Nazim İbrahimovun maaş qalmaqalı böyüyür: “Federasiyanı belə dağıtmaq istəyirsiniz?”
Siyaset
Oxunub: 990
11 okt 2016 | 10:14
Nazim İbrahimovun maaş qalmaqalı böyüyür: “Federasiyanı belə dağıtmaq istəyirsiniz?”












Azərbaycanda idman sahəsinə küllü miqdarda vəsait ayrılsa da, əksər idman növlərində vəziyyətin qənaətbəxş olmadığı bildirilir. Bu idman növlərinin bəzisi ilə bağlı məlumat verilib. Diqqətçəkən odur ki, pis durumda olanlar əsasən olimpiya idman növləridir. Özü də bu idman növlərinin Azərbaycanda köklü ənənələri olub; otüstü xokkey, həndbol və c.

Meydan.tv-nin əməkdaşı qılıncoynatma sahəsindəki vəziyyəti araşdırıb. Sayt yazır ki, qılıncoynatmanın Azərbaycanda ənənəsi olub. Təkcə bir faktı deyək: iki dəfə olimpiya çempionu olmuş yeganə azərbaycanlı idmançı qılıncoynadandı. Söhbət İlqar Məmmədovdan gedir. İlqar Məmmədov 1988-ci ildə SSRi yığmasının tərkibində Seul Olimpiadasının, 1996-cı ildə isə Rusiya yığmasının heyətində Atlanta Olimpiadasının çempionu olub. Məmmədov Bakıda anadan olub. Qılıncoynatma ilə da məhz Bakıda məşğul olmağa başlayıb və SSRİ yığmasının heyətinə cəlb edilib. Onun məşqçisi isə atası Yaşar Məmmədov olub. Məmmədov hazırda Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidentidir. Oğlu İlqar Məmmədov karyerasını bitirdikdən sonra Rusiyada işləməyə başlayıb və hazırda bu ölkənin qılıncoynatma yığmasının baş məşqçisidir. Rio-de-Janeyroda keçirilən olimpiya oyunlarında İlqar Məmmədovun yetirmələri Rusiyaya iki qızıl medal qazandırıblar. Məmmədov Rusiyanın yüksək dövlət mükafatlarına layiq görülüb.

Göründüyü kimi, Azərbaycanın qılıncoynatma üzrə yüksək səviyyəli mütəxəssisləri var. Ancaq onların imkanlarından yararlanıb bu idman sahəsini inkişaf etdirmək kimsəni qayğılandırmır.

Nazim İbrahimov özü istəmişdi

Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti yüksək Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. İbrahimov bu vəzifəni 2007-ci ildən tutur. Özü də öz təşəbbüsü ilə. 2007-ci ildə Nazim İbrahimovun təqdimat mərasimində gənclər və idman naziri Azad Rəhimov belə demişdi: "Uzun zamandır Qılıncoynatma Federasiyasına yardım göstərən şəxs axtarılır, bir çox adama nazirlik özü bunu təklif edirdi. Lakin heç kim bu sahəyə yardım göstərmək üçün təşəbbüs etmədi. Bu yaxınlarda Nazim İbrahimov özü qılıncoynatma sahəsinə yardım göstərmək istəyini bildirdi. Biz bu barədə dövlət başçısına məruzə etdik və o, bu təşəbbüsə yüksək dəstək verdi”.

Prezident vitse-prezidentlə görüşə gəlməyib

Ancaq Nazim İbrahimovun Azərbaycanda qılıncoynatmanın inkişafı ilə bağlı hansı işlər gördüyü haqda məlumat yoxdur. Bu da federasiyada vitse-prezident kimi çalışan Yaşar Məmmədovu qane etmir. Məmmədov mətbuata verdiyi açıqlamada qılıncoynatmadakı durumun ağır olduğunu, Nazim İbrahimovun bu idman növünün inkişafına pul ayırmadığını bildirib. Mütəxəssis deyib ki, 17 aydır məvacib almırlar. O, bu yaxınlarda komitə sədri ilə görüş təyin edildiyini, ancaq İbrahimovun görüşə gəlmədiyini də bildirib:

"Komitə sədri ilə bu ayın əvvəlində görüş olmalıydı. Ancaq həmin görüşə müavinini göndərdi. Müavinlə nə müzakirə edə bilərik? 17 aydır maaş verilmir. Kim bunu mənimlə müzakirə edə bilər? Seçki keçirəcəyik. Əgər hazırkı federasiya prezidenti maaşları ödəsə, onun da adını namizədlər arasına daxil edərik. Onun müavini ilə görüşdə iki il əvvələ aid bir məktub göstərdim. Həmin məktubda maaşların 6 aydır verilməməsilə bağlı 41 şəxsin imzası var idi. Həmin 41 nəfərdən 2-si artıq rəhmətə gedib. 11-i isə ölkə xaricinə yollanıb, orda yaşayır. Müavinlə görüşdə soruşdum: "Federasiyanı belə dağıtmaq istəyirsiz?””

Y. Məmmədov bildirdi ki, bu yaxınlarda iclas olacaq. Onun sözlərinə görə, İbrahimov məşqçilərlə fərdi şəkildə görüşərək, onlardan özünə dəstək istəyib: "İclas oktyabrın 22-dək baş tutmalıdı. Həmin tədbirə bütün mətbuat nümayəndələrini dəvət edəcəyik və mövzu ilə bağlı ətraflı məlumat verəcəyik. Hazırda İbrahimov məşqçilərlə fərdi görüşlər keçirib, xahiş edir ki, seçkidə onu dəstəkləsinlər. Ancaq heç kim onu dəstəkləməyəcək”.

Məmmədov bildirdi ki, idman növünə istənilən səviyyədə qayğı göstərilsə, nəticə də olacaq: "Azərbaycanda qılıncoynatma idman növünün ənənəsi var. Ötən il Bakıda keçirilən ilk Avropa oyunlarında iki medal verdik. Əslində, bu idman növündə yaxşı nəticələr əldə etmək olar. Ancaq ilyarımdı maaş verilməyən yerdə hansı nəticədən danışmaq olar? Federasiyada yaxşı prezident olsa, maaşlar vaxtlı-vaxtında verilsə, şərait yaradılsa, yaxşı da nəticə olar”.

Məsələyə münasibət öyrənmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə əlaqə saxlanılıb. Komitədən bildirilib ki, onlar yalnız quruma aid məsələlərə münasibət bildirə bilərlər.

Komitə sədrinin münasibətini öyrənmək mümkün olmadığından bir sual açıq qalır: Azərbaycanın qılıncı qınından çıxacaqmı? Yoxsa, ümumiyyətlə, qılıncın qından çıxması heç kimə sərf etmir.
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı