Azərbaycanda görünməmiş yenilik: Rayonlar birləşdirilir, bəzi icra hakimiyyətləri ləğv edilir
Siyaset
Oxunub: 969
26 okt 2016 | 17:02
Azərbaycanda görünməmiş yenilik: Rayonlar birləşdirilir, bəzi icra hakimiyyətləri ləğv edilir














Azərbaycanda xarici investisiyaların cəlb olunması üçün regionlarda idarəetmədə sahəsində ciddi islahatların aparılacağı ilə bağlı xəbərlər yayılıb. Rayonları özündə birləşdirən vilayətlərin yaradılacağı deyilir. İslahatlara səbəb kimi də ölkə prezidentinin icra başçılarına investorları cəlb etməklə bağlı tapşırığının icrasında hələ ki irəliləyiş olmamasıdır.

İcra strukturları oliqarxiyanın nəzarətindən çıxarılmalı, birbaşa siyasi hakimiyyətin idarəçiliyinə verilməlidir. Bunun üçünsə indiki ərazi vahidlərinin dəyişdirilməsi, vilayətlərin yaradılması nəzərdə tutulur.
Bildirilir ki, ölkədə 13 vilayətin yaradılması nəzərdə tutulur. Mərkəzi Sumqayıt, Quba, Şamaxı, Şirvan, Lənkəran, Beyləqan, Bərdə, Göyçay, Qəbələ, Yevlax, Gəncə, Şəki, Şəmkir olmaqla, 13 vilayət yaradılacaq. Beləliklə, ölkədə Bakı və Naxçıvan MR də daxil olmaqla, 15 regional ərazi vahidi olacaq.
"Vilayətlərin yaradılmasında bir məqsəd də mərkəzi hakimiyyətin yükünü azaltmaq və regional idarəedicilərin funksiyalarını artırmaq, dövlət xərclərini optimallaşdırmaqdır. Hesablamalara görə, bir rayon icra hakimiyyətinin saxlanılma xərcləri normalda bir vilayət rəhbərliyinin saxlanılması üçün tam yetərlidir. İkincisi, nazirliklərin yerli şöbələrinin də birləşdirilməsi nəzərdə tutulur ki, bu da büdcə xərclərinə əhəmiyyətli dərəcədə qənaət imkanları yaradır. Nəhayət, vilayətlərin idarəetmə xərcləri mərkəzi büdcə hesabına deyil, yerli resurslar hesabına qarşılanacaq", - deyə mənbə bildirib.
Ekspertlər gözlənilən dəyişikliklərin həm müsbət, həm də mənfi nəticələrinin ola biləcəyini vurğulayırlar. Bu yolla büdcə xərclərinin azalacağı bildirilir. Amma eyni zamanda işsizlik probleminin daha da artacağı qeyd olunur.
Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov çoxdan belə müzakirələrin getdiyini söylədi: "Hakimiyyət dairələrində də bu cür söhbətlər gedir. Azərbaycanda bu idarəetmə sahəsində çox ciddi qüsurlar var. Kiçik əhalisi olan yerlər var ki, rayon statusu qazanıblar. Məsələn, 10-15 min əhali yaşayır, amma rayon statusu alıb. Bu yerlərə də büdcə vəsaitləri xərclənir. Büdcə vəsaitlərinə qənaət etmək, idarəetməni təkmilləşdirmək üçün bu islahatlara ehtiyac ola bilər. Məsələn, Azərbaycanın 9 iqtisadi zonasını elan etdilər və buna da uyğun olaraq, "Regionların iqtisadi-inkişaf proqramı" qəbul edildi. Bütün bunlar idarəetmə strukturunun dəyişdirilməsi prosesidir.
Bunlar mütəmadi olaraq Azərbaycanda həyata keçirilir. Bu baxımdan, belə təkliflərin olması istisna deyil. Bunun nə qədər real olub-olmaması dövlət başçısının səlahiyyətində olan məsələdir. Son sözü o deyəcək. Ola bilər ki, idarəetmə strukturunu təkmilləşdirmək üçün belə addım atılsın, struktur dəyişikliyi aparılsın. Dövlət büdcəsinə qənaət üçün də müəyyən ixtisarlar baş verə bilər. İdarəetməni daha çevik şəkildə aparmaq üçün bu cür də addımlar atıla bilər. Elə yerlər var ki, rayon kimi fəaliyyət göstərməsinə ehtiyac yoxdur. İqtisadi vəziyyəti tələb edir ki, digər rayonla birləşsin. Bütün bunların faydalılıq əmsalı yoxlanılmalıdır. Bu proseslər birdən-birə aparılmır. Elə bir dəyişiklik olmalıdır ki, insanların həyat tərzinə, yaşayışlarına müsbət təsir göstərsin. Daha çevik idarəetmə mexanizmi olmalıdır ki, orada problem yaranmasın. Dəyişikliyin inanmıram ki, mənfi tərəfi olsun. Amma struktur dəyişikliyi olanda, əlbəttə, müəyyən ixtisarlar olur. Ciddi problemlərin olacağına inanmıram". (musavat.com)
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...