Hökumətin köçkünlərə “sürprizi” - Narazılıq gözlənilir
Siyaset
Oxunub: 2 963
11 okt 2016 | 10:20
Hökumətin köçkünlərə “sürprizi” - Narazılıq gözlənilir











Məcburi köçkünlərə sosial müavinət və kommunal xidmət xərclərinə görə ödənişlərin təkmilləşdirilməsi, vahid elektron hökumət portalının yaradılması nəticəsində son 5 ildə 34 min nəfərədək məcburi köçkünə imtiyazların tətbiqi dayandırılıb

Belə ki, 2010-cu illə müqayisədə aylıq yemək xərci müavinəti alan məcburi köçkünlərin sayı 34 min nəfərədək azaldılıb. Amma həmin şəxslər məcburi köçkün statusunu daşımaqda davam edir.

“Yeni Müsavat”-ın məlumatına görə, bu haqda baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ötən həftə keçirilən iclasında çıxışında bildirərək deyib ki, məcburi köçkünlərə ayrılan vəsaitin ödənişində yeni qaydaların və sosial ədalət prinsipinin tətbiq edilməsi məqsədilə təkliflər zərfi hazırlanaraq baş nazirə təqdim edilib.Onun bildirdiyinə görə, yaxın günlərdə məsələnin baş nazirin yanında aidiyyəti nazirlik və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə müzakirəsi nəzərdə tutulur.

Komitə sədri həmçinin qeyd edib ki, yeni qaydalara əsasən, məcburi köçkünlərin kommunal xidmət xərcləri “çörəkpulu” üzrə plastik kartlara əlavə edilməklə, nağd şəkildə onların özlərinə veriləcək. Bu dəyişikliyin icrasına 2017-ci ilin yanvarında başlanılacaq: “Bunun üçün hüquqi sənəd – Nazirlər Kabinetinin qərarı qəbul ediləcək. Yemək xərci müavinəti ilə bağlı yeni qaydalar isə hazırlanaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib”.

Əli Həsənov bildirib ki, prezidentin razılığı olduğu təqdirdə məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinətlərin istifadəsində yeni təkmilləşdirilmiş mexanizmin tətbiqi nəticəsində əldə olunan vəsaitin sosial ədalət prinsipi təmin edilməklə imkanı nisbətən zəif olan və ağır şəraitdə yaşayan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilməsi üçün müvafiq tədbirlər görüləcək.

Baş nazirin müavini eyni zamanda qeyd edib ki, bütün xərclər vahid plastik kartla ödəniləcəyi halda, aidiyyəti xidmət təşkilatları məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları yataqxana, pansionat, tikintisi yarımçıq qalmış binalar və digər obyektlərdə qısa müddətdə fərdi sayğaclaşma işlərini təmin etməlidirlər: “Bu isə 94 min abonent deməkdir”.

Odur ki, məcburi köçkünlərin Əli Həsənovun yeni açıqladığı və yanvar ayından tətbiq edilməsi gözlənilən qaydaları necə qarşılayacağı maraq doğurur.
Qəzetin yaqzdığına görə, bir qrup məcburi köçkünlə söhbətimizdən belə qənaətə gəlinib ki, məcburi köçkünlər kommunal xidmət xərclərinin “çörək pulu” üzrə plastik kartlara əlavə edilməsinə etiraz etmirlər. Bu şərtlə ki, həmin xərclərin məbləği azaldılmasın, indiyə qədər dövlət hər bir məcburi köçkün üçün nə qədər aylıq kommunal xərc ödəyibsə, həmin məbləğ azaldılmadan hər ay “çörək pulu” üzrə plastik karta yüklənsin. Məcburi köçkünlər də həmin vəsaitlə kommunal xərclərini qarşılasınlar.
Məcburi köçkünlər gözləyirlər və ümid edirlər ki, onlar üçün nəzərdə tutulmuş müavinətlərin istifadəsində yeni təkmilləşdirilmiş mexanizmin tətbiqi nəticəsində əldə olunan, qənaət edilən vəsaitlər sosial ədalət prinsipi təmin edilməklə imkanı nisbətən zəif olan və ağır şəraitdə yaşayan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldiləcək. Məcburi köçkünlər qeyd ediblər ki, Əli Həsənov kimi onlar da prezidentin bu məsələyə razılıq verəcəyini gözləyirlər.

Xatırladaq ki, avqust ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə edilən“Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”da dəyişikliklər edilib. Dəyişikliklərə görə, bu il dekabrın 31-dən sonra doğulacaq məcburi köçkün uşaqlarına yemək xərci üçün aylıq müavinət verilməyəcək. Digər dəyişikliyə əsasən, Azərbaycanın məhkəmə orqanlarına hakim təyin olunan, habelə kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatına alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkün şəxslərə avqustun 8-dən yemək xərci üçün aylıq müavinət verilmir. Digər bir dəyişikliyə görə isə məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan 3 il müddətində əvvəlki yaşayış yerinə geri qayıtmış və ya qayıtmamış şəxslərə də bu müavinətlərin verilməsi dayandırılıb.

Daha bir dəyişiklik hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən məcburi köçkünlərlə bağlıdır. Belə ki, bu ilin avqustuna qədər hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlərə yemək xərci üçün aylıq müavinət verilmirdi. Sözügedən təlimatdakı dəyişikliyə əsasən, avqust ayından etibarən yalnız hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən zabitlərə yemək xərci üçün aylıq müavinət verilmir. Bu dəyişiklikdən sonra zabit olmayan, hüquq-mühafizə orqanlarında xidmət (qulluq) edən və qanunvericiliklə müəyyən olunmuş qaydada ərzaq payı əvəzinə verilən pul kompensasiyası alan məcburi köçkünlər yemək xərci üçün aylıq müavinət almağa başlayıblar.
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı