Cahangir Hacıyevlə bağlı hökmə 30 il sonra xitam verilə bilər - Bəs borcu kim qaytaracaq?

Həftələrdir davam edən səs-küylü “Beynəlxalq Bank işi” üzrə məhkəmə prosesi ötən həftə başa çatdı. Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev başda olmaqla bu iş üzrə təqsirləndirilən şəxslər ağır cəzalar aldılar.
Hazırda ictimaiyyət arasında əsas sual doğuran məsələlərdən biri 15 il müddətinə azadlıqdan məhrum edilmiş C.Hacıyev və digər təqsirləndirilən şəxslərin mənimsədikləri milyonlarla pulların taleyinin necə olacağıdır. Məhkəmənin hökmündə elan olunub ki, Cahangir Hacıyev və digərlərinə qarşı qaldırılmış iki - “Beynəlxalq Banka” dəymiş 211 milyon manat və “Aqrarakredit” QASC-yə dəymiş 7 milyon 423 min manatlıq mülki iddiadan biri tam, biri isə qismən təmin edilib.
Belə ki, hökmdə qeyd edilib ki, ittiham aktında qeyd edilən 211 milyondan 102 milyon manatı ödənilib, qalan 109 milyon isə bağlanılmamış qalıb. Məhkəmə bu mülki iddianın qismən təmin edilməsini, bağlanmamış məbləğin təqsirləndirilən şəxslərdən tutularaq banka ödənilməsi ilə bağlı qərar verib. Sabiq bankirin hazırda ümumi borcu 70 milyondur(musavat)
“Aqrarkredit” QSC-nin mülki iddiası isə tam təmin edilib. Qərara əsasən QSC-yə dəymiş 7 milyon 423 milyon manatlıq zərərin Cahangir Hacıyev tərəfindən ödənilməsi ilə bağlı qərar çıxarılıb. Bununla da məhkəmə Cahangir Hacıyevdən ümumi olaraq 70 milyon dəymiş zərərin ödənilməsi ilə bağlı qərar çıxarıb.
Sabiq bankirin bu qədər pulu haradan alacağı, necə ödəcəyi müəmmalı vəziyyət yaradıb. Ödəməzsə, bunun nəticələrinin necə olması da suallar doğurur. C.Hacıyevlə bağlı müəmma doğuran məsələlərdən biri də onun hazırda Londonda yaşayan, 18 milyon dövlət vəsaitini mənimsəməkdə ittiham olunan həyat yoldaşı Zamirə Hacıyevanın ölkəyə gətirilib-gətirilməməsi ilə bağlıdır. Bu ayın əvvəllərində onun arxasında Londona xüsusi əməliyyat qrupunun göndərildiyi məlum oldu. Lakin sonradan sabiq bankirin Böyük Britaniyadan sığınacaq alan həyat yoldaşının Azərbaycana gətirilməsinin mümkünsüzlüyü ortaya çıxdı.
Hüquqşünas Müzəffər Baxış bildirdi ki, Cahangir Hacıyevlə bağlı məhkəmə hökmü elan olunubsa, qərarda nəzərdə tutulanlar məhkəmə icraçıları tərəfindən həyata keçirilməlidir: “Əgər Cahangir Hacıyevin bu qədər pullar mənimsədiyi təsdiqini tapıbsa, həmin vəsaitlər onun əmlakları hesabına, yəni müsadirə olunmaqla təmin edilməlidir. Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli qərarı var, siyahıya alınması mümkün olan əmlaklarla bağlı. Buna əsasən deyə bilərəm ki, Cahangir Hacıyevin mülkiyyətində bir ev varsa, o müsadirə olunmayacaq. Bütün bunlar məhkəmə icraçıları tərəfindən həmin hökmün mülki iddia hissəsi təmin olunmalıdır. Əgər onun heç bir əmlakı yoxdursa, hökmdə göstərilən vəsaitin ödənilməsi çox çətin olacaq. Cəzaçəkmə müəssisələrində iş yerləri yoxdur. Əgər olsaydı, Cahangir Hacıyev orada işləyəcəkdi, onun əmək haqqından 70% tutulmasına qanun icazə verəcəkdir. Amma bizim həbsxanalarda isə iş yerləri yoxdur. İcra orqanları onun əmlaklarını tapmalı, hökmün mülkü iddia hissəsini təmin etməlidirlər. Əmlakı olmayacaqsa, hökm də icra olunmayacaq. 30 il keçəndən sonra isə hökmün icrasına xitam veriləcək”.
Hüquqşünas sabiq bankirin həyat yoldaşı ilə bağlı yaranan müəmmalara da aydınlıq gətirdi: “Bu çox maraqlı məsələdir. Cahangir Hacıyevin özü də məhkəmədə bu barədə ifadə verdi. Onun həyat yoldaşının arxasında Londona əməliyyat qrupu göndərənlərin hüquqdan anlayışlarının olmadığı üzə çıxır. Dünyada gedən proseslərdən, beynəlxalq hüquqdan anlayışları yoxdur. Cahangir Hacıyevin həyat yoldaşı Böyük Britaniyandan vətəndaşlıq alıb. Heç bir dövlət öz vətəndaşını mühakimə edilmək üçün başqa dövlətə vermir. Bu birmənalı şəkildə qəbul edilmiş qaydadır. Zamirə Hacıyeva heç zaman Azərbaycana təhvil verilə bilməz. Nə vaxtsa özü könüllü istəsə gələ bilər. Əgər onun cinayətini sübut etmisinizsə, o zaman cinayət materiallarını Britaniyaya göndərin, orada müvafiq cəza ilə həmin şəxsi cəzalandırsınlar. Bütün bunlar mənasız söhbətlərdir və bunların hüquqi nəticəsi olmayacaq”.
C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev bu həftənin sonu yaxud üzümüzə gələn həftə hökmdən apelyasiya şikayəti verəcəklərini söylədi: “Hökmdən sonra onunla görüşmüşük. Cahangir Hacıyev ibtidai istintaq və məhkəmə proseslərində bütün ittihamları rədd edib. Özünü heç bir ittihamlarda təqsirli bilməyib. Verilən hökmü də ədalətsiz hesab edir. Ona görə də apelyasiya şikayəti verib, bütün hüquqi proseduraları keçəcəyik”.
Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin milyonlarla vəsaiti mənimsəməsi ilə bağlı olan hissələrə də toxundu: “Əvvəl 211 milyon irəli sürmüşdülər. Sonradan o ittiham təsdiq olunmadı. Sonra 63 milyonu ortaya atdılar. Bunlar da məhkəmədə təsdiq olunmadı. Bu uydurma rəqəm idi. Cahangir Hacıyevin o ittihamlarla bağlı dediyi məsələlərin heç biri yoxlanılmadı. Həmin məbləğlər layihələrə gedib, həmin layihələr mövcuddur. Göstərilən məbləğ də həmin layihələrə sərf olunub. O layihələr də Beynəlxalq Bankın girovluğundadır. Bunlar mülki icraat qaydasında olan məsələdir. Çünki vəsaitlər yönəlib layihələrə, layihələr də bankın girovluğundadır. O məbləğlərin Cahangir Hacıyevə heç bir dəxli yoxdur. Onun həyat yoldaşının ölkəyə gətirilməsi üçün sübut təqdim olunmadı. Britaniyada adi məsələ ilə bağlı insanı ekstradisiya etmirlər. Bunlar əsaslı bir fakt da irəli sürə bilmirlər. Onun ölkəyə gətirilməsi mümkün deyil. Hüquq müstəvidə məsələ həll olunmadan, ona təsir edə bilməzlər”.
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı