Hökumət islahatları: İlk hədəf Nazirlər Kabinetidir
Siyaset
Oxunub: 2 248
3 okt 2016 | 21:25
Hökumət islahatları: İlk hədəf Nazirlər Kabinetidir
















Referendumdan sonra hökumətin ciddi islahatlara gedəcəyi söylənilirdi. İslahatların Nazirlər Kabinetindən başlayacağı isə gözlənilir. Çünki bu günə qədər islahatlara əngəl olan qurum məhz Nazirlər Kabineti oldu. Sirr deyil ki, Nazirlər Kabineti islahatların lokomotivinə çevrilə bilmədi. Hesab olunur ki, hökumətin “iki daşın arasında” referendum keçirib Konstitusiyanı dəyişməsi və vitse-prezidentlik postunu yaratması da buna hesablanıb. Prezidentin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da jurnalistlərə açıqlamasında bu məqama toxunub və ölkənin post-neft dövrünə uyğunlaşması üçün islhatların vacibliyini vurğulayıb.

Növbəti dəfə isə bu məsələyə Prezident Administrasiyasının başqa bir şöbəsinin müdiri Şahin Əliyev də münasibət bildirdi. O, da bildirdi ki, Nazirlər Kabineti işini yarıtmaz şəkildə yerinə yetirir və bu da yeni idarəçilik sistemi tələb edir.

Əhali də Nazirlər Kabinetinin işindən narazıdır və bu, faktdır. Baş nazir Artur Rəsizadə hər zaman ironik formada əhali tərəfindən yada salınır. Bunu hökumətdə də hər kəs bilir. Təbii ki, bu da islahatları zəruri edir və hər kəs də islahat gözləyir. İslahatların aparılması üçün ilk növbədə idarəçilik sistemi dəyişdirilməlidir. Hər kəsə məlumdur ki, ölkə “kurator” sistemilə idarə olunur. Nazirlərin hər birinin öz “regionu” var. Bu cür idarəetmə islahatların aparılmasına mane olur. Bəzi oliqarx- nazirlər islahatların aparılmasına imkan vermir. Ancaq yeni yaradılan vitse-prezidentlik postu bu problemləri həll etməkdə mühüm roll oynayacaq.

Siyasi qərar verilib

Referendum qərarı verildiyi vaxtdan bu günə qədər hökumət nümayəndələri, deputatlar 26 sentyabr referendumunun məhz islahatarın aparılması üçün keçirildiyini bildirirdilər. PA rəsmisi Əli Həsənov da açıqlamasında hazırda həmin islahatlar paketinin qəbul olunduğunu, “islahat qatarının artıq relsə çıxdığını” deyib: “Bu iş üçün ölkənin bütün imkanları, həm inzibati, həm iqtisadi, həm də insan resursları səfərbər edilməkdədir.

Ona görə də referendum təşəbbüsünün əsas səbəblərindən biri də Azərbaycanda post-neft dövründə çevik iqtisadi islahatların keçirilməsi, effektli idarəçilik sisteminin yaradılması və mövcud bürokratik idarəçilikdəki bəzi mexanizmlərin aradan qaldırılmasıdır”.

Ölkədə aparılacaq islahatların Nazirlər Kabineti üzərində fikuslaşması heç də təsadüfi deyil. Nazirlər Kabineti islahatların açar nöqtəsi olacaq. Bu barədə artıq ciddi informasiyalar da yayılır. “Cümhuriyət”in ötən saylarında da bu haqda geniş yazılar dərc olunub.

İqtidar islahatlarda maraqlıdır

Görünən odur ki, islahatların aparılması hökumətin marağında olan məsələdir. Əks halda, hökumət rəsmiləri bu haqda belə inamla danışmazdılar. Uzun zamandır, xüsusilə də ölkədə baş verən ağır böhrandan sonra islahatların aparılması müzakirə olunur. Ancaq bu günə qədər heç bir islahat aparılmayıb. Sadəcə bəzi dövlət qurumları ləğv olunub, əvəzində isə iki qurum yaradılıb. Bunu ictimaiyyətə islahat adı altında təqdim etsələr də heç kimi bunu qəbul etmədi. Həmin dövrdə hökumət islahat aparmadı, sadəcə imitasiya ilə məşğul oldular. Bu dəfə isə mənzərə tamamilə fərqlidir. Hər kəsə məlumdur ki, ölkədə yüksək vəzifə sahibi olan insanlar böyük gücə çevriliblər. Onları birdən-birə istefaya göndərmək heç də hökumətin xeyrinə olmaz.

Çünki oliqarxlara toxunduqda onlar radikallaşır və hakimiyyət üçün böyük təhlükə mənbəyinə çevrilir. Ona görə də referendumun keçirilməsi vacib hesab olundu. Beləliklə də islahatların aparılmasında ilk addım atılmış oldu. Nəticəsini isə zaman göstərəcək. Aparılacaq islahatlara qarşı çıxan hökumət rəsmiləri də var. Yayılan məlumatlar da bunu bir növ təsdiq edir. Məlumatlarda bildirilir ki, bu günə qədər islahatlar aparılmasının qarşısını da məhz hökumətin daxilində olan bəzi qüvvələr kəsib. Həmçinin qeyd olunur ki, referendum bütün bu kimi problemlərin aradan qaldırılmasını təmin etdi. Artıq islahat proqramı tam hazırdır və yaxın zamanda islahatların aparılması reallaşacaq.
Bu gün, 09:38
Bu gün - 20 Sentyabr Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Bu gün, 09:31
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
Bu gün, 09:23
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video
Bu gün, 09:00
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Dünən, 12:00
Hansı temperaturda çay içmək xərçəng yaradır?
Dünən, 10:27
DİN-dən antiterror əməliyyatında iştirakı ilə bağlı VİDEO
Dünən, 10:18
“Bitcoin”in yenidən bahalaşdı
Dünən, 10:11
Pakistanda məscid yaxınlığında terror aktı: 31 nəfər öldü
Dünən, 09:50
Makronun həyat yoldaşının kişi olduğunu iddia edən jurnalist öldü
Dünən, 09:44
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
Dünən, 09:32
Dünya bazarında neft ucuzlaşdı
Dünən, 09:21
Süni intellektin səhvi az qala ABŞ-ni Çinlə müharibəyə sürükləyirmiş
Dünən, 09:16
“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı
Dünən, 09:00
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
18-09-2026, 16:00
Paşinyan Kremlə “soyuq savaş” acdı, “gizli plan” ifşa oldu: Ermənistan Rusiya hərbi bazasını əsas hədəfə çevirir
18-09-2026, 15:30
Avropada rəzil hala düşən Ermənistan Azərbaycana şər atdı – Bakıdan cavab
18-09-2026, 14:22
Asiyanın ən varlı adamı artıq odur – 43 yaşlı TikTok sahibinin 50 TIR dolusu pulu var
18-09-2026, 14:00
Qış gəlməmiş evdə özünüz yoxlayın - Bu detal köhnəlibsə, istilik çölə gedəcək
18-09-2026, 13:32
İcra başçılarına növbəti XƏBƏRDARLIQ – Sıra kimdə?
18-09-2026, 13:13
Azərbaycan millisinin heyəti açıqlandı
18-09-2026, 12:24
Afra Saraçoğlu da saxlanıldı
18-09-2026, 12:11
Tahir Gözel bu bankın rəhbəri oldu
18-09-2026, 11:44
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
18-09-2026, 11:40
“Ramiz Mehdiyevin kürəkəni klinikamızı əlimizdən aldı, 8 il sonra borc içində qaytardı”
18-09-2026, 11:36
Metro və dəmiryolu layihələri üçün - Dövlət ehtiyacı ilə torpaqlar alınacaq
18-09-2026, 10:38
DTX 5 ölkədə antiterror tədbirləri həyata keçirdi - 10 nəfər saxlanıldı - Video
18-09-2026, 10:30
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı