Çovdarov “Xatirə”ni 6 il mühasirədə saxlayıb
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarovun silsilə cinayət əməllərindən daha biri məlum olub.
Kürdəmir rayonunun sabiq icra başçısı Fəxrəddin Məlikovun da cinayət işinə cəlb olunduğu epizod üzrə A.Çovdarov 44 min manat ziyan vurmaqda təqsirləndirilir.
Belə ki, general Kürdəmir rayonunda kənd təsərürfatı sahəsi üzrə bizneslə məşğul olmaq qərarına gəlib. Bu məqsədlə 2006-cı ilin yanvar ayında oğlu Ruslan Çovdarovun adına “RAF-2006” MMC yaradıb. Ardınca da Kürdəmir Rayon İcra Hakimiyyəti ilə torpaqların icarəyə verilməsi üçün müqavilələr bağlanıb. Rayonun Ərşəli kəndində 100 hektar, Qurdbayramlı kəndində 100 hektar, Mollakənd kəndinə 69 hektar ərazi faktiki olaraq Çovdarovun rəhbər olduğu şirkətə 99 illik icarəyə verilib. İcra hakimiyyəti Aparatının şöbə müdirinin müavini Əşrəf Şükürov isə həmin kəndlərdə yaşayan və 269 hektarın sahibi olan kəndliləri “bu şirkət MTN generalınındı, torpaqlarınızı o alır, sizə susmağı məsləhət bilirəm, yoxsa istənilən bəhanə ilə həbs oluna bilərsiz” deyərək qorxudub. Bu yolla torpaqlar dəyər-dəyməzinə alınaraq ələ keçirilib. Ə.Şükürov bu işin həllində “RAF-2006” MMC-nin direktoru Fəttah Seyidovla birgə işləyib.
İttiham verilən əsas məsələ isə “Xatirə” ilə bağlıdır. Çovdarovun Mollakənddə aldığı 99 hektar ərazinin tərkibində Şehman İmanova məxsus “Xatirə” yeməkxanası olub. Akif Çovdarov Şehman İmanovdan bu qeyri-yaşayış obyektini də almaq istəyib, lakin eyni üsulla, dəyərindən aşağı qiymətə. Bu zaman isə rədd cavabı alıb. Bundan sonra, general öz üsuluna əl atıb və icarəyə götürdüyü torpaq sahəsindən keçərək yeməkxanaya gedən yolları məftilli tellərlə bağlatdırıb. Bu çəpərlər 2009-cu ildən Çovdarovun vəzifədə olduğu günə kimi orada qalıb və yeməkxana faktiki olaraq fəaliyyətsiz olub. Ş.İmanov “Xatirə”sini mühasirədən xilas etmək üçün Kürdərmi rayon məhkəməsinə müraciət edib və 2011-ci ilin may ayında “Çovdar çəpərləri”nin sökülməsi barədə qərar çıxarılıb. Lakin qərar sadəcə kağız üzərində qalıb.
Sabiq icra başçısı Fəxrəddin Məlikov istintaqa ifadəsində hər şeydən xəbərsiz olduğunu deyib:“O bildirib ki, 2004-2012-ci illərdə həmin vəzifədə işləyib. “RAF-2006” MMC-yə torpaq ayrıldığını bilirdəm, amma detalları xatırlamıram”.
Bundan sonra müstəntiq F.Məlikovun imzası olan torpaq sahələrinin ayrılmasına dair sərəncamları onun qarşısına qoyub və sabiq başçı həmin an hər şeyi “xatırlayıb” və ifadəsinə davam edib: “Bu işlə Fəttah Seyidov mənim yanıma gəldi və belə bir iş görmək istədiklərini dedi. Mən də bu işi Əşrəf Şükürova tapşırdım. Fəttah Seyidov şirkətin rəhbəri haqda mənə heç nə demədi. Bu işdə Akif Çovdarovun adı olduğunu bilmirdim”.
Əşrəf Şükürov isə istintaqa ifadəsində şirkətin Akif Çovdarova aid olduğunu generalın həbsindən sonra bildiyini deyib.
Qeyd edək ki, Fəxrəddin Məlikov “Azəriqaz”ın sabiq sədri Əlixan Məlikovun qardaşıdır.(qafqazinfo)
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı