Türkiyə və Rusiyanı İlham Əliyevlə Kəmaləddin Heydərov barışdırıb - Rəsmi açıqlama
Siyaset
Oxunub: 1 154
10 okt 2016 | 16:19
Türkiyə və Rusiyanı İlham Əliyevlə Kəmaləddin Heydərov barışdırıb - Rəsmi açıqlama






Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu “Sputnik Türkiyə” agentliyinə müsahibəsində Ankara ilə Moskva arasında barışığın əldə edilməsi üçün vasitəçilik köməyi göstərənlərdən danışıb.

Virtualaz.org xəbər verir ki, Çavuşoğlu iki ölkə arasındakı münasibətlərdə böhranın aradan qaldırılmasında bir çox şəxslərin rolunun olduğunu deyib. Bunların arasında Azərbaycan prezidenti İlham Əliyevin, Dağıstan rəhbəri Ramazan Abdulatipovun, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin və azərbaycanlı iş adamı, Rusiya Federasiya Şurasının keçmiş üzvü Fərhad Əhmədovun da yer aldığını deyib.

Çavuşoğlunun sözlərinə görə, Dağıstan rəhbəri Ramazan Abdulatipov, habelə Tatarıstan rəhbəri Rüstəm Minnixaov kimi xadimlər doğrudan da səmimi səylər göstərdilər.

“Qazaxıstan prezidenti Nursultan Nazarbayevin xüsusən prosesin son mərhələsində oynadığı rol barədə dəfələrlə danışmışıq. Eyni səyləri Azərbaycan prezidenti İlham Əliyev də göstərdi. Çünki hər iki ölkə - Qazaxıstan, Azərbaycan Türkiyəyə qardaş ölkələrdir. Türkiyə və Rusiya ilə münasibətlərinə də hər zaman önəm verirlər. Bu səbəbdən onlara bir daha təşəkkür edirik” - Türkiyə xarici işlər naziri deyib.

Çavuşoğlunu bildirib ki, Azərbaycanda Əliyevdən başqa xarici işlər naziri Elmar Məmmədyarov da eyni şəkildə öz düşüncələrini ifadə edirdi. Türkiyə XİN rəhbəri danışıb ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov da barışıq prosesinə dəstək verib: “Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov var, mənim dostumdur. Mənim də tanıdığım bəzi rusiyalı dostlarımızla bizi görüşdürdü, hansı addımlar atıla biləcəyinə dair qeyri-rəsmi fikir mübadiləsi apardıq”.

Çavuşoğlu iş adamı Fərhad Əhmədovun rolu haqda da danışıb, onun prezident Ərdoğanla görüşərək Rusiya prezidentinə məktub yazmaq haqda təklif verdiyini deyib.

“Keçmiş rusiyalı senator, mənim AŞPA-dan dostum, Azərbaycan əsilli Fərhad Əhmədov var. Fərhad Rusiyada böyüyüb, iqtisadi baxımdan güclənib, senatorluq edib. Sonra bir ara Azərbaycana döndü. Azərbaycanı da, Türkiyəni də, Rusiyanı da çox sevir. Putinlə də yaxın çalışma içərisində olub, onu yaxından tanıyır. Məsələn, məktub məsələsində gəlib prezidentimizlə təklif etdi. Dedi ki, Putinə məktub yazsa bu məktubun başqa insanların gəlib-getməsindən daha təsirli ola bilər. Prezidentimizə məktub vasitəsilə nəticə əldə edilə biləcəyini anlatmışdı. Həmin görüşdə bu məktubun getməsindən təxminən bir ay əvvəl olmuşdu. Məktubun çərçivəsinə baxdıqda Fərhad Əhmədovun da dedikləri orada yer alır. Putini dost kimi yaxından tanıyan biri kimi Əhmədovun təklifləri doğrudan da təsirli oldu. Ona çox təşəkkür edirik. Çünki Fərhad Əhmədov həm Azərbaycanı, həm Türkiyəni, həm Rusiyanı çox sevir. Beləcə üç ölkəni də sevən və səmimi səylər göstərən başqa dostlarımız da oldu”-Çavuşoğlu bildirib.
Bu gün, 16:00
"Mercedes-Benz" istehsalı dayandırır: Almaniyadakı zavodları bağlanır!
Bu gün, 15:30
ƏHALİNİN NƏZƏRİNƏ: Bu şəxslərə pulsuz ərzaq veriləcək
Bu gün, 14:22
Göy məsciddəki təxribatda mühüm DETAL – Türk Pezeşkianın müavini...
Bu gün, 13:43
“Gümrü rus əsgərlərinin şəhəridir!” - 102-ci baza ətrafında qalmaqal
Bu gün, 13:17
Etibar Pirverdiyevin milyonları: 17 İLLİK “AZƏRENERJİ” DÖVRÜNÜN QARANLIQ SİRLƏRİ AÇILIR!
Bu gün, 12:22
Milyonluq mülkləri ilə gündəm olan sabiq deputat işdən çıxarıldı
Bu gün, 12:18
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verdi
Bu gün, 12:15
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar
Bu gün, 10:43
Səudiyyə Ərəbistanının strateji neft obyektləri VURULDU
Bu gün, 10:38
Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi
Bu gün, 10:35
Azərbaycan, Gürcüstan və Türkiyə birgə təlimlər keçirir
Bu gün, 10:28
Pensiyalar ödənildi
Bu gün, 10:23
Bakının küçələrini bir-birinə qatdı - Narkotik çəkibmiş
Bu gün, 10:19
1049 güzəştli mənzil satışa çıxır - TARİX + QİYMƏTLƏR
Bu gün, 09:55
Memarlıq və İnşaat Universiteti Şərurlu İsfəndiyarla bağlı məlumat yaydı
Bu gün, 09:52
"TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO
Bu gün, 09:45
Trampla Netanyahu telefonda dalaşıb?
Bu gün, 09:41
Bu gün millimizin oyunu var
Bu gün, 09:37
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
Bu gün, 09:00
Qorxmaz Hüseynovun “Azərsu” dövründə milyonlar hara yoxa çıxıb? – İSTİNTAQIN İZİ KEÇMİŞ RƏHBƏRLİYƏ UZANIR!
Dünən, 23:28
Azərbaycan Böyük Britaniya ilə strateji tərəfdaş oldu
Dünən, 21:41
Əliyev-Paşinyan görüşü başa çatdı - Yenilənib-Video
Dünən, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Dünən, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Dünən, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Dünən, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Dünən, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ