamı var: "Narazılar partiyadan təmizlənməkdə davam edəcək. Xəbərdarlıq da bunu deməyə əsas verir. Bəyan edirlər ki, qovulanların siyahısı geniş olacaq". Onun sözlərinə görə, narazılar daha əvvəl qovulan Məhəbbət Muradın partiyaya bərpa olunması üçün imza toplayırlar: "Artıq iki yüzdən çox imza toplamışıq. İmzaların sayı göstərir ki, biz - Qubad İbadoğlu tərəfdarlarının sayı az deyil. İmzatoplama davam edəcək və partiya rəhbərliyinə təqdim edərək bildirəcəyik ki, Məhəbbət Muradı qanunsuz olaraq partiyadan çıxarıblar. İndiyədək partiya rəhbərliyinin narazıları bir masa ətrafına toplayıb iradlarını dinlədiyini görmədik. Əksinə, hədə-qorxu gəlirlər. Artıq ikinci bəyanatlarını veriblər. Nə demək istəyirlər? Partiyadan gedək?".
Başqanlığa keçmiş namizəd Qubad İbadoğlu isə deyib ki, bu, açıq-aşkar siyasi qərardır: "Partiyada rayon təşkilatları səviyyəsində verilən bəyanatdan sonra bu, gözlənilən idi. Çünki artıq partiyanın tanınmış üzvlərinin cəzalandırılması üçün bir siyahı hazırlanıb. Səxavət Əlisoy və Əlövsət Talışxanlı da Divanın növbəti toplantısına dəvət alıblar. Bu məsələlər orada da müzakirə olunacaq. Siyahıda kimlərin adının olması haqda konkret məlumat vermək niyyətim yoxdur. Sadəcə repressiyalar başlayıb, bu da həmin repressiyaların tərkib hissəsidir. Mən bunu qəti şəkildə pisləyirəm. Bəyanat kampaniyasına son verilməlidir. MNTK müstəqil deyil və sifariş yerinə yetirməklə məşğuldur".
K.Xəlilbəylinin partiyadan çıxarılmasına Məclis üzvü Hikmət Hacızadə də etiraz edib və partiyadakı fəaliyyətini dondurub.
Başqanlığına digər sabiq namizəd Tural Abbaslı bildirib ki, rəhbərlik tərəfindən verilən xəbərdarlıqlar əsassızdır: "Qurultaydan sonra yaranmış partiyadaxili gərginliyi ultimativ bəyanatlarla, partiyadan çıxarmalarla, təhdidlərlə, hədə-qorxularla, xəbərdarlıqlarla həll etmək qətiyyən mümkün olmayacaq. Hazırda narazıların sayı partiyanın 50 faizə qədərini təşkil edir. Qurultayda Arif Hacılıya səs verməyən 220 nəfəri və onların ətrafındakı bütün insanları partiyadan çıxaracaqlar?".
T.Abbaslının fikrincə, MNTK-nın K.Xəlilbəylini uzaqlaşdırmaq planı uğursuz addımdır: Hikmət Hacızadənin partiyada fəaliyyətini dondurmasını dəstəkləmirəm. Çünki fəaliyyəti dondurmaq, yaxud istefa vermək çıxış yolu deyil. Divanın xəbərdarlıq yayması, bəyanatlarda kimlərinsə bölücülükdə, dağıdıcılıqda ittiham edilməsi isə qəbuledilməzdir. Partiyada yaranmış gərginliyin həlli yolu Arif Hacılıdan asılıdır. O, istəsə, bu məsələlər daha loyal, daha yüngül formada həllini tapa bilər. Ən azından, İsa Qəmbərin iştirakı ilə partiya başqanlığına keçmiş namizədlərin qapalı görüşünü təşkil edib, problemləri orada həll etmək olar. Kimisə qovmaq, təhdid etmək partiyaya uğur gətirməyəcək.
O qeyd edib ki, partiyada fraksiya yaradılması üçün formalaşdırılmış işçi qrupu fəaliyyətini dayandırmayacaq: Bu, Nizamnaməyə zidd deyil. Bir dəyirmi masa çağırsınlar, diskussiya təşkil etsinlər ki, bu addımlar nizamnaməyə ziddir, yoxsa yox. Kimsə atdığımız addımları Nizamnaməyə və partiyanın siyasi kursuna zidd hesab edirsə, bu, onun subyektiv və qərəzli fikridir. Belə halları partiyadaxili təkhakimiyyətliliyin verdiyi üstünlükdən sui-istifadə kimi qiymətləndirirəm.
Qeyd edək ki, Müsavatın son qurultayının nəticələrindən və partiya daxilində cərəyan edən proseslərdən narazı qalan bir qrup müsavatçı gözlənilən bəyanatı yayıb. Bəyanatda bildirilir ki, son zamanlar Müsavat Partiyasında hazırkı rəhbərlik tərəfindən bir qrup üzvlərin iradəsinə təzyiq yolu ilə partiya daxilindəki idarəçilikdən narazı olan, onun gələcəyi ilə bağlı narahatçılıq keçirərək konkret mövqelərini bölüşən üzvlərə qarşı cəza vermək çağırışlarını əks etdirən bəyanatların qəbulu, tənqidi mövqedə olan üzvlərin bəzilərinin partiya sıralarından çıxarılması, digərlərinin isə cəzalandırmaq məqsədilə mərkəzi orqanlara dəvət edilməsi kimi insan haqlarına, siyasi plüralizmə, fikir, ifadə və söz azadlığına qarşı olan siyasi xəttin önə çəkilməsi partiya üzvləri arasında ciddi narahatçılıq doğurmaqdadır. Belə ki, Müsavat Partiyası Qubadlı rayon təşkilatının qərarı ilə partiya üzvü Məhəbbət Muradovun və partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) qərarı ilə partiyanın Qaradağ rayon təşkilatının üzvü Kamil Xəlilbəylinin şəxsi yazışmaları və mövqeləri əsas götürülərək partiya sıralarından kobud nizamnamə pozuntuları səbəıbilə çıxarılması üzvlər arasında mərkəzi orqanların və hazırkı rəhbərliyin fəaliyyətinə etimadsızlığın artmasına, eləcə də qeyri-qanuni, qeyri-demokratik qərarlarla partiyada repressiyaların başlanması ilə bağlı məlumatların yayılmasına səbəb olub. Ona görə də tələb olunur ki, partiya daxili demokratiyanın inkişafı üçün yaradılan baryerlər aradan qaldırılsın, siyasi plüralizm, fikir müxtəlifliyi, söz və ifadə azadlığına əməl olunsun, fərdi azadlıqlara hörmət olunaraq şəxsi mövqelərə görə partiya üzvlərinin cəzalandırılması çağırışlarına son qoyulsun. Partiya üzvlüyündən mövqelərinə görə çıxarılmış şəxslərin hüquqları bərpa olunsun. Partiyada ikitirəliyə, bölüşdürücülüyə şərait yaradan, dialoq, polemika imkanlarını məhdudlaşdıran, birlik və həmrəyliyə əks mövqe ifadə edən bəyanatların qəbuluna son qoyulsun.
Qeyd edək ki, bəyanatı Qubad İbadoğlu, Vurğun Əyyub, Hikmət Hacızadə, Mehman Cavadoğlu, İbrahim İbrahimli, Məryəm Oruclu, Ellada Məmmədli, Tural Abbaslı və digərləri imzalayıb.
Kaspi.az
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı