“Bir mandata görə vicdan satmısız e...” - Millət vəkili od püskürdü

Ölkə Prezidenti cənab İlham Əliyevin 7 oktyabr tarixli çıxışı ətrafında “Azadlıq” qəzeti növbəti – “ənənəvi” polemikasını açıb. Asıb-kəsirlər yenə. Öz aləmlərində. Silsilə formasında. Saytın əsas manşeti iki savadsızın solo ifasına meydan verib. Biri bütöv oxuyur, digəri isə yalnız nəqarəti. Düzdür, arada Gülçatay da cır səsi ilə “bek-vokal”dan qatqı çabasına girir. Amma çifayda. “Xaricdi”. Alınmır.
Onlar haqda o qədər yazdıq ki, monitor və “klaviş”lər, hətta barmaqlarımız belə bezdi. Amma özləri bezmədi ki, bezmədi. Hər halda tərsi olsaydı, xalq nağıllarından əxz elədikləri məntiqi, “Məlikməmməd” təfəkkürünü millətə, oxuculara sırımaq cəhdində bulunmazdılar. Odur ki, “sayın” müxalifətimizin İlham Əliyevin çıxışından anlamadıqları bir neçə məqamı növbəti dəfə anlatmaq zorundayam.
“Şanlı” və şamlı (bu şamın hansı ölkələr tərəfindən verildiyi də məlumdur) “lider” Cəmil Həsənli buyurub ki: “İlham Əliyev 2008 - 2015 – ci illəri əhatə edən “Ərzaq məhsullarının təminatı ilə bağlı Dövlət Proqramı” haqda niyə danışmayıb? Bu məsələ ümumiyyətlə nə yerdədir?”
Əvvəla, lap dibdən başlayım: “2008 - 2010” – dövrünü bir zəhmət, siyahıdan çıx, cənab Həsənli! Və bu dəfə bizə görə deyil, sırf özünə görə. Çünki həmin dövr, sənin mandat daşıdığın, Heydər Əliyev haqda kitabların 10-undan 9-na “ön sözü” yazdığın, mövcud hakimiyyəti hamımızdan daha gözəl təbliğ etdiyin ərəfəyə təsadüf edir. Hətta unutqanlığın skleroz etapına qədər irəliləyibsə, gəl sənə özünün 2009-cu il Parlament çıxışından bir sitat da gətirim: “Azərbaycanın bu günki inkişafını, daxili iqtisadiyyatın şaxələndiyini görməmək üçün sadəcə kor olmaq lazımdır. Bütün bu tərəqqi isə İlham Əliyevin, onun bacarığının, əməyinin nəticəsidir”.
Növbəti sitatı isə cənab Prezidentin son çıxışından gətirəcəm: “Dünyanın iqtisadi fəlakətlərlə baş-başa qaldığı bir məqamda Azərbaycanın Kənd təsərrüfatı məhsullarının artımı 2,4 faizdir və qəbul etdiyimiz Proqrama adekvat olaraq bu sahədə apardığımız işlər daha ciddi nəticələr verəcək. Eyni zamanda qeyd etməliyəm ki, sənaye potensialı da 0,2, qeyri-neft sektoru isə 3, 6 faiz artım nisbəti ilə irəliləmişdir”.
Bax belə, Cəmil Həsənli. Bu çıxışı dinləmək lazım idi. Baxmaq demirəm, çünki göz qavraması ilə bağlı söhbətin kökünü özün baltalamısan. “Bütün bunları görməmək üçün kor olmaq lazımdır” – söyləyərək.
Hələ görün, AXCP adlı küfr təşkilatının “lider”i nə deyir: “İlham Əliyev dövlətin təminatçısı kimi Dağlıq Qarabağla bağlı qapalı danışıqlarda hansı güclər tərəfindən təzyiqlərə məruz qaldığını açıqlamalıdır. Əgər hakimiyyət bu hədələrin qarşısında duruş gətirməyi bacarmırsa bilsinlər ki, AXCP və Milli Şura həmin təzyiqləri dəf etməyə hazırdır”.
AXCP və Milli Şura?. Evin tikilsin adam, 2 nəfərdən ibarət 2 təşkilatın, hərflərinin sayı üzvlərindən çox olan qurumların adını çəkirsən e, xəbərin var? Nəyə qadirsən? Hansı resursunla, hansı bazanla, hansı proqramınla qadirsən? Yoxsa düşünürsən ki, Qarabağ qaytarmaq səfirlik dalanlarında lövbər salıb para dilənmək, pəltək oğlunu ermənipərəst həmkarları ilə Konqres dinləmələrinə göndərmək, ya da canım sənə desin - Sahib Kərimlini təşkilatdan uzaqlaşdırmaq üçün qəddafisifət xanım müavinin vasitəsilə camaata qurana əl basdırmaq qədər asan məsələdir?
Qoy sənə də İlham Əliyevdən bir sitat gətirim: “Biz 25 ildir müstəqil yaşayan ölkəyik. Kimsəyə imkan vermərik ki, bizi təhqir etsin. Heç kimdən də çəkinmirik. Dağlıq Qarabağ məsələsinin həll olunmaması bir tək Ermənistana görə deyil, onların böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik. BMT 4 qətnamə qəbul edib. Barı öz qərarlarına hörmətlə yanaşsınlar. Bu qərara hörmətsizlik onların özünə də şərəf gətirmir”.
Prezident bundan artıq nə desin, hə? Ermənistana silah verənin, ikili standart yürüdənin kim olduğu bu ölkədə azyaşlı uşağa da məlum deyilmi? Bir-bir admı çəkilməli, hədəfmi göstərilməli idi? Axı İlham Əliyevin milli maraqlar naminə hansı risklərə, fədakarlıqlara getdiyi göz önündədir. Şərəfimə and olsun, bunu Prezident dəstəkçisi kimi deyil, sırf Azərbaycan vətəndaşı olaraq deyirəm. Və əgər özündən müştəbeh, “İqtidar Avropanın üstünə gedir. Guya da...” – məzmunlu “facebook” statusu yazıb, ardınca da 7 mötərizəli gülüş işarəti qoyan bir səviyyənin yiyəsi - Əli Kərimli İlham Əliyevdəki şücaətin yarımca faizinə sahib olsa, and olsun bütün inandıqlarıma ki, papağımı götürüb bu ölkədən gedərəm.
Nə danışırsız, nə sərsəmləyirsiz, nə qırıldadırsız dilinizin altında?
Olsun, referendum. Həmin referendumun nəticələrinə xitabən İlham Əliyevin: “Biz hələ iqtidarda çox qalacayıq” – cümləsini sosial şəbəkələrdəki qaraguruh gədələr yüz atmaca ilə bəzəyib. Oysa sual edirəm: 40 min imza toplayıb rəsmi təbliğata qoşulmaq üçün MSK-ya sənəd belə vermək iqtidarında olmayan “Milli AŞURA” və onun qulbeçələri bu gün hansı haqla ümumxalq səsverməsindən danışır? Meydanda 3 min adam görüncə gözləri eyforiyadan şişən, səfirlikdəki dayıları pul kisəsini bağlayan kimi “mitinq sevdası”na son verən, monitor, “facebook” arxasından çəkilərək bir rayona, bir qəsəbəyə, bir kəndə getməyi özlərinə rəva bilməyən milli hərşeyşünaslar, 2009 –Referendumu ərəfəsindəki videoları hələ də göz oxşayan Gülçataylar bu gün hansı vicdanla Konstitusiya müzakirəsi aparır?
Bu adamlara (cəmillərə, gulçataylara) deyən lazım ki, bir mandata görə mövqe dəyişmisiz, vicdan satmısız e. Bir tapşırığa, buyruğa görə də millət, dövlət satmayacağınıza nə qarant var?
Söz bitəndə, “dalay-dalay” mərhələsi də gələndə başlayırlar ki, insan haqları elə pozuldu, filankəs belə həbs olundu, feşmankəs həbsxanadan filan təsirli məktubu yazdı və s ilaxır. Hərgah, adamlar 25 il müddətincə dolğun bir həqiqəti hələ də anlaya bilməyiblər: “Ən böyük cəza evi, ən böyük həbsxana geri qalmış zəkaların, dar kafaların içidir!”
Bax o qəfəsdən çıxış yolu yoxdur. Əbədiyyən!
Elşən Musayev,
Milli Məclisin deputatı
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı