Çovdarovun evindən nələr çıxdı: 3 dəyənək, 3 ədəd 1 dollarlıq...
2005-ci ilin oktyabrında prezidentin qəfil fərmanı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən azad ediləndən az sonra MTN-də xüsusi əməliyyat keçirilmişdi və bu sistemin bir qrup yüksək rütbəli əməkdaşı, o cümlədən generalları həbs olunmuşdu.
Ancaq MTN-in ən qəddar simalarından olan, Mahmudovun “sağ əli” və “kassiri” sayılan general Akif Çovdarov dərhal yox, dekabr ayında həbs olundu. Və MTN işini aparan istintaq qrupunun sanksiyası ilə digərləri kimi Çovdarovun da evlərində, villalarında axtarış aparılıb, onun törətdiyi cinayətlərin sübutu kimi istifadə olunacaq əşyayi-dəlillər götürülüb.
Bəs Çovdarovun evlərində aparılmış axtarışda müstəntiqlər nə tapıb götürüblər? Uzun illərdir sahibkarları çapıb-talayan bu general yığdıqlarını pul və qızıl şəklində evində saxlayırmış, yoxsa?...
Virtualaz.org xəbər verir ki, Çovdarovun evlərində axtarışın aparılmasına dair sanksiya 2015-ci il dekabrın 14-də verilib. Bu sanksiya əsasında onun Bakının Badamdar qəsəbəsi, massiv 3, ev 422-də yerləşən villasından qızıl-zinət əşyaları, kompüter və digər texniki vasitələrlə yanaşı ikisi rezin, biri metal olmaqla 3 ədəd dəyənək aşkar edilərək götürülüb. İstintaqın müəyyən etdiyi kimi bu dəyənəklər zavod üsulu ilə hazırlanıb, “vurucu-əzici xassəyə malik soyuq silahdır”, təyinatı üzrə istifadəyə yararlıdır.
Dövlət Təhlükəsizliyi Xidmətinin istintaqa təqdim etdiyi arayışda göstərilir ki, Çovdarovun xidməti səlahiyyətləri ilə bağlı ona ayrılmış texniki vasitələrin arasında dəyənəklər nəzərdə tutulmamışdı. Bu səbəbdən generalın dəyənəkləri evində niyə saxladığı və hansı məqsədlə istifadə etdiyi istintaqa qaranlıq qalıb.
Habelə generalın Badamdardakı villasında və digər evlərində aparılmış axtarış zamanı 50 ədəd 200-lük Türkiyə lirəsi (cəmi 10 min TL) , 3758 ABŞ dolları ( 37 ədəd 100 dollarlıq, 1 ədəd 50 dollarlıq, 1 ədəd 5 dollarlıq və 3 ədəd 1 dollarlıq kupyurlar), 6810 manat pul tapılıb.
İstintaq müəyyən edib ki, Çovdarovun Badamdar qəsəbəsi ilə yanaşı Novxanıda villası, Bakının mərkəzində, Sirkin yanında yerləşən çoxmərtəbəli binada mənzili, Şamaxının Nağaraxana kəndində tikintisi yarımçıq qalmış villası, Masazırda istixana kompleksi və balıqçılıq təsərrüfatı, bir neçə yerdə torpaq sahələri, o cümlədən ailə üzvlərinin adına olan torpaq sahələri və evlər mövcuddur.
Beləliklə, məlum olur ki, Çovdarovun evindən xəzinə aşkar edilməyib, aşkar edilən pullar və qızıl-zinət əşyaları isə onun taladıqları ilə şübhəsiz ki, müqayisə oluna bilməz. Lakin Mahmudovun işdən çıxarılmasından və MTN-dəki qruplaşmanın darmadağın edilməsindən sonra təxminən ay yarım ərzində Çovdarovun da pullarını, qızıllarını gizlətməyə vaxtı var idi...
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı