Bakıya gəlmiş erməni: Mən sizi sevirəm, azərbaycanlılar!
Məşhur erməni hüquq müdafiəçisi Vahe Avetyanın gözlənilmədən Bakıda peyda olması ötən günün ən böyük sensasiyası oldu. V.Avetyan – siyasi mühacir və Sarkisyan rejiminin daimi tənqidçisidir, hazırda İsveçdə yaşayır. Bundan başqa, V.Avetyan – Xocalı soyqırımına görə açıq üzr istəmiş azsaylı erməni ictimai xadimlərindən biridir.
V.Avetyan hazırda Bakı aeroportunun ərazisindədir və Azərbaycan hakimiyyəti gözlənilməz qonağa vizanın verilməsi haqqında hələ də qərar qəbul etməyib.
Bununla belə, virtualaz.org-un xüsusi müxbiri erməni hüquq müdafiəçisinə bir neçə sual verməyə imkan tapıb.
- Siz hazırda aeroportdasınız?
- Bəli.
- Neytral zolaqda? Sizinlə necə davranırlar? Çaya və ya yeməyə qonaq edirlər?
- Bəli, neytral zolaqda. Bu gün qonaq edirdilər, amma əsasən özüm alıram.
- Siz İsveç, yoxsa Ermənistan vətəndaşısınız?
- Həm Ermənistan, həm də İsveç. Hər iki ölkə ikili vətəndaşlığa icazə verir.
- Daha əvvəl öz “Facebook” səhifəsində yazmışdınız ki, sizi Azərbaycanın xüsusi xidmət orqanlarının nümayəndələri qarşıladılar. Onlar sizi ölkəyə buraxmaqdan imtina etdilər? Niyə? Bunu hansı motivlə izah etdilər?
- Sərhədçilər dedilər ki, mənə viza lazımdır. Kiminləsə əlaqə saxladılar, amma imtina cavabı aldılar. Xüsusi xidmət orqanları gündüz burada idilər. Onlarla söhbətdən sonra fikirləşdim ki, məni şəhərə buraxacaqlar, amma hələ də aeroportun ərazisindəyəm.
- Siz Bakıda nə qədər qalmağı planlaşdırırsınız?
- 11 oktyabrda səhər tezdən Frankfurta uçuram. Sabah da burada olacağam.
- Siz Bakıda mətbuat konfransı keçirməyi və ya bəyanatla çıxış etməyi planlaşdırırsınızmı?
- Xeyr, hazırlaşmıram. Bu dəfə yox. Heç hazırlaşmırdım da.
- Bu sadəcə sülh aksiyasıdır?
- Mən Bakıya gələndə Mehriban Qasımova ilə televiziya verilişində iştirak etməyə söz vermişdim. Amma məncə, o, məzuniyyətdədir və mən qəflətən gəldim. Bu səfərdə ictimai çıxışlar planlaşdırmırdım. Bu hətta aksiya da deyil. Buna ürəyin, ruhun səfəri demək olar. Xocalı qurbanlarının abidəsinə gül qoymaq istəyirdim.
- Başa düşürsünüzmü ki, sizi Yerevanda, Vahan Martirosyan kimi satqın elan edəcəklər?
- Əgər erməni alçaqları və satqın KİV-ləri məni həyəcanlandırsaydılar, bu gün harada olardım?
- Belə çıxır ki, bizim xalqlarımızın sülh və əmin-amanlıqda yaşaya biləcəyinə siz də əminsiniz?
- Heç yerə gedən deyillər. Və heç yerdə elə iki qonşu xalq yoxdur ki, vuruşmasınlar. Məsələn, vaxtilə bütün Avropa xalqları müharibə vəziyyətində idilər. Və bizim xalqlarımız da gec-tez sülhə gələcəklər. Bütün azərbaycanlılara salam! Hətta əgər məni şəhərə buraxmasalar belə, mən onsuz da buradayam. Mənim əvəzimdən Xocalı qurbanlarının abidəsinə gül dəstəsi qoyun. Gələn dəfə özüm qoyacağam. Mən sizi sevirəm. Hamınızın evlərinizə sülh!
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı