Deputatdan şok açıqlama: Bayrağımızın şəhid məzarları üstünə asılmasını dərk etmirəm
Siyaset
Oxunub: 929
24 okt 2016 | 17:02
Deputatdan şok açıqlama: Bayrağımızın şəhid məzarları üstünə asılmasını dərk etmirəm














Milli Məclisin deputatı Aqil Abbas şəhid məzarları üzərində Azərbaycanın dövlət bayrağının asılması təklifini irəli sürüb.

Ümumiyyətlə, üçrəngli bayrağımızın şəhid məzarları üzərində dalğalanması hüquqi qaydalara uyğundurmu?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquqşünas Çingiz Qənizadə açıqlamasında deyib ki, bu məsələ rəsmiləşdirilə bilər.

"Təklifi irəli sürən həmkarımız Aqil müəllim vətənpərvər insandır. Ola bilər ki, bu məsələyə onun baxışları fərqlidir. Əgər bu təklif parlamentdə səs çoxluğu ilə qəbul olunacaqsa, təbii ki, bunu rəsmiləşdirə bilərik".

Hüquqşünasın sözlərinə görə bu təklif heç də anlaşılan deyil.
"Şəhidlik zirvəsinə yüksələn insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Əslində, Azərbaycan bayrağının şəhid məzarları üzərindən asılmasını hüquqşünas kimi dərk etmirəm. Eyni zamanda, Azərbaycan bayrağı şəhid məzarı üstündə bir yerdən asıla bilər və buna görə heç bir qadağa yoxdur. Sadəcə, "mütləq bu, qanuniləşməlidir" deməyi doğru hesab etmirəm".

Deputat onu da bildirib ki, belə bir məsələni şəhid ailələrinin öhdəsinə buraxsaq, daha yaxşı olar.
"Söhbət şəhid məzarlıqlarında bayraqların asılmasından və dövlət tərəfindən tənzimlənmədən gedirsə, belə hesab edirəm ki, bunu şəhid ailələrinin öz üzərinə buraxsaq, daha yaxşı olar. Çünki burada əlavə xərcdən, əziyyətdən söhbət getmir. Onsuz da, şəhidlərin adları əbədiləşdirilir, təhsil aldıqları məktəbə adları verilir və sairə". (modern.az)
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı